• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Bakıda şagirdin ölümünə səbəb olan vəzifəli şəxs həbs edildi

gundem / manset

11-01-2023, 12:15

Bakıda şagirdin ölümünə səbəb olan vəzifəli şəxs həbs edildi
Bakıda orta məktəb şagirdinin ölümü, onun atasının isə xəsarət alması ilə nəticələnən ağır qəza törətmiş vəzifəli şəxs həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsində 8-ci sinif şagirdi Nurlan Bağışovun ölümü ilə nəticələnən qəzanı törədən Azərbaycan Mərkəzi Bankının İnformasiya Texnologiyaları Departamentinin Texniki dəstəkləmə şöbəsinin rəisi, 1988-ci il təvəllüdlü Vəli Məmmədova hökm oxunub.

Məhkəmənin 5 yanvar 2023-cü il tarixli hökmü ilə vəzifəli şəxsə 5 il 1 ay müddətinə həbs cəzası verilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi bildirilib və məhkəmə zalındaca həbs edilib.

Məhkəmədə məlum olub ki, Mərkəzi Bankın vəzifəli əməkdaşı idarə etdiyi “Mazda” markalı avtomobillə Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində hərəkətdə olarkən yolun ortasındakı qoşa xəttin üzərində dayanmış Nurlanı və atasını vurub. Zərbənin təsirindən yeniyetmə yolun əks hərəkət zolağına düşüb və “Toyota Prius” markalı taksinin altında qalıb. Ağır xəsarət alan Nurlan xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Yasamal Rayon Məhkəməsi “Toyota Prius”un sürücüsünün baş vermiş hadisədə günahının olmadığını bildirib və ona bəraət verib.

Mərkəzi Bankın şöbə rəisi Vəli Məmmədov isə məhkəmədə bildirib ki, hadisə zamanı Nurlan Bağışov onun avtomobilinin zərbəsi nəticəsində deyil, digər maşının altında qalması səbəbindən dünyasını dəyişib:

“Yol-nəqliyyat hadisəsi zamanı mərhumun ölümünə səbəb olan xəsarət birinci vurulma nəticəsində yaranmayıb. Digər avtomobil də mərhumu vurmasa idi, o yaşayacaqdı. Ona görə özümü Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilirəm və yüngül cəza verilməsini xahiş edirəm. Həmçinin mərhumun ailəsi ilə dəfələrlə barışmağa cəhd etmişəm. Valideynlərindən dəfələrlə üzr istəmişəm, mənim heç kimlə ədavətim yoxdur. Bu, Allahın yazdığı bir qəzadır”.

Mərhum Nurlan Bağışovun ailəsi isə məhkəmədən təqsirləndirilən şəxsi bağışlamadıqlarını və ona cəza verilməsini xahiş etdiklərini bildiriblər. N.Bağışovun atası qeyd edib ki, hadisə baş verən vaxt oğlu ilə birgə Şəfayət Mehdiyev küçəsindəki şirniyyat mağazasına gedirmiş: 

“Saat 22:30 radələrində oğlumla birgə Yasamal parkından yaşadığım ünvan tərəfə gəlirdik. Bu zaman Nurlan mənə yolun əks istiqamətində yerləşən dükandan onun üçün şirniyyat almağımı istədi. Nurlanın əlindən tutub yolu keçməyə başladıq. Yolun hərəkət hissəsinin ortasında yerləşən qoşa xəttə yaxınlaşıb dayandıq, əks istiqamətdən gələn avtomobillərin sürüb keçməsini gözlədik. Bu zaman ani bir anda zərbə səsi eşitdim. Sağ tərəfimə baxan zaman oğlumun yanımda olmadığını gördüm. Nurlanı yerdə asfaltın üzərində uzanıqlı vəziyyətdə görüb qışqırmağa başladım. Ətrafda olan tanımadığım insanlar yanıma gəldilər, iki xanım köməklik göstərdi. Artıq Nurlanın ağzından qan gəlirdi. Bir avtomobil saxladı, həmin avtomobildə qabaq oturacaqda əyləşdim, arxa hissədə bir nəfər əvvəllər tanımadığım cavan oğlan oturdu, Nurlanı arxaya uzatdıq. İlkin olaraq Mərkəzi Gömrük Hospitalına getdik. Lakin orada COVID-19 xəstəliyi ilə əlaqədar qəbul etmədilər. Bundan sonra yaxınlıqdakı doğum evinə getdik, lakin orada da qəbul etmədilər. Bundan sonra Mərkəzi Klinikaya getdik. Orada xəstənin nəbzini yoxlayaraq hələ yaşadığı üçün qəbul etdilər və təxminən 15-20 dəqiqə sonra mənə oğlumun vəfat etdiyini bildirdilər. Təqsirli şəxslərin qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edirəm”.

