• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Giriş asan, məzun olmaq çətin olmalıdır - ARAŞDIRMA

gundem / manset / Təhsil

12-09-2022, 11:02

Giriş asan, məzun olmaq çətin olmalıdır - ARAŞDIRMA
Ötən həftə Dövlət İmtahan Mərkəzinin (DİM) 2022/2023-cü tədris ili üçün elan etdiyi Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri geniş əks-səda doğurdu. Ümumilikdə, ali məktəblərə qəbulun sənəd verənlərin 72 faizini təşkil etməsi, ixtisaslar üzrə keçid balının 150-dək enməsi haqlı olaraq sosial platformalarda ciddi müzakirə mövzusuna çevrildi. Aşağı keçid balı zəif oxuyan abituriyentlərin tələbə olmaq ümidlərini itirməməsinə rəvac versə də, ötən tədris illəri ilə müqayisədə təkcə təhsilin keyfiyyətinin kəskin aşağı düşməsi kimi dəyərləndirilmədi, həmçinin gələcəkdə peşəkar mütəxəssis qıtlığının yarana biləcəyi narahatlığını ifadə etdi.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Ali məktəblərə girişin bu qədər əlçatan olması çoxsaylı suallar ortaya çıxarıb. “Qəbul yerlərinin sayı azaldılmalıdırmı?”, “İxtisaslar üzrə keçid balları yüksək olmalıdırmı” və s. kimi suallara təhsil mütəxəssislərinin cavabları da haçalanır.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Müşfiq Məmmədli hesab edir ki, daha çox əmək bazarının tələblərinə uyğun ixtisaslara üstünlük verilməlidir:

“Hazırda “dəbdə” olan ixtisaslara axın daha çoxdur: “Digər ixtisaslar üçün seçimlər göstərilmir. Bəzi ixtisasların, həqiqətən, hazırkı iqtisadiyyatın və bazarın tələbatına uyğun şəkildə yenilənməsi istiqamətində addımlar atılmalıdır. Qəbul yerlərinin azaldılmasından çox, yeni ixtisasların yaradılması, dövrün çağırışlarına uyğun şəkildə kadr hazırlığının artırılması istiqamətində düşünməliyik”.

Millət vəkili hesab edir ki, hazırkı iqtisadiyyatın tələbi heç də sırf ali təhsilli mütəxəssislərin olması istiqamətində olmadığından, peşə məktəblərinin rolunun artırılması istiqamətində atılan addımlar da güclənməlidir:

“Peşə məktəbləri bütün inkişaf etmiş ölkələrdə ali təhsil olmadan ara ixtisas baxımından mühüm əhəmiyyət kəsb edir. Qısa zaman ərzində həddən artıq yüksək peşəkarlıq tələb edən ara ixtisaslara yiyələnmiş mütəxəssislərin olması çox vacibdir. Məsələn, tibb texnikası, kənd təsərrüfatı texnikasının təmiri, İT və telekommunikasiya sahəsində peşə təhsilli mütəxəssislərə ehtiyac var. Bu baxımdan, peşə təhsilinin inkişafı, yeni peşə məktəblərinin yaradılması, mövcud peşə məktəblərinin modernizasiyası istiqamətində addımlar atmalıyıq”.

Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) üzvü Rüfət Əsədzadə ali məktəbə qəbulda kütləviliyi dövlətin siyasəti ilə əlaqələndirir:

“Dövlətin siyasəti elədir ki, hamının təhsil alması təmin olunsun. Qlobal variant isə tələb edir ki, universitetə giriş asan, məzun olmaq çətin olmalıdır. Yəni universitetə daxil olmaq hamının haqqı, universiteti qurtarmaq isə əziyyət çəkənin haqqı kimi dəyərləndirilməlidir. İndiki reallıqda isə bu variant bizdə olmadığına görə, keçid balının aşağı salınması birbaşa keyfiyyətə təsir edir. Minimumlar çox aşağıdır. Belə olan halda isə bu, keyfiyyətli kadr hazırlığına ciddi təsir göstərir”.

Qəbul yerlərinin sayının azaldılmasına gəlincə, ekspert hesab edir ki, hansı ixtisaslara ehtiyac olması müzakirə olunmalıdır:

“Əmək bazarında araşdırma zəif gedir. Gələcəkdə - 3-5 il sonra tələb olunacaq ixtisasların piarı aparılmır. Ona görə də o ixtisaslar ya açılmır, ya da açılsa belə, onların mütəxəssisi olmadığına görə keyfiyyət olaraq özünü doğrultmur. Qəbul sayının azaldılmasına mütləq tədqiqat nəticəsində qərar verilməlidir. Məsələn, əgər bu qədər müəllimə ehtiyac yoxdursa, daha perspektivli və tələb olunan ixtisaslara üstünlük verilməlidir”.

