İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri və səlahiyyətli şəxsi Elşad Həmidovun müvafiq əmri ilə bu gün Xəzər rayonu Binə qəsəbəsində yerləşən Ümid Sığınacaq Evində geniş yoxlama xarakterli monitorinq keçirilmişdir. Komitə nümayəndələri uşaqlarla təkbətək görüşərək söhbət aparıblar. Heç bir işgəncə və qeyri insani rəftar aşkar olunmayıb. Komitə əməkdaşları sığınacağın rəhbərliyi ilə görüşüb. Nigar Mənsimli qeyd elədi ki, sığınacaq 1997-ci ildən mövcuddur. Nigar Mənsimli sığınacağın digər iş prossesini komitə nümayəndələrinə izah etdi. Sığınacaqda hal-hazırda 34 uşaq var. Uşaqların diqqətə ehtiyacı var. Uşaqların sağlamlığında heç bir problem yoxdur. Komitə əməkdaşları həmçinin sığınacağın təşkilatçısı Səidova Vüsalə və müəllimlərlə - Həsənova Ofeliya , Cavadova Arzu ilə söhbətlər apardı . Ümid Uşaq Sığınacağı fəaliyyət göstərdiyi illər ərzində 5min nəfərdən çox azyaşlı, yeniyetmə övladlarımıza həmçinin küçə həyatına məruz qalmış analara köməklik göstərmişdir. Monitorinqə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinun sədri və səlahiyyətli şəxsi Elşad Həmidovun müvafiq əmriynən Xəzər rayonu üzrə ekspert Ramin Hüseynov və müşahidəçi Samir Əzimov aparmışdılar.
F.F.