Bu gün hamımızın çox hörmət bəslədiyi insan, hər zaman elin-obasını təəssübünü çəkən, media sahəsində özünün dəsti-xətti ilə seçilən, yazıçı-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Ulusestv.az" internet televiziyasının rəhbəri, ən əsası deyərdim ki, cəfakeş baba Şamil Cəfərovun nəvəsi Aysu balanın 10 yaşı tamam olur. Aysu bala həmişə ata-anasının, baba və nənəsinə layiqli övlad olaraq onların qürurla fəxr etdiyi övladlardan biridir. Aysu balanı bütün əzizləri onu doğum günün münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı və gələcək həyatında uğurlar arzu edirlər.
Bizdə redaksiyamızın kollektivi adından Aysu balanı ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, dərslərində uğurlar, can sağlığı və firavan həyat arzu edirik.