Təhsil eksperti Nadir İsrafilov hesab edir ki, məzunların göstəricilərinin aşağı olması hər hansı bir narahatçılıq keçirmək üçün əsaslı səbəb deyil və bunu təhsilin keyfiyyətinin aşağı düşməsi ilə əlaqələndirmək də yanlışlıq olardı:

“Təhsilin keyfiyyəti bir-iki ilin nəticələri ilə ölçülə bilməz. Məsələn, aşağı göstəricilər hansısa ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinin tətbiqi (açıq testlərə adaptasiya) ilə əlaqədar olubsa, hansısa ilin nəticələrində fiziki və psixoloji gərginliyə səbəb olan pandemiyanın fəsadları əsas səbəblərdən birinə çevrilib”.

Ekspertin fikrincə, təhsilin keyfiyyətinin neçə nəfərin ali məktəbə qəbul olunması, neçə nəfərin 500-700 civarında bal toplaması ilə ölçülməsi düzgün deyil:

“Hələ də qəbul edə bilmirik və ya qəbul etmək istəmirik ki, təhsilin keyfiyyəti 700 ballıq şkala ilə və ən başlıcası isə bir-iki ilin nəticələri ilə ölçülə bilməz. 2007-ci ildən üzü bu yana, demək olar ki, hər il ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilər-edilməz “Bu il 700 bal toplayan niyə olmadı?” sualı gündəmə gətirilir, müxtəlif izahlar və şərhlərlə geniş müzakirə obyektinə çevrilir. Digər tərəfdən, əgər yüksək bal keyfiyyət göstəricisidirsə, bu il və ötən illər ərzində xeyli sayda 500-dən yüksək bal toplayıb ali məktəbə qəbul olmayan və 100-150 arası bal toplayaraq ali məktəblərə qəbul olan abituriyentlər olub. Bununla belə, tam əminliklə demək olarmı ki, bu istiqamətdə işlərimiz mövcud şərtlərə və tələblərə uyğun aparılıb? Bir çox hallarda testlərin düzgün tərtib edilməməsi, məktəbdə tədris olunan fənn proqramları ilə uzlaşmaması, təhsilalanların dərsliklər üzrə deyil, daha çox test kitabçaları üzrə hazırlaşmaları, test tapşırıqlarına məktəbdə tədris olunmayan məntiqə dair sualların salınması və digər bu kimi subyektiv səbəblər biliyin obyektiv qiymətləndirilməsini nəinki təmin edə bilməyib, hətta çoxsaylı lüzumsuz apelyasiyalara səbəb olub. Bu da zaman-zaman müəyyən narazılıqlarla müşayiət olunub və bu günün özündə də müşayiət olunmaqdadır”.

N.İsrafilovun fikrincə, istənilən halda, bu il ali məktəblərə qəbul imtahanında 31 893 nəfər abituriyentin 0-150 arası bal toplaması bizim üçün ciddi bir həyəcan siqnalıdır:

“Çünki biz daim əsas diqqəti 500-700 ballıq yüksək göstəricilərə yönəltmişik. 0-150, hətta 200-300 ballıq göstəriciləri olanlar isə diqqətdən kənarda qalıb. Deməli, məsələlərə yanaşma tərzimiz dəyişməlidir. “Savadsızları” “zəiflər”, “zəifləri” “ortabablar”, “ortababları” isə “yaxşılar” sırasına yüksəltməyin yollarını tapmaq barədə düşünməliyik. Ali məktəblərə qəbul ayrı-ayrı universitetlərin plan yerlərini doldurmaq yox, tələb-təklif prinsipi əsasında həyata keçirilməlidir. Onsuz da ali məktəblərin və onların tələbə kontingentinin say tərkibi mümkün tələbatdan qat-qat artıqdır. Bu gün iqtisadiyyatımızın ehtiyacı işsiz ali təhsillilərdən daha çox peşəkar peşə sahiblərinədir”.
Bizimlə əlaqə saxlayın

