İtaliyada 7 min nəfərlik kruiz gəmisi karantinə alınıb. ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “AFP” agentliyi məlumat yayıb.
Bildirilir ki, buna səbəb Çivitavekkya şəhərinin limanına yan alan, 6000 sərnişini və 1000 ekipaj üzvü olan “Costa Smeralda” gəmisində honkonqlu ər-arvadda yoluxucu virusun əlamətlərinin aşkarlanmasıdır.
Hazırda cütlük gəminin temperatur və tənəffüs problemləri ilə bağlı tibb şöbəsində həkim nəzarətindədilər. Milli Yoluxucu Xəstəliklər İnstitutunun mütəxəssisləri onlardan analiz götürəcəklər.