Siçan Mikki Mausun rəfiqəsi Minni Mausu 30 ildən artıq səsləndirən aktrisa Rassi Teylor dünyasını dəyişib.
Bu barədə “The Walt Disney Company” özünün “Twitter” səhifəsində yazıb.
75 yaşlı aktrisa Kaliforniya ştatının Qleylend şəhərində, öz evində ölüb.
“Minni Maus Rassi Teylor öldükdən sonra səsini itirdi... ”, - deyə şirkətin direktoru Bob Ayqer yazıb.
Rassi Teylor “Simpsonlar”, “Çip və Deyl köməyə tələsir”, “Şahzadə Valiant haqqında əfsanə”, “Su pərisi”, “Ələddin”, “Küçük əhvalatları” və bir çox digər məşhur cizgi filmləri və seriallarının səsləndirilməsində iştirak edib.