Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Marafonunun keçirilməsi nəzərdə tutulub. Belə ki, 15 may 2022-ci il tarixdə səhər saat 10:00-dan paytaxt Bayraq Meydanından marafona start veriləcək. “Küləyə qalib gəl” şüarı altında 10 mindən çox iştirakçı 21 km-dək yürüş edəcəklər. Yürüş zamanı təhlükəsizliyi təmin etmək məqsədi ilə tədbir tam başa çatanadək qeyd olunan marşrut üzrə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək. Yürüş Bayraq meydanından, Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz vaqzalınadək daha sonra Azadlıq meydanı, Neftçilər və 8 noyabr prospektləri ilə Ağ şəhər bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni Xəqani Rüstəmov küçəsi ilə geriyə, Qənimətlər parkı yanından keçərək-Y.Səfərov-A.Cəlilov küçələri kəsişməsindən, Cavanşir körpüsü, Ü.Hacıbəyov küçəsi, Azadlıq prospekti, Z.Əliyeva, R.Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə Bibi Heybət yolu ilə, Su idman sarayı ətrafından Bulvar ərazisi ilə Bakı Kristal zalı yanından Bayraq meydanında finiş nəzərdə tutulub.
Odur ki, keçirilən tədbirin əhəmiyyətini, iştirakçıların rahat və fasiləsiz yürüşünün təşkil edilməsi məqsədi ilə xahiş edilir ki, bu istiqamətlərə doğru bütün növ nəqliyyat vasitələrinin hərəkətinin mümkünsüzlüyünü nəzərə alıb alternativ variantlara əvvəlcədən üstünlük versinlər.
Vaqif Əsədov
Bakı Şəhər BPİ DYPİ HTT və İQƏB-in rəisi