Bildiyimiz kimi ölkə Prezidenti cənab İlham Əliyev mayın 28-də Ağdam şəhərində səfərdə oldu. Cənab Prezident, Ali Baş Komandan qeyd etdi ki, şanlı qələbəmizdən sonra bu, Ağdama ikinci səfəridir. Dünyanın media nümayəndələri, gələn rəsmi qonaqlar Ağdamı Xorasima ilə müqayisə edirlər. Çünki erməni vandalları sovetlər dönəmində Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamda daşı-daş üstündə qoymayıblar. Qarabağı, o cümlədən Ağdam şəhərini qədim erməni torpağı kimi dünyaya bildirmək nədir, Ağdamı viran etmək nədir? Heç kim özünəməxsus torpağı, kənd və şəhərləri bu günə qoymaz.
Cənab Prezident bunları qeyd edərək bildirdi ki, 30 il dağılıb talanan Ağdam əzəli torpağımızdır və biz onu yaxın illərdə bərpa edib ölkənin gözəl və böyük şəhərinə çevirəcəyik.
Ölkə rəhbəri Ağdamın baş planının artıq hazırlandığını deyib və layihələrlə tanış oldu. Göstərdi ki, bu layihələr tezliklə həyata keçiriləcək.
Bir vaxtlar şəhərin ən qabaqcıl təhsil ocağı olan bir nömrəli məktəbin təməlqoyma mərasimində olan cənab Prezident qeyd edib ki, şəhərdə struktur layihələr bundan sonra sürətlə davam edəcək, vacib tikililərin inşaasına daha tez başlanacaq.
Ağdamı ölkənin digər rayonları ilə birləşdirən yollar tezliklə bərpa olunacaq, yeni yollar çəkiləcək.
Sovetlər dönəmində də Ağdam Qarabağın ən inkişaf etmiş rayonlarından idi. İstər sənaye obyektlərinə görə, istərsə də kənd təsərrüfatının inkişafına görə ümumittifaqda tanınırdı. Şuşadan sonra bölgənin musiqi beşiyi kimi tanınırdı. Ölkəyə neçə-neçə alim, şair, bəstəkar, müğənni bəxş etmişdi. Ağdam musiqi məktəbi ən mümunəvi müəssisələrdən idi. Onun məzunlarını saymaqla qurtaran deyil.
Cənab Prezident də Ağdamın gələcək görüntülərini qeyd etdi. Çünki Ağdam Qarabağın giriş qapısıdır. Bu qapıdan keçənlər onun möhtəşəmliyinin, tarixinin, qədimliyinin şahidi olmalıdır. Çox çəkməz ki, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən Ağdam daha da inkişaf edərək, əvvəlki şöhrətini qaytaracaq. Həm də təkcə Ağdam deyil, bütün azad edilmiş ərazilərdə bu mənzərə özünü təsdiqləyəcəkdir.
Fariz Dəyyanov,
Masallı rayonu, Ərkivan qəsəbə sakini.