Rusiyanın Buryatiya Respublikasında koronavirusdan sağalan şəxs virusa yenidən yoluxaraq xəstəxanaya yerləşdirilib.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Buryatiyanın Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi Tatyana Sımbelova açıqlama verib.
Həkimin sözlərinə görə, xəstə aprelin 21-də iki koronavirus testinin neqativ nəticələnməsi ilə xəstəxanadan buraxılıb. 16 gün sonra isə onda kəskin respirator virus infeksiyasının simptomları müşahidə olunub. Analizlər nəticəsində isə onda yenidən koronavirus infeksiyası aşkarlanıb.
“İndi bizim suallarımız var, ya bu təkrar yoluxmadır, ya da ki infeksiyanın residiv (yenidən inkişaf etməsi) verməsidir”,- deyə Sımbelova qeyd edib.
Qeyd edək ki, bu, Rusiyada qeydə alınan ilk təkrar yoluxma hadisəsidir. Mayın 2-də “Rospotrebnadzor”un rəhbəri Anna Popova ölkədə koronavirusa təkrar yoluxma faktının qeydə alınmadığını bildirmişdi.