• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

8 Noyabr - Zəfər Günü tarixə milli qürurumuzun təntənəsi kimi yazıldı

gundem / ust / manset

4-11-2023, 08:00

8 Noyabr - Zəfər Günü  tarixə milli qürurumuzun təntənəsi kimi yazıldı
2020-ci ilin 27 sentyabrında başlanan zəfər yürüşü ilə Azərbaycan tarixində ikinci Qarabağ müharibəsi kimi yaddaşlarda qalan və 10 noyabr tarixində şanlı qalibiyyətlə bitən Vətən müharibəmiz hər bir azərbaycanlının, hər bir türkün qəlbində kök salmış durmadan qanayan Qarabağ acısına bir dərman oldu. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Milli Ordumuz tərəfindən aparılan müharibənin uğurlu nəticəsi olaraq 2020-ci il ölkəmizin tarixinə qələbə ili kimi qeyd edildi. Azərbaycan yenidən öz tarixi torpaqlarına qovuşdu. Artıq 8 noyabr - xalqımız üçün Zəfər Bayramıdır, Qələbə günüdür. Dövlətçilik tariximizi şərəfləndirən bayram günlərilə zəngin noyabr ayı indi bizim üçün daha da əlamətdardır. Çünki Prezident İlham Əliyevin digər sərəncamı ilə hər il noyabrın 8-i respublikamızda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Bununla da Azərbaycan Respublikasının dövlət bayramlarının sırasına biri də əlavə olundu.
Sentyabr ayının 27-dən başlanan Vətən müharibəsinin hərbi əməliyyatlar dövrü məhz bu tarixdə başa çatdı.
Bugünlərdə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıda böyük qürur və fərəh hissi var. 30 ilə yaxın müddətdə səbr göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Noyabrın 8-də Qarabağın döyünən ürəyi Şuşamız, onun ardınca 9 noyabr- Dövlət Bayrağı Günündə 71 yaşayış məntəqəsi, 1 qəsəbə, 8 strateji yüksəklik işğaldan azad edildi.
Bu qələbə bütövlükdə Azərbaycan xalqının yenidən dünyaya gəlişi, günəş kimi yenidən doğulması tarixidir. Biz bu şanlı tarixə 44 günlük səbr, dəyanət, cəsarət və qətiyyətlə nail olduq. Əslində biz müharibəni elə ilk gündən qazandıq: Şəhidlərimizin canı, qanı bahasına, xalqımızın iradəsi, xalq-ordu birliyi sayəsində.
44 günlük zaman kəsiyi bizə həm də qəhrəman oğullarımızı, ürəyinə daş basıb öz oğlunun tabutunu çiynində daşıyan ananı, əli qolu olmaya-olmaya “mən Vətən üçün heç nə etmədim” deyən əsgəri tanıtdı. Bu günlər ərzində öz oğlu məzarında “Xocalı qisası almısan. Buna görə ağlamıram” deyən ananı, canından keçməyə hazır cəbhəyə könüllü yazılan qadınları, eyni səngərdə döyüşən ata-oğulları, bir gözünün itirsə də “bir göz nədirki?! Canım bu vətənə qurban” deyən yaralı qaziləri də gördük. Hələ, son nəfəsində sinəsindəki bayrağını oğluna əmanət qoyan şəhid kapitanları, 10-a yaxın erməni hərbiçisi ilə təkbaşına əlbəyaxa döyüşə girərək bir palkovnik və generalı əlləri ilə boğaraq öldürən oğulu, məğrur duruşu ilə bütün ölkənin sevimlisinə çevrilən topçunu demirəm. Onların hər biri xalqımızın yaddaşına silinməz mürəkkəblə həkk olundu. Biz onların hər birinə minnətdarıq. Onlara deyiləcək tək bir söz var: Vətən Sizi unutmayacaq...
Torpağa məhəbbət mübarək hissdir. Biz müharibə dövründəki birliyimizlə bir daha bütün dünyaya sübut etdik ki, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz.
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində Vətən savaşı qələbə ilə başa çatdı. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Xalqımızın əzmi və iradəsi, güclü ordunun yaradılması və milli həmrəylik Vətən müharibəsindəki qələbəni təmin edən mühüm amillər oldu. Azəraycan şanlı qəhrəmanlıq salnaməsi yazaraq, qalib xalq olduğumuzu bütün dünyaya sübut edib tarixi zəfəri qazandı. Prezident İlham Əliyevin sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabr ayının 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Bu sərəncam bütün ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılandı. Bununla da Azərbaycanda qeyd olunan əlamətdar tarixlərin sırasına bir dövlət bayramı da əlavə olundu. Bu bayramı xalqımız səbirsizliklə gözləyirdi. Ona görə 8 Noyabr Zəfər Günü xalqımızın ən müqəddəs və gözəl bayramlarından biri kimi hər zaman qürurla, iftixarla qeyd ediləcək.
