Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
10:08
Xırdalan şəhərində başlayan yanğınla bağlı bəzi məqamlar bəlli olub.
Oxu.Az xəbər verir ki, FHN-in mətbuat xidmətinin ilkin məlumatına görə, mənzillərin birində baş verən yanğın geniş əraziyə yayılmayıb.
09:21
Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.
Oxu.Az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Qurumun “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Nəzrin Vahid