Suriya prezidenti Bəşər Əsəd İŞİD lideri Əbubəkr əl-Bağdadinin öldürülməsinə inanmır.ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” yazıb.
Onun sözlərinə görə, ABŞ terrorçunun həlak olması ilə bağlı inandırıcı dəlil təqdim etməyib. Bununla yanaşı, o, terror ideologiyasının həyatda olduğu müddətdə əl-Bağdadinin və ya hətta bütün terrorçuların ölümünün ümumi vəziyyətə təsir etməyəcəyini vurğulayıb.
Xatırladaq ki, daha əvvəl İŞİD-in özündə əl-Bağdadinin vəfatını təsdiqləyiblər. Döyüşçülərin yeni lideri Əbu İbrahim əl-Həşimi əl-Quraşi elan olunub.