Dövlət başçısının regionların inkişafına dair imzaladığı dövlət proqramına uyğun olaraq bütün sahələrdə aparılan uğurlu islahat bu gün ölkəmizin dünya arenadasında öz yerin, öz mövqeyin möhkəmləndirməkdədir. Bu inkişaf bütün sahələrdə olduğu kimi meliorasiya və su təsərrüfatı saəhəsində də özünü qabarıq şəkildə göstərir. Bu gün bu sahədə baş verən inkişafla bağlı Qobustan qış otlaqlarının su təminatı sistemləri idarəsinin rəisi Rövşən Pənahovla görüşüb aparılan uğurlu siyasət nəticəsində görülən işlərlə tanış olmaq qərarına gəldik. Elə ilk sualımızda ölkənin meliorasiya və su təsərrüfatında işlərlə yaxın tanış olub, gələcək planları barədə dəyərli oxucularımıza dolğun məlumat vermək idi.
Rövşən müəllim Meliorasiya və Su Təsərrüfatı ilə tanışlıq üçün oxucularımıza nə deyə bilərsiniz?
Ölkəmizin Meliorasiya və Su Təsərrüfatı dedikdə ilk növbədə respublika ərazisində aqrar sahənin suvarılması, şoran torpaqların yuyulub təsərrüfat üçün yararlı vəziyyətə gətirilməsi kimi başa düşülür. Həqiqətəndə ölkəmiz quru iqlimə malik zonada yerləşir. Burada kənd təsərrüfatının inkişafı həmişə süni suvarma aparmaqla mümkün olmuşdur. Ölkədə su ehtiyatının qıtlığı, bu ehtiyatın bölgələr üzrə qeyri-bərabər paylanması, əsas əkinçilik bölgələrdə torpaqların şorlaşmaya meylli olması ilə suvarma işlərini zərurətə çevrilmişdir. Bununla əlaqədar geniş miqyaslı meliorasiya və irriqasiya işləri keçirilmişdir. Bazar iqtisadiyyatına keçid, aqrar sahələrdə islahatlara başlanması, torpaq üzərində yeni mülkiyyət formalarının yaranması, meliorasiya və irriqasiya sahəsində də islahatlar aparılmasına təkan verdi. Buna görə Meliorasiya və Su Təsərrüfatının gələcək inkişafını təmin etmək üçün möhkəm normativ hüquqi baza yaradıldı.
Rövşən müəllim - qarşıdan dövlətimiz, ölkəmiz və millətimiz üçün mühum əhəmiyyət kəsb edən siyasi proses gəlir. Yəqin bildiyiniz kimi mən növbədənkənar prezident seçkiləri haqqında sizi məlumatlandırıram. Rəhbərlik etdiyiniz sahədə bu siyasi proseslərə necə hazırlaşıb?
Həqiqətən möhtərəm prezidentimiz gözlənilən və düzgün addım ataraq növbədənkənar prezident seçkiləri keçirilməsi üçün vacib sərəncam imzaladı. Bu bütün ölkə əhalisinin ürəyincə olduğu kimi bizi də çox məmnun etdi. Daima ölkənin müstəqilliyini düşünən əhalinin sosial güzəranını yaxşılaşdırmasına çalışan, işğal olunmuş torpaqlarımızın sülh yolu ilə qaytarılmasına bir çox cəhdlər edən İlham Əliyev bizim üçün əvəzolunmaz dövlət başçısı və prezidentidir. Biz bu seçkidə cənab İlham Əliyevə səs verib, onun prezident olmasını dəstəkləyəcəyik ki, ölkəmiz bundan sonrada möhkəm və mütərəqqi inkişafını davam etdirsin. Cənab İlham Əliyevin hakimiyyəti dövründə Meliorasiya və Su Təsərrüfatı işçilərinə böyük diqqət və qayğı göstərmişdir. Onun 14 may 2014-cü ildə imzaladığı sərəncamla hər ilin iyun ayının 5-i Meliorasiya və Su Təsərrüfatı işçilərinin peşə bayramı kimi qeyd edilir. Məhz dövlət başçısının diqqət və qayğısı nəticəsində yeni su anbarları tikilib, mövcud su anbarları əsaslı təmir edilib. Suvarılan torpaqlarımızın həcmi artıb. Sosial güzəranımız ilbəil yaxşılaşıb. Bu söylədiklərim ona əsas verir ki, Meliorasiya və Su Təsərrüfatının bütün əməkdaşları və mənim rəhbərlik etdiyim idarənin kollektivi də qarşıdan gələn prezident seçkilərində bizim vahid namizədimiz olan İlham Əliyev cənablarına səs versin. Biz hamılıqla İlham Əliyev cənablarına yekdilliklə səs verəcəyik.
Çox sağ olun, bu geniş, hərtərəfli müsahibəyə görə.
Sizdə sağ olun.
Müsahibəni apardı Şamil