Xalq onu sevir və ona inanır, ona görə ki, Mehriban Əliyevanın sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik və mesenantlıq ənənələri canlanıb. Mehriban Əliyeva insanlara xeyirxahlığa meyl, başqasının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları aşılayıb. O, bütün sosial problemlərin yalnız dövlət tərəfindən həll edilməli olması barədə ictimai şüurda kök salmış təsəvvürü dağıdıb və cəmiyyətin bütün təbəqələrinin həmin problemlərin həllində iştirakına can atmasına nail olub. Bununla da Mehriban Əliyeva Azərbaycan cəmiyyətinin bu gününə qayğı göstərməklə, Azərbaycan Prezidentini ölkəmizin gələcəyi ilə bağlı işində və qayğısında dəstəkləyərək məşğulluğun təmin edilməsi sahəsində və istedadlı gənclərin məsuliyyətli layihələrə cəlb edilməsində novator olub.
İnsanlara təmənnasız yaxşılığı, qayğısı, mərhəməti, ehtiyacı olanlara əl tutması, xeyriyyəçiliyi xanımın siyasətinin prioritetidir. Hər zaman öz səylərini əhalinin zəif müdafiə olunan təbəqələrinə, doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımıza qayğı ilə yanaşılması, onların sosial problemlərinin həllinə diqqət göstərilməsi və ümumiyyətlə cəmiyyətin nəzərini bu məsələyə cəlb etməsini özünün vətəndaşlıq borcu hesab edən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirələrini məcburi köçkünlərin və müharibə əlillərinin sosial problemlərinə həsr etməsi onun doğma torpağını müvəqqəti itirmiş vətəndaşlarımıza olan diqqətinin bariz təcəssümüdür.
Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilən layihələrin istiqamətləri təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və s. sahələri əhatə edir. Demək olar ki, heç bir sahə onun diqqətindən kənarda qalmır. Bu gün həm Birinci vitse-prezident, həm də birinci xanım statusu onun sosial məsuliyyətini daha da artırır və öz müsahibələrinin birində etiraf etdiyi kimi, insanların rifahı naminə humanitar proqramların səmərəliliyinin gücləndirilməsinə yönəldilmiş bütün mümkün imkanlardan istifadə etməyə məcbur edir.
O, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirən rəmzə çevrilməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsi olub. Hazırda Azərbaycan qadını Mehriban xanım ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür.
Həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə məlum olduğu kimi Mehriban Əliyeva deputatlıq fəaliyyəti dövründə də ölkə həyatının elə bir sahəsi olmayıb ki, oradakı problemli məsələlər onun diqqətindən kənarda qalsın.
Hər addımda ulu öndər Heydər Əliyevin xalqımızın işıqlı gələcəyinə yönəlmiş ideallarının reallaşmasına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi, sosial-iqtisadi, mədəni-humanitar kursun dəstəklənməsinə və uğur qazanmasına xidmət edir. Çünki hər birimizin qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq və Prezident İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq və əlindən gələni əsirgəməmək hər bir azərbaycanlının müqəddəs borcudur. Bu baxımdan Mehriban Əliyevanın fəaliyyəti əsl nümunə sayılmalıdır.
Bizdə öz növbəmizdə “Yeni Yurd Sosial-İnkişaf” İctimai Birliyi olaraq çalışırıq ki, Mehriban xanımın xeyirxahlıq və mərhəmtliklə dolu olan fəaliyyətinə vətəndaş cəmiyyətini təmsil edən QHT rəhbəri, Xeyriyyəçi və vətənpərvər Azərbaycan qadını kimi öz dəstəyimizi göstərək.
Bu illər ərzində gördüyümüz işlərlə kifayətlənməsəkdə, sizinlə birlikdə qısa nəzər salmaq istərdim.
“Yeni Yurd Sosial-İnkişaf” İctimai Birliyi 2005-ci il avqustun 12-də yaradılıb. Məqsədi qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsini mövcud qanunvericilik çərçivəsində qorumaqdan ibarətdir.
2014-cü yanvar ayının 25-də “Yeni yurd” Sosial İnkişaf ictimai birliyinə sədr seçildim. Bu vəzifəyə seçilənədək “Azərbaycan qadını” layihəsinin rəhbəri olmuşam. Bu layihə çərivəsində Ulu Öndər H.Əliyevin həyata keçirdiyi qadın siyasətinə həsr edilən “Azərbaycan qadını” adlı kitab nəşr olunub və ictimayətə təqdim edilib.
Bununla yanaşı ictimai birlik olaraq Ağdam rayonunda şəhidlərimizə hörmət və diqqətlə onların adına subartezan quyu qazıdırmışıq. Bu cür xeyirxah işləri görməyi özümüzə vətəndaşlıq borcu hesab etmişik.
Covid-19 koronavirus pandemiyası dövründə 100-dən çox köməyə ehtiyacı olan vətəndaşımıza yardım etmişik.
Belə xeyriyyə təşəbbüslərimiz gələcəkdə davam etdiriləcək.
Əziz Mehriban xanım! biz sizdən örnək götürür və ruhlanaraq bu işləri qürurla edirik.
Dəyərli Mehriban xanım!
“Yeni Yurd Sosial-İnkişaf ” İctimai Birliyi olaraq hər zaman yanınızdayıq, Sizinləyik!
STAT…
“Hər zaman öz fəaliyyətimdə çalışmışam ki, bir neçə amala əsaslanım. Bunlar vətənpərvərlik, insansevərlik və mərhəmətdir” deyən Mehriban xanım Əliyeva ulularımızdan bizə miras qalan ali mənəvi dəyərləri öz fəaliyyətində yaşatmaqla həyatını xalqına həsr edən nurlu insanlarımızın, ziyalılarımızın yolunu uğurla davam etdirir.
Yeri gəlmişkən, 26 Avqust doğum gününüz münasibəti ilə sizi səmimi qəlbdən təbrik edir. Sizə möhkəm can sağlığı, uzun ömür, sədat dolu günlər, müstəqil və müasir Azərbaycanımızın tərəqqisi naminə gördüyünüz bütün işlərdə uğurlar arzu edirik. Allah xalqımızı, cənab Prezidentimiz İlham Əliyev başda olmaqla Sizi və ailə üzvülərinizi qorusun!
Hörmətlə,
Mahirə Əsədova
“Yeni Yurd Sosial -İnkişaf” İctimai Birliyinin sədri, Xeyriyyəçi iş adamı