Rusiya Prezidenti Vladimir Putin illik böyük mətbuat konfransı yekunlaşıb.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dövlət başçısının jurnalistlərlə ünsiyyəti 4 saat 18 dəqiqə davam edib.
Prezident ətraf mühit, Donbass və Ukraynadakı vəziyyət, ABŞ Prezidenti Donald Trampın impiçmenti, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar, Konstitusiyaya dəyişikliklər, məişət zorakılığı, səhiyyə sistemi və digər sahələrlə bağlı suallara cavab verib.
Qeyd edək ki, bununla da tədbir 2001-ci ildən etibarən ardıcıl olaraq keçirilən 15-ci mətbuat konfransı oldu. Bu il tədbirə rekord sayda media işçisi - 1895 nəfər akkreditə olunub.