Könlümüz,canımız ulularımızın ulu məskəni qoca şərqin qapısı.OdlarYurdu Doğma Azərbaycan Ulu babalarımızın müqəddəs,ərmağanı bizə əmanəti,göz bəbəyi kimi qurumağı vəsiyyət etdiyi gözəl bir diyar Azərbaycan.
Tarixən nəər çəkmiş başın sənin,bunu övladların çox gözəl bilir.
Vətənimiz Azərbaycan bizim üçün səcdəgahımızsan.30 ildən artdıqdır ki,bir hissəsi(20%) mənfur düşmənimiz ermənilərin işğalı altında olması hər bir damarlarında azərbaycan qanı axan azərbaycanlının qəm-qüssə dünyası olasada bilirik ki,gec-tez güvənc yerimiz olan Azərbaycan ordusu tərəfindən torpaqlarımız tam azad olacaq necə ki,hal-hazırda ordumuz tərəfindən düşmənlərə ağır zərbə endirilir.Azad olunan torpaqlarımızda Azərbaycanının üçrəngli bayrağı dalğalanır.
Hər bir azərbayacanlı qəhraman ordumuzun qələbə yürüşündən qürur duyur.Vətən uğrunda gedən döyüşlərdə igid əsgərlərimizə qəlb sevgisi ilə alqış deyirik.Azərbaycanımızın ədaətli müharibədə əsgər və zabitlərimizin şəhidlik zirvəsinə ucalaması bütün dünyaya azərbaycan xalqının qəhraman xalq olmasını bir daha sübut edir.Qəlbimizdə döyünən ürək kimi Polad,Anar,Məhəmməd,Musa və bütün şəhidlərimiz daim yaşamaqla onların əziz xatirəsi xalqımız tərəfindən həmişə anılacaqdır.
Şəhidlərimizdən doğma azərbaaycanımızın dilbər güşələrindən biri olan Masallının Xoşçobanlı kəndində dünyaya göz açmış Musa Mustafayev haqqında öz xatirərəlim bölüşmək istərdim.
Musa ailənin yeganə oğul övladı olmaqla əxlaqına,zəhmətsevərliyinə yüksək intizamına müəllim və şagirdlər arasında özünə layiq bir vətən oğlu idi.
Vətənin çağrışına canla-başla gedən Musa işğal altında olan torpaqlarımızın azad olunması üçün gedən döyüşülərdə fərqlənən əsgərlərdən idi.Musanın vətənpərvərliyi Azərbaycana öz canı qədər sevgisi hər gün gedən döyüşlərdə qələbəyə olan istək və arzusu tükənməz idi.O şiddətli gedən döyüşlərdə qəhramancasına şəhid oldu.Musanın timsalında vətən uğurunda həlak olmuş,üçrəngli azərbaycan bayrağı altında son mənzilə yola salınan şəhidlərimizi vətən torpağı öz qoyununa alır.Bütün şəhidlərimizə Ulu tanrıdan rəhmət diləyir ruhları qarşısında baş əyirik.
Azərbaycan Respublikası Ulu Öndərimiz H.Əliyevin müstəqllik əmanəti,Cənab İlham Əliyevin isə bu əmanətin etibarlı valisi xalqımız isə bu varisliyin dayağıdır.
Vətənimizin çağırışına hər birimiz hazır olmalı hansı sahələrdə işləmiyimizdən asılı olmayaraq bütün sahələrdə doğma Azərbaycanınımız inkişafı naminə maksimum imkan və bacarığımızı sərf etməliyik.Lazım gələrsə hər birimiz vətənin müdafiəsinə qalxmağa hazır olmalıyıq.
Biz əminik ki,Ali baş komandanımız İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz qısa müddət ərzində işğal olunmuş torpaqlarımızı mənfur erməni separatçılarından azad edəcəkdir.
O gün uzaqda deyil.Şanlı ordumuza yüksək döyüş əhval-ruhiyyəsi arzulayırıq.Hər bir əsgər və zabitlərimizi Allah qorusun..
Soltanağa Cəfərov
A.J.B-nin üzvü
Qızıl Qələm media mükafatı laureatı