Ötən gün İranda baş verən etiraz aksiyası zamanı İngiltərənin bu ölkədəki səfiri Rob Makaire saxlanılıb.
ulusestv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, 1 saat saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Diplomat etiraz aksiyasının təşkilində şübhəli bilinib. Səfirliyin müdaxiləsindən sonra sərbəst qalan Rob Makaire bu gün polisə izahat verəcək.