Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkiatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İçtimai Birliyinin gənclər və yeniyetmələr arasında zərərli vərdişlərin profilaktikası məqsədilə “Sağlam həyat sağlam gələcəkdir” lahiyyəsi 01.02.2022-ci il tarixdən başlanmasına start vermişdir. Lahiyyə 3 ay müddətində Bakı şəhərində həyata keçiriləcək.
"Sağlam həyat, Sağlam gələcəkdir" lahiyyəsi ilə zərərli vərdişlərin o cümlədən narkomaniyanın ölkəmizdə yeniyetmələr və gənclər arasnda yayılması Bizləri sözügedən vərdişlərə qarşı mübarizəyə məcbur edir. Zərərli vərdişlər yeniyetmələrin və gənclərin passiv həyat tərzi yaşamalarına, ailələrində sosial problemlərə, cinayyətə sövq edir. Çox təssüfki, pis vərdişlərin yeniyetmələr və gənclər arasında sürətlə təbliğ olunur. Sonucda cavan yaşda yeniyetmələr və gənclər ya ömürlük xəstə olaraq yaşayır və ya ölümlə həyatlarını başa vururlar. Bu hallar nə Dövlətimiz və Cəmiyyətimiz üçün arzuolunan deyil.
"Sağlam həyat, sağlam gələcəyimizdir" lahiyyəmizin pis vərdişlər və narkomaniya movzusu içtimayyətimz üçün böyük əhəmiyyət kəsb edir və bu günümüz üçün aktualdır. Beləki, ailələrdə olan yeniyetmələr ailələrindən kənar pis vərdişlə məşğul olan adamların təsiri altına düşüb sağlamlıqlarna zərər vurma etimalı yüksəkdir.
"Sağlam həyat, sağlam gələcəkdir" lahiyyəmizlə yeniyetmə və gənclərin maariflənməsi üçün gənc aktyorlarının iştirakı ilə mövzu üzrə tamaşanın səhnələşdirilərək yeniyetmələr və gənclər qarşısında nümayiş etdirilməsi,tamaşanın vidio çəklişinin sosial şəbəkələrdə yayımlanması, mövzu üzrə tamaşanın vidiosunun montaj olunaraq köçürülmüş disklərin və fleyrlərin paylanması, ixtisaslı həkimlərin mövzu ətrafında çıxışları, yeniyetmə və gənclərin suallanın cavablandırması lahiyyədə öz əksini tapacaqdır. Lahiyyənin icrası üçün mövzu üzrə tamaşanın afişası,dəvətnamələr, fleyrlər, geyim və papaq , baner,tamaşanın montaj olunmuş diskləri hazırlanacaqdır.
Düşünürəm ki, “Sağlam həyat sağlam gələcəkdir” lahiyyəsi ilə zərərli vərdişlərin cəmiyyətimizin və dövlətimizin inkişafına , ailə planlaşdırmasına, sağlamlığa,sosial yüksəlişə mane olmasını minlərlə yeniyetmə və gənclərimizə aşılaya biləcəyik-deyə Valideyn Himayəsindən Məhrum Olunmuş Uşaqlara Dayaq İçtimai Birliyinin sədri Mehriban Hüseynova bildirmişdir.
Fərid Faiqoğlu
AJB-nin üzvü