• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Dövlət müstəüilliyinin ədlə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir

gundem / sosial / ust / manset

12-10-2023, 10:54

Dövlət müstəüilliyinin ədlə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycan müstəqilliyini dünyaya bəyan edərək xalqımızın çoxəsrlik dövlətçilik ənənələri davam etdirmişdir. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu.
Dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir. Əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşdırılmış, respublikamızın müdafıə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunmuş və müstəqilliyimiz daha da möhkəmlənmişdir. İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir..Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, Qarabağda qəhrəman bir savaşla tarixi zəfər qazandı, üzücü işğal dövrünə son qoydu. Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcavüzkar dövlətin hərbi-siyasi rəhbərliyini ölkəsinin məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli Azərbaycan – Ermənistan – Rusiya bəyanatını imzalamağa məcbur etdi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu.
44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərlə işğal altındakı torpaqlarımız azad olundu, çoxəsrlik tariximizin ən yeni mərhələsinin şərəfli səhifələri qızıl hərflərlə yazıldı. Bu tarixi günü xalqımız alnı açıq, üzüağ qeyd edir. Tarixi Qələbəmiz, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, dünyada hazırkı layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən baxılmasını zamanın ehtiyacı və tarixi zərurət kimi dəyərləndirir.
Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. İlk dəfədir ki, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edərək özünün Müstəqillik Gününü qeyd edir. 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək, əsgər və zabitlərimiz Müzəffər Ali Baş Komandanın əmirlərini dəqiq yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini bərpa etdi. “Müstəqillik Günü haqqında” qanun layihəsinə təklif edilən dəyişikliyə görə, bundan sonra mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin bərpası Günü kimi ölkədə qeyd ediləcək. “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub.Bu qanun layihəsinin məhz bu gündə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsini bayaram edəcəyimizin yaxınlaşdığı bir ərəfədə müzakirəsi və qəbul edilməsinin çox böyük siyasi, tarixi və milli-mənəvi əhəmiyyəti var. Bu, bütün dünyaya növbəti bir mesajdır. Bu qanunun hazırlanması Azərbaycan xalqının iradəsidir ki, heç kim heç vaxt bir daha Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına ala bilməz. Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var.
2023-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 32 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tamam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.
Yəni, yeni qanun layihəsində doğru yanaşma ortaya qoyulub: Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib. Beləliklə, “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununun layihəsində 1918-ci ildə “İstiqlal Bəyannaməsi”nin qəbul olunduğu 28 mayın Azərbaycan Respublikasında Müstəqillik Günü, 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabrın isə Müstəqilliyin Bərpası Günü hesab olunması məntiqə söykənir. Odur ki, tarixi hadisələrin düzgün tətbiqi zamanıdır. Təqvimdə 28 may tarixi Müstəqillik Günü, 18 oktyabr tarixi isə Müstəqilliyin Bərpası Günü kimi yenilənməsi, təqdirəlayiqdir. Bu, birmənalı olaraq Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar edilməsi faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilirdi və qeyri iş günü idi. 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu və bu gün rəsmi iş günü hesab olunurdu.
Qanun layihəsində qeyd edildiyi kimi, 28 May tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması tarixinə əsaslanır. Bu isə özlüyündə bir daha respublikamızın ərazi bütövlüyünü bərpa etmiş çağdaş Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. 1918-ci ildə qurulmuş Xalq Cumhuriyyəti dövründə qəbul edilmiş bütün dövlət atributları 18 oktyabr 1991-ci il tarixində müstəqilliyimizin bərpası ilə müqəddəs əmanət kimi çağdaş müstəqil dövlətimizin dövlət atributları olaraq qəbul olundu.
Bu gün biz ədliyyə işçiləri olaraq həm müstəqilliyimizin bərpasının 32-ci il dönümünü , həm də 44 günlük Vətən müharibəsinin, torpaqlarımızın azad edilməsinin üçüncü ildönümünü qeyd edirik. Hər birimiz üçün qürur doğuran haldır ki, Azərbaycan Respublikasının müstəqil, sivil və demokratik məzmunda hüquqi bir dövlət kimi formalaşması ümumilli lider Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğısı və dəstəyi sayəsində mümkün olmuş və Azərbaycan xalqının müstəqil dövlətdə azad yaşaması heç nə ilə ölçüyə gəlməyən bir xoşbəxtlikdir.
Əminliklə deyə bilərik ki, müstəqli Azərbaycan hərtərəfli inkişaf edir və ulu öndər Heydər Əliyevin xalqımızın müstəqil, azad və rifah halında yaşaması üçün yaratdığı memarlıq əsəri olan Azərbaycan bu gün etibarlı əllərdə olmaqla, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursu hər bir azərbaycanlı dəstəkləyir və müstəqilliyimizin qorunması işi qarşımızda ən ümdə vəzifə kimi müəyyən olunmuşdur.
Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimiz və qiymətli sərvətimizdir. Onun qorunub saxlanılması hər birimizin müqəddəs borcudur.

