Yəmənin şərq əyaləti Əl-Mahra ilə Sokotra adası arasında hərəkət edən bərə radardan itib.
“Sinxua” agentliyinin verdiyi xəbərə görə, bərənin göyərtəsində 55 nəfər olub.
“Bu gün bizim aldığımız hesabata əsasən, bərə Əl-Mahra limanını tərk edib Sokotra adasına istiqamət aldıqdan sonra yoxa çıxıb. Göyərtədə 55 nəfər var”, - deyə açıqlamada qeyd edilir.
Artıq axtarış xilasetmə əməliyyatına başlanıldığı bildirilir.