Azərbaycan ədliyyəsinin yaşı 100 ildən artıqdı. 103 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yarananda ilk kabinetdəcə Ədliyyə Nazirliyinin yaradılması qərara alınıb. Ədliyyə sisteminin bərqərar olunması sayəsində ölkəmizdə dünyaya nümunə olan bir dövlət modeli yaradılıb. Şərqdə ilk demokrtaik respublika qurulub. Qərbdə, hətta dünyaya demokratiya yaymaq iddiasında olan Amerikada belə qadınların seçib,seçilmək hüququ olmadığı halda Azərbaycanda bu hüquq vətəndaşlara verilib.Bununla da demək olar ki, Azərbaycan Cümhuriyyəti şərqə, elə bütün dünyaya nümunə ola biləcək dövlət yaratmışdır. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədi ilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr – 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir. O gündən ədliyyə işçiləri öz peşə bayramlarını qeyd edirlər. Üummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi yeni-yeni nailiyyətlər qazanır. Azərbaycan ədliyyəsinin rolu və nüfuzu artır, mövqeyi möhkəmlənir.
Ədiyyə işçilərinin peşə günü ərəfəsində ölkəmizin qazandığı zəfərlər indi ikiqat bayrama çevrilib. 27 Sentyabrda törədilmiş erməni təxribatı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevi əks hücum əməliyyatına qətiyyətli qərar verməsinə səbəb oldu. Ali baş komandanımızın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu qısa zaman ərzində – cəmi 44 günə Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd rayonlarına məxsus 200-dən artıq yaşayış məntəqəsini mənfur düşmənin işğalından qurtarması , bu ordunun yenilməz gücə malik olmasını göstərdi. Azərbaycan Ədliyyəsinin 103 illiyini - 22 noyabr Ədliyyə işçilərinin peşə bayramını çox yüksək ovqatla, əsl bayram əhval-ruhiyyəsi ilə qarşılayırıq. Bu da təsadüfi deyil. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən Qarabağımız və digər tarixi ərazilərimiz, rayon və şəhərlərimiz düşmən işğalından azad edilib, bu gün Şuşada, Cəbrayılda, Zəngilanda, Füzulidə, Qubadlıda, Ağdamda və başqa şəhərlərimizdə, qəsəbələrimizdə Azərbaycanın üçrəngli bayrağı vüqarla, əzəmətlə dalğalanır. Qarabağın azadlığı 103 yaşlı Azərbaycan ədliyyəçilərinin peşə bayramına misilsiz hədiyədir, töhfədir. Biz indiyə qədər belə sevinclə, böyük ruh yüksəkliyi ilə öz peşə bayramımızı qeyd etməyə hazırlaşmamışdıq. Bu möhtəşəm duyğunu bizə Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməklə müzəffər ordumuz yaşatdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin illərlə apardığı uğurlu xarici siyasətin, atdığı diplomatik addımların nəticəsində və eyni zamanda, çox yüksək peşəkarlığa, unikal döyüş taktikasına, böyük ruh yüksəkliyinə, qələbə əzminə malik ordumuzun gücü sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində düşməni ağır məğlubiyyətə uğradıb qalib çıxdı, zəfər qazandı.
Zəfərimiz bayramlar ayı olan noyabrı tarixi aya çevirdi. Qələbənin məhz noyabr ayına təsadüf etməsi biz ədliyyəçilərin də sevincinə sevinc qatdı. Ədliyyə işçiləri olaraq indi biz öz peşə bayramımızı daha ürəklə və qürur hissi ilə qeyd edirik. İşğaldan azad olunmuş torpaqlarda ədliyyə orqanlarının qurulması da bizim növbəti uğurumuzdur. Yüksək vəzifə daşımasına rəğmən ədliyyə əməkdaşının müharibədə iştirakı, şəhidlik zirvəsinə ucalması dövlətçilikdə əhəmiyyətli orqan olaraq, xalqa və dövlətə bağlılığımızın göstəricisidir.
Yaranmasının 103-cü ildönümünü şanlı Zəfərlə eyni ərəfədə qeyd edən Azərbaycan Ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq azad edilmiş ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpa olunması, bu orqanların infrastrukturunun yaradılması, onların işinin təşkili üzrə zəruri tədbirlərin görülməsi qarşıda duran mühüm vəzifələrdəndir. Son illər Azərbaycan ədliyyəsi davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü tədbirlər, məhkəmə-hüquq sistemində həyata keçirilən mütərəqqi islahatlar, ölkəmizin inkişaf prosesinə uyğun olaraq respublikamızın Qarabağ bölgəsini də əhatə edəcək. Xalqımızın ümummilli lideri Heydər Əliyevin bəxş etdiyi peşə bayramını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və Ordumuzun rəşadəti sayəsində bu gün qalib ölkənin vətəndaşları kimi Qələbə əhvali-ruhiyyəsində qeyd etməyə hazırlaşan ədliyyə işçiləri dövlətimizin daha sürətli inkişafı və qüdrətinin artırılması naminə bundan sonra da əzmlə çalışacaqlar.
Şübhəsiz, ümummilli lider Heydər Əliyevin bəxş etdiyi 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı gününü böyük qələbə sevinci ilə qeyd etdiyimiz bu günlərdə bir daha söyləməyə borcluyuq ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız bundan sonra da möhtəşəm nailiyyətlər qazanacaq, ədliyyə tariximizin şanlı səhifələri yazılacaqdır.
Bir əsrdən çox ömrü olan Azərbaycan Ədliyyəsinin əmin əllərdə dövlət var olduqca var olacağına, daha əzm və ədalətli çalışacağına inam hissi ilə bütün ədliyyə işçilərini, əziz həmkarlarımı, başda Ədliyyə nazirimiz Fikrət Məmmədov olmaqla 22 Noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə təbrik edirəm! 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramının qeyd olunduğu bu ərəfədə ölkəmizin həyatında ən şanlı və qürurlu, unudulmayan Zəfər dolu günlərin ildönümü bayram edilir. Müasir müstəqil tariximizə qızıl hərflərlə həkk olunmuş Vətən müharibəsi adlandırdığımız 44 günlük Zəfər yürüşündə xalqımızın Qələbəsi həm də çağdaş ədliyyə tariximizin ən şanlı səhifəsini təşkil edir.
Əzəli Azərbaycan torpağı olan Qarabağda-Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Füzulidə və digər azadlığına qovuşan rayonlarımızda Azərbaycan ədliyyəçilərinin fəaliyyətinin çox yaxın zamanlarda bərpa olunacaq və ədalət keşikçiləri, qoruyucuları Ali Baş Komandanımızın haqq-ədaləti bərqərar etdiyi, əyilmiş mizanını nizamladığı torpaqlarımızda xidmət göstərəcəklər...O gün çox yaxındadır..
Təranə Novruzova-Sumqayıt şəhər qeydiyyat şöbəsinin rəisi