Rəna Axundova
Suraxanı rayon qeydiyyat şöbəsinin rəisi

Oxunub: 172
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 12:38
    Venesuelaya 5 milyon avro ayırdılar
  • Bu gün, 12:34
    İranın hücumuna görə BMT-yə çağırış etdilər
  • Bu gün, 12:31
    Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
  • Bu gün, 12:27
    Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”
  • Bu gün, 12:04
    FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi
  • Bu gün, 12:00
    Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərildi
  • Bu gün, 11:42
    Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
  • Bu gün, 11:33
    DÇ-də 1/16 finalın bütün cütləri bəlli oldu - Siyahı
  • Bu gün, 11:25
    Hüquqşünasın gündəliyi: Bir uşağın cavabı
  • Dünən, 13:50
    Prezidentin qızları bulvarda festivalda
  • Dünən, 13:44
    Səhər bu 5 qaydaya əməl edin, gününüz tam dəyişsin
  • Dünən, 13:41
    60 il öz əlində təcrübə aparan alim sübut etdi
  • Dünən, 13:36
    Rəngli yuxuları kişilər, yoxsa qadınlar görür?
  • Dünən, 13:32
    Leandro Andrade də “Qarabağ”dan getdi - Rəsmi
  • Dünən, 13:29
    Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü
  • Dünən, 11:52
    Tapdıq Əlibəyli - 65
  • Dünən, 11:41
    Əmək və Sosial Münasibətlər Akademiyasında məzun günü
  • Dünən, 11:36
    Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda
  • Dünən, 11:30
    “Təəssüf ki, ürək parçalayan xəbər gəldi, inanmaq istəmədim”
  • Dünən, 11:25
    Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
  • Dünən, 11:16
    Putin miqrantlarla bağlı qanunu imzaladı
  • 26-06-2026, 19:30
    Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Zaur Ələkbərov bu gün sizin gününüzdü
  • 26-06-2026, 17:19
    Qalib gəldi ədalət!
  • 26-06-2026, 16:19
    26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü
  • 26-06-2026, 15:53
    Qalib ordunun şanlı salnaməsi
  • 26-06-2026, 15:45
    Səni tanımaq bizə çox xoş oldu, əziz QARDAŞIMIZ!
  • 26-06-2026, 14:59
    Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
  • 26-06-2026, 12:55
    Yaponiyada yenidən güclü zəlzələ oldu
  • 26-06-2026, 12:50
    Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
  • 26-06-2026, 12:46
    “Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
  • 26-06-2026, 12:41
    Şanlı tarixdən Böyük Zəfərə aparan ordu
  • 26-06-2026, 12:34
    Vətən müharibəsi iştirakçısı vəfat etdi
  • 26-06-2026, 12:30
    “Azər Türk Bank”ın şəhid əməkdaşı ordenlə təltif edildi
  • 26-06-2026, 12:27
    “Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
  • 26-06-2026, 12:24
    Ordumuz gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə