Boliviyanın hazırkı prezidenti Evo Morales növbəti dəfə ölkəyə rəhbərlik edəcək.
ulusestv.az “Qafqazinfo”ya istinadən məlumatına görə, o, 50%-dən aşağı səs toplamasına baxmayaraq (47,07%), ən yaxın rəqibi Karlos Mesanı 10% üstələyib. Mövcud qanunvericiliyə əsasən, bu, Moralesin birinci turda qalib gəlməsindən xəbər verməyə imkan verir.
K. Mesa 36,51% səs toplayıb. Seçkilərin ikinci turu keçirilməyəcək.