AVMVİB-nin Nəsimi rayon şöbəsində 2020-ci ilin 44 günlük müharibəsinin Qaziləri ilə görüş keçirildi. Görüşdə Bəhrəmli Elmar Eldar oğlu, İbrahimov Samrat Vaqif oğlu, Məmliyev İsmayıl Əli oğlu, Bəkirov Elvin Elman oğlu, Quliyev Ağəli Bahadur oğlu iştirak etdilər.
Şöbə sədri Elmar Hüseynov Böyük Zəfər qazanmış döyüşçüləri səmimi qarşıladı və onlara AVMVİB-nin Sədri Füzuli Rzaquliyevin salamlarını çatdırdı. Döyüşçülərə AVMVİB-nin üzvülük vəsiqələri təqdim edildi.
Fərid Səfərov
AJB-nin üzvü