Kaliforniyada (ABŞ) hökm sürən irimiqyaslı meşə yanğınları eletrik enerjisinin dayandırılmasına gətirib çıxarıb.
ulusestv.az “Qafqazinfo”ya istinadən məlumatına görə, bu addım yanğının digər ərazilərə keçməsinin qarşısını almaq məqsədi ilə atılıb.
Mənbə yarım milyon sakinin işıqsız qaldığını yazıb. Sakramento, Napa Dərəsi və San-Fransiskonun bir neçə rayonu qaranlığa qərq olub.