Oxunub: 185
Paylaş:
Digər xəbərlər

gundem / manset / Təhsil

23-06-2022, 11:07

Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ: Sənəd qəbulu başlayır

sosial / ust / manset

19-09-2021, 11:16

Ali məktəblərə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti uzadılıb

sosial / ust / manset

4-09-2021, 11:14

Bu il neçə nəfər ali məktəblərə daxil oldu? - RƏSMİ

sosial / ust / manset

17-08-2021, 11:52

Ali məktəblərə ixtisas seçiminin vaxtı açıqlanıb

gundem / ust

25-05-2019, 11:33

Kollec məzunları universitetə imtahansız necə qəbul olunacaq? - DİM-dən şərh

ULUSƏS TV
Baş redaktor Şamil Cəfərovun Prezident İlham Əliyevə təşəkkürü
Son xəbərlər
  • Bu gün, 10:33
    Bakıda “Ümumdünya Məskunlaşma Günü” Forumu keçirilir
  • Bu gün, 10:31
    Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi yanaşmasını sərt şəkildə qınayıb
  • Bu gün, 10:29
    Milli Depozit Mərkəzinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib
  • Bu gün, 10:27
    Sabiq maliyyə rəisi apellyasiya şikayəti verdi
  • Bu gün, 10:25
    Xankəndidə erməni sakinlərlə görüş gözlənilir
  • Bu gün, 10:23
    Azərbaycan millisinin Qazaxıstanla oyunlar üçün heyəti açıqlandı - SİYAHI
  • Bu gün, 10:21
    “Barselona” 16 yaşlı futbolçuya bir milyard avro qiymət qoyub
  • Bu gün, 10:19
    Yarım milyon manatı mənimsəyən direktor yenidən hakim qarşısında
  • Bu gün, 10:16
    Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır
  • Bu gün, 10:12
    Britaniya sualtı qayığın tikintisi üçün dörd milyard funt sterlinq dəyərində müqavilə imzalayıb
  • Dünən, 12:42
    Şəhid Vüsal Orucov Qusarda dəfn edilib
  • Dünən, 12:22
    IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı Bakıda öz işinə başlayıb
  • Dünən, 12:13
    Kamran Əliyev: “Cinayət törətmiş ermənilərə müraciət edirəm ki, könüllü təslim olsunlar”
  • Dünən, 12:10
    Baş prokuror: “İran tərəfi Fərid Səfərli ilə bağlı məsələyə bir daha baxacaq”
  • Dünən, 12:07
    Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
  • Dünən, 12:03
    Baş Prokurorluğun əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
  • 30-09-2023, 16:15
    MÜHARİBƏ ƏLİLLƏRİNƏ, VETERANLARINA PSİXOLOJİ-REABİLİTASİYA VƏ SOSİAL PROBLEMLƏRİNİN HƏLLİNƏ DƏSTƏK
  • 30-09-2023, 12:00
    DTX: “Azad olunmuş ərazilərdə 500-ə yaxın şəxsin meyitinin qalıqları tapılıb”
  • 30-09-2023, 11:58
    XİN: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialar tamamilə əsassız və absurddur”
  • 30-09-2023, 11:56
    Prezidentin xüsusi nümayəndəsi: “Şuşanın şəhər planı tərtib edilərkən fiziki görünüşü olduğu kimi qorunub”
  • 30-09-2023, 11:54
    Azərbaycan nefti ucuzlaşıb
  • 30-09-2023, 11:53
    BMT: “Qarabağı tərk edən erməni sakinlərə qarşı pis rəftar halları qeydə alınmayıb”
  • 30-09-2023, 11:51
    Aydın Kərimov: “Azad olunmuş ərazilərin bərpası unikal bir keysdir”
  • 30-09-2023, 11:48
    Şuşa və Füzuli Hava Limanı yolunu birləşdirən şosenin istifadəyə veriləcəyi vaxt açıqlandı
  • 30-09-2023, 11:45
    II Azərbaycan Milli Şəhərsalma Forumunun ikinci günü başlayıb
  • 30-09-2023, 11:42
    Azərbaycanın media nümayəndələri Cəbrayıldadırlar
  • 30-09-2023, 11:39
    Yol polisi paytaxt sakinləri və sürücülərə müraciət edib
  • 29-09-2023, 22:11
    XIZIR BABA KİMDİR?
  • 29-09-2023, 08:33
    Yaponiya “Fukusima-1” AES-dən ikinci su partiyasını oktyabrda buraxacaq
  • 29-09-2023, 08:30
    Baytar ev heyvanlarında quduzluq virusunun əsas əlamətlərini sadalayıb
  • 29-09-2023, 08:27
    ABŞ Senatında rəsmi dres-kod bərpa edildi
  • 29-09-2023, 08:25
    “SpaceX” ABŞ Kosmik Qüvvələrini rabitə ilə təmin etmək üçün ilk müqaviləni bağlayıb
  • 29-09-2023, 08:23
    Kim Çen In Şimali Koreyanın nüvə silahı istehsalını artıracağını dedi
  • 29-09-2023, 08:21
    Avropada tərkibində mikroplastik olan bir çox vasitələr qadağan edilib
  • 29-09-2023, 08:19
    Plastiki parçalayan qurdlar tədqiq edildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: Farid-safarov@mail.ru | ulu-ses@mail.ru
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə