Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 549 nəfərə çatıb. ulusestv.az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi xəbər verib.
Bundan əlavə, ölümcül virusa yoluxanların sayı 19 665, sağalanların sayı isə 633 olub.
Sutka ərzində yerli hökumət 2987 yeni yoluxma faktı qeydə alıb. Onlardan 1766-sı Uhanın payına düşür. Əyalətdə 70 yeni ölüm faktı qeydə alınıb, daha 113 nəfər xəstəxanalardan evə buraxılıb.