Belçikada Baş Nazirin səlahiyyətlərini Sofi Vilems icra edəcək.ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Belga” agentliyi xəbər verib.
“Vilems Brüsseldə Kral sarayında qəbul edilib. O, Baş Nazir postuna təyin edilib”, - bildirişdə deyilir.
Bununla da Vilems Belçika hökümətinə başçılıq edən ilk qadın olub. Buna qədər o, ölkənin Maliyyə naziri vəzifəsini tuturdu.
Vilems hökümət başçısı postunda tezliklə Avropa Şurasına rəhbərlik edəcək Şarl Mişeli əvəzləyəcək.