27 Sentyabr Anım Günü ölkəmizin bütün güşələrində qeyd olundu. Şəhidlərimizi Anma tədbirlərində xalqımız yaxından iştirak etdi. Şəhid məzarları ziyarət olundu, məzarlar üzərinə güllər qoyuldu və onların ruhuna dualar oxundu.
Bu işdə məktəblərimizin xüsusi rolu bizləri sevindirdi. Çünki vətəndaşın vətənpərvər yetişməsi məktəb və müəllimlərimizdən asılıdır.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri, polkovnik Elmar Hüseynov məlumat verib.
Elmar Hüseynov bildirdi ki, 27 Sentyabr Anım günü ilə bağlı bir çox məktəblərdə, o cümlədən şəhid Rövşən Nəsirov adına 111 saylı orta məktəbdə birinci dərs-şəhidlərin müqəddəs ruhlarını yad etməklə başladı. Bunu ənənə halına salmaq vacibdir. Təkcə bir gün yox, tez-tez bu cür işlər görmək yeniyetmələrin vətənpərvər ruhda böyüməsi üçün vacibdir.
Allah şəhidlərimizə rəhmət eləsin!
N. Məmmədli