Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyası parlamentin boykot edilməsini dayandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı partiyanın sədri Xatiya Dekanoidze açıqlayıb.
Onun sözlərinə görə, partiya yanvarın 29-u parlamentin yaz sessiyasının işində iştirak etməyə və boykotu dayandırmağa qərar verib.
Qeyd edək ki, Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyası 2021-ci ilin iyul ayında parlamenti boykot etdiyini açıqlamışdı. Parlamentin yaz sessiyası isə fevralın 1-i başlayacaq.