ABŞ-ın San-Fransisko beynəlxalq hava limanı plastik butulkalarda su satışına qadağa qoyacaq.
Bu barədə hava limanının “Twitter” səhifəsində məlumat yayılıb.
“Siz artıq eşitmisiniz? Biz bir dəfə istifadə olunan materiallardan imtina edirik. Avqustun 20-dən etibarən bütün kafe, mağaza və istirahət zonaları plastik butulkalarda su satışını dayandıracaq”, - deyə məlumada bildirilir.
Hava limanının ərazisində ancaq dəfələrlə istifadə oluna bilən butulkalara icazə veriləcək. Söhbət əsasən alümin və şüşədən gedir.