Qeyd edək ki, N.Bağışov 20 nömrəli məktəb-liseyin 8-ci sinif şagirdi olub. Hadisədən sonra onun yaxınları hadisənin Vəli Məmmədov tərəfindən yox, onun həyat yoldaşı tərəfindən törədildiyini iddia ediblər. İstintaq zamanı bu iddia təsdiqini tapmayıb. 

Oxunub: 237
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 17:50
    Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
  • Dünən, 17:30
    “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun rəsmi açılış mərasimi keçirilib
  • Dünən, 17:08
    Xankəndi Stadionu açıldı
  • Dünən, 16:11
    8 NOYABR – SONSUZLUĞUN FƏLSƏFƏSİ!
  • Dünən, 15:42
    BAŞ DAŞLARINI QEYRƏT AĞACITƏK UCALDANLARIN HEKAYƏSİ – SONSUZLUĞUN FƏLSƏFƏSİ!
  • Dünən, 14:00
    8 noyabr: Azərbaycanın tarixi Zəfərinin təcəssümü
  • Dünən, 13:22
    Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Seyfulla oğlu Eminov: 8 NOYABR – AZƏRBAYCAN TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN BÖYÜK ZƏFƏR GÜNÜ!
  • Dünən, 11:29
    Sabunçu Rayon Polis İdarəsinin rəisi polis polkovniki Cavid Muradov: 8 NOYABR – ZƏFƏR GÜNÜ: AZƏRBAYCAN XALQININ QÜRUR, ŞƏRƏF VƏ QƏHRƏMANLIQ TARİXİ
  • Dünən, 11:14
    “Robotlar insanlardan daha məhsuldar olacaq”
  • Dünən, 11:06
    “Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı
  • Dünən, 11:01
    Sürücülərin nəzərinə!
  • 6-11-2026, 17:26
    Sumqayıtda Zəfər Günü münasibətilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
  • 6-11-2026, 17:19
    Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər - Foto
  • 6-11-2026, 15:46
    SİZ CAN VERDİNİZ, VƏTƏN YAŞASIN...
  • 6-11-2026, 14:17
    ZƏFƏR TARİXİNİN MÜƏLLİFİ... ALİ BAŞ KOMANDANIM!
  • 6-11-2026, 14:13
    Şuşa Zəfəri: şanlı Qələbənin rəmzi
  • 6-11-2026, 13:44
    “VƏTƏNİMDİR, VƏTƏNİMDİR, VƏTƏNİM!..”
  • 6-11-2026, 13:16
    HESABI AXIRDA KƏSƏN MİLLƏTƏM!
  • 6-11-2026, 11:10
    ATU-da Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirildi - Fotolar
  • 6-11-2026, 11:04
    Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı
  • 6-11-2026, 10:59
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • 6-11-2026, 10:44
    Məşhur müğənni Güllü Muradovanın həyat yoldaşı həbs edildi – ŞOK SƏBƏB
  • 6-11-2026, 10:36
    Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
  • 6-11-2026, 10:19
    İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
  • 6-11-2026, 10:05
    Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar
  • 6-11-2026, 10:00
    İranın qalanını da məhv etməklə hədələdi - “Tezliklə öyrənəcəksiniz”
  • 6-11-2026, 09:56
    Türkiyədə sabiq nazir həbs edildi
  • 6-11-2026, 09:52
    “Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq”
  • 5-11-2026, 11:00
    FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə - Müraciət
  • 5-11-2026, 10:54
    Anar Rzayevə ağır itki
  • 5-11-2026, 10:45
    Şəhid anası faciəvi şəkildə öldü - Foto
  • 5-11-2026, 10:19
    Beyləqanda Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası keçirildi - Fotolar
  • 5-11-2026, 10:14
    Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
  • 5-11-2026, 10:10
    “EDU Company” yüksək nəticə göstərən abituriyentlərinə 20 min pul mükafatı verdi
  • 5-11-2026, 10:04
    Sağlam qidalanma ilə bağlı - Bilməli olduğunuz vacib məqamlar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə