Bu gün çox hörmət bəslədiyimiz şəxsiyyət, vətənini, elini-obasını təəssübünü hər şeydən uca tutan, dostluğa sadiq insan, ağsaqqalımız, “Ulu səs” qəzeti və “UlusesTV.az” xəbər portalının təsisçisi və baş redaktoru, əzizimiz Şamil Cəfərovun övladı, qardaş qədər xətri əziz olan, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, vətənpərvər insan Samir Cəfərovun 33 yaşı tamam olur. Bu münasibətlə Samir bəyi Cəfərovlar ailəsinin bütün üzvləri, dostları, həmkarları və yaxınları səmimi qəlbdən təbrik edir. Ona uzun ömür, can sağlığı və gələcək həyatında yeni-yeni uğurlar arzu edirlər.
Biz də “Ulu Səs”, “Mərhəmət.TV” və “XezerTV.info” redaksiyası kollektivi Şamil Cəfərova minnətdarlıq bildiririk ki, bu cür saf qəlbli, igid cüssəli, cəsarətli, dostluğa sadiq və vətənpərvər övlad böyüdüb boya-başa çatdırmışdır. Samir bəy səni doğum gününü təbrik edirik, həmişə sevdiklərinlə birgə şad-xürrəm ad günləri keçirəsən. Allahın nəzəri həmişə üstündə olsun. Uğur, qalibiyyət və zəfər həmişə səninlə olsun.
PS: Onu da qeyd etmək yerinə düşərdi ki, Müzəffər Ali Baş komandan, Prezident İlham Əliyev cənabının başçılığı ilə 2020-ci il sentyabr ayında başlanan 44 günlük “Dəmir Yumruq” əməliyyatı - Qarabağ Vətən Müharibəsində Samir Cəfərov özünün maddi və mənəvi dəstəyini göstərmişdir.
Fərid Səfərov
AJB-nin üzvü