• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Dirçəliş dövrü

gundem / siyaset / ust / manset

25-10-2023, 13:30

Dirçəliş dövrü
Məşhur Məmmədov

Milli Məclisin deputatı

25 oktyabr - Qubadlı şəhəri günüdür. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilibmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub. 30 il öncə - 1993-cü ilin avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olunmuşdur. 1988-ci ildən başlayaraq Еrmənistanla və Dağlıq Qarabağla sərhəddə yеrləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir. İşğaldan sonra Qubadlı rəsmi İrəvanın qanunsuz məskunlaşma cinayətlərinə məruz qaldı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirildi. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınmışdı.

O günlər arxada qalıb. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Qubadlıda inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Qubadlının işğaldan azad edilməsi 44 günlük Vətən Müharibəsində həlledici rol oynayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər. Qubadlı uğrunda döyüşənlərin, canından keçənlərin əməyinə qiymət verildi, 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Otuz ilə yaxın ermənilər Qubadlıda nə qədər vandallıq və vəhşilik göstərsələr də bu yerlərdən azərbaycanlıların izini silə bilməyiblər. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qubadlı rayonunda da genişmiqyaslı quruculuq işlərinə başlanılıb. Prezident İlham Əliyevin tapşırığına əsasən Şərqi Zəngəzur iqtisadi rayonunda infrastrukturun yenidən qurulması və bərpası, şəhərlərin Baş planlarının hazırlanması onu göstərdi ki, işğaldan azad edilən bütün yaşayış məntəqələri ən müasir texnologiyalarla inşa ediləcək. Azad edilən torpaqlarda minalar təmizləndikcə quruculuq işlərinə, ilk əvvəl həyat əhəmiyyətli infrastruktur layihələrin - elektrik xətlərinin, yolların çəkilişinə başlanılıb. Azərbaycanın apardığı bərpa-quruculuq işləri dünyada analoqu olmayan meqalayihədir. Hazırda Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri həyata keçirir, bütöv şəhər və kəndlər, yaşayış massivləri, infrastruktur müasir tələblər əsasında qurulur. Şərqi Zəngəzurun dirçəliş dövrü başlayıb. Böyük əhəmiyyət kəsb edən infrastruktur lahiyələr uğurla icra olunur, yurdumuzun işğaldan azad edilən ərazilərinə yeni bir həyat gəlib. Düşmənin amansızlıqla dağıtdığı və məhv etdiyi yurd yerləri yaxın zamanlarda öz sakinlərini qəbul edəcək.

Oxunub: 136
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

27-08-2023, 11:21

Laçında atəşfəşanlıq olub

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 14:12
    “Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
  • Bu gün, 12:08
    Prezident polşalı həmkarına məktub göndərdi
  • Bu gün, 12:03
    XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
  • Bu gün, 11:59
    Maşın dərəyə aşdı - Ölən və yaralananlar var - Yenilənib
  • Bu gün, 11:55
    Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqladı - 38 qurum, 24 şəxs...
  • Bu gün, 11:51
    Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab
  • Bu gün, 11:46
    Paşinyan Fransaya getdi
  • Bu gün, 11:41
    Bu baş versə, tarixin ən bahalı boşanması olacaq
  • Bu gün, 11:18
    Xankəndi stadionunda keçiriləcək ilk oyunun - Vaxtı açıqlandı
  • Bu gün, 11:05
    MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
  • Bu gün, 10:58
    ABŞ İran təhdidinə görə təcili hərəkətə keçdi
  • Dünən, 19:53
    ГЛУБОКИЕ СОБОЛЕЗНОВАНИЯ
  • Dünən, 18:01
    “İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
  • Dünən, 13:10
    Bayraq Günümüzə sözardı...
  • Dünən, 11:43
    “Eşq olsun Azərbaycan Bayrağına!” - Video
  • Dünən, 11:37
    Şəkidə Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib - Fotolar
  • Dünən, 11:30
    Bəzi ərazilərə qar yağır - Faktiki hava
  • Dünən, 11:23
    Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto
  • Dünən, 11:18
    Tovuzda Zəfər Günü böyük təntənə ilə qeyd olunub - Fotolar
  • Dünən, 11:13
    Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
  • Dünən, 11:07
    Çində yaşayış kompleksində güclü yanğın - 14 nəfər öldü
  • Dünən, 10:51
    Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
  • Dünən, 10:38
    Ehtiyatda olan polkovnik Elmar Hüseynov: “Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük Zəfər tariximiz şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalq-ordu birliyi ilə yazıldı!”
  • 8-11-2026, 20:22
    Zəfər Günü GİKM-in regional bölmələrində silsilə tədbirlərlə qeyd olunub
  • 8-11-2026, 15:37
    ПОЗДРАВЛЕНИЕ БРАТСКОМУ АЗЕРБАЙДЖАНСКОМУ НАРОДУ С ДНЁМ ПОБЕДЫ — 8 НОЯБРЯ!
  • 8-11-2026, 15:19
    AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
  • 8-11-2026, 14:37
    "Merhemet.TV" internet televiziyasının təsisçisi, baş direktoru və Mərhəmət jurnalı-nın baş redaktoru Gülnara Həmidova: 8 NOYABR – ŞƏHİDLƏRİN QANI, ƏSGƏRLƏRİN HÜNNƏTİ VƏ XALQIN İRADƏSİ İLƏ YAZILAN ZƏFƏR TARİXİ!
  • 8-11-2026, 14:23
    “Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
  • 8-11-2026, 13:48
    Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
  • 8-11-2026, 12:34
    İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi - Fotolar
  • 8-11-2026, 12:26
    “Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar”
  • 8-11-2026, 12:17
    Tokayev Əliyevi təbrik etdi
  • 8-11-2026, 12:12
    Şahbaz Şərifdən Zəfər Günü təbriki
  • 8-11-2026, 12:08
    Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar
  • 8-11-2026, 12:00
    Polşada 6 nəfəri öldürən həmin şəxsin evində 3 meyit tapılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə