ABŞ-ın hücumu nəticəsində İraqda öldürülən general Qasım Süleymaninin nəşi İrana gətirilib.
ulusestv.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, təyyarə artıq Əhvaz şəhərinə enib. Süleymani ilə vida mərasimi İranın bir neçə şəhərində keçiriləcək. Daha sonra isə general Kirmanda dəfn olunacaq.
Xatırladaq ki, yanvarın 3-də ABŞ-ın Bağdad hava limanı yaxınlığındakı əraziyə raket zərbələri nəticəsində Qasım Süleymani öldürülüb.