"Xəzər rayonunda Qadınlarin Sosial İnkisafina Dəstək "İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri Hökümət Təskilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata kecirdiyi "Qadın hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili " lahiyəsində nəzərdə tutulan maarifləndirici görüşlər başa çatmışdır.
“Qadın hüquqlarının müdafiəsi ilə baglı maarifləndirmə tədbirlərinin təşkili” lahiyəsinin əsas məqsədinə əsasən Xəzər rayonunda yerləşən 12 məktəbin – 234,181,121, 230,149,125,323,117,156,183,124 və 123 saylı məktəblərin yuxarı sinif şagirdləri ilə görüşlər keçirilmişdir. Görüşlərdə qadın hüquqları, onların müdafiəsi barədə iştirakçılara geniş məlumat verilmiş, qadın hüquqları təblig edilmiş və gələcəkdə qadınların hüquqlarının tapdalanması hallarının azadılması istiqamətində iş aparılmışdır.
Görüşlər sagirdlərlə müzakirələr şəklində keçirilmiş, onları maraqlandıran suallar ekspert, Vəkillər Kollegiyasının üzvü , hüquqşünas Elnarə xanım Eyyubova tərəfindən cavablandırılmışdır.
Həmçinin görüşlərdə iştirak edən Psixologiya üzrə fəlsəfə doktoru, psixoloq Aynur xanım Bünyatova şagirdlərə hüqüq pozuntularının insan həyatına təsiri, məişət zorakılğı və onun növləri, psixoloji zorakılıq barədə geniş məlumat vermişdir.
Ümumilikdə, həyata keçirilən görüşlərdə 253 nəfər iştirak etmişdir ki, bunlardan da 241 nəfəri yuxarı sinif şagirdləridir.
Layihənin davamlılığını təmin etmək məqsədi ilə, hüquq pozuntusu ilə üzləşən qızların (qadınların) gələcəkdə də lazımı hüquqi dəstək üçün “Xəzər rayonunda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinə müraciət edə bilmələri nəzərdə tutulub.
Fərid Faiqoğlu
AJB-nin üzvü