Bu, Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilən Qələbə kimi tariximizə həkk olundu. İlham Əliyev sərkərdə qətiyyəti və siyasi müdrikliklə Ermənistanı diz çökməyə məcbur etdi.
Ədliyyə işçisi olaraq hər birimiz fəxr edir və sözlə ifadə edilməsi mümkün olmayan sonsuz qürur hissi keçiririk ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatdı. Şanlı Qələbəmiz 30 illik həsrətə, nisgilə, sıxıntılara son qoydu. Xalqımız bu Qələbəni böyük coşqu, sonsuz sevinclə qeyd edir. Müstəqilliyimizin, suverenliyimizin, milli mənliyimizin, milli qürurumuzun, milli kimliyimizin rəmzi olan üçrəngli bayrağımız işğaldan azad olunan torpaqlarımızda dalğalandıqca başımızı dik tutur, hər zaman böyük inamla bəyan etdiyimiz “Biz tarixi torpaqlarımıza qayıdacağıq” çağırışının reallıqda öz əksini tapmasından qürur duyuruq. Bu tarixi Qələbənin əldə olunmasında milli birliyimizin, həmrəyliyimizin rolu xüsusi qeyd olunur. 44 günlük müharibə bir daha göstərdi ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin əyani təzahürüdür.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Zəfər Azərbaycan xalqına təcavüzkar Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının düşməndən azad edilməsinə, ərazi bütövlüyünün təmininə nail olmaq şansı qazandırmışdır. İlham Əliyevin əldə etdiyi Zəfərlə Ermənistan tərəfinin uydurduğu böyük Ermənistan mifi darmadağın edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2020-ci ildə Şuşanın alınması günündə və əslində Vətən müharibəsində qələbəmizin təmin edildiyi vaxtda Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını və abidəsini dərin ehtiramla ziyarət etməsi qırx dörd günlük müharibə dövrünün ən təsirli və unudulmaz tarixi hadisələrindən biridir. Bu ibrətamiz hadisə ilə Prezident İlham Əliyev 30 il davam etmiş Dağlıq Qarabağ münaqişəsinin həllində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və vəsiyyət etdiyi tarixi bir missiyanın uğurla başa çatdırılmasının şərəfli bir hesabatını vermişdir. Dövlətçilik baxımından son dərəcə əhəmiyyətli olan bu mühüm hadisə siyasi varislik cəhətdən də mühüm əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş 8 noyabr Zəfər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu, Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qalib ölkə kimi birlikdə keçirdiyi Zəfər paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir.
8 Noyabr Zəfər Günü Azərbaycanın çoxyüzillik tarixinin şanlı səhifəsini təşkil edir. Vətən müharibəsi və onun qələbə ilə başa çatması müasir Azərbaycan dövlətinin həyatının ən parlaq anları kimi, tariximizin bundan sonrakı dönəmlərində daim xüsusi qürur və iftixar hissi ilə xatırlanacaq. Çünki bu, millətin ümid, inam, qürur anları idi. Bu, ölkəmizin yeni tarixinin başlanğıcı, yeni inkişaf üfüqlərinin açılması məqamıdır. Bu zəfər xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi oldu, tarixə milli qürurumuzun təntənəsi kimi yazıldı. 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətinin, Ali Baş Komandanı olduğu Ordumuzun qüdrətinin və xalqımızın milli birliyinin təntənəsi oldu. Vətən torpaqlarının azadlığı uğrunda 44 gün davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Möhtəşəm zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi. Bu qələbə dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Xalqımız öz haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi, məğlubiyyət damğasını üzərindən götürdü. Bu savaşın nəticəsində dünya bizi həm də qalib xalq kimi tanıdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan və Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində xalqımızın və ordumuzun zəfər salnaməsi yazıldı.
Böyük Zəfər Günü – gələcək daha böyük zəfərlərin bələdçisi və təminatçısıdır. Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmizə, regiona və dünyaya daha böyük zəfərlər vəd edir. 44 günün ən şərəfli qələbəsi qeyrət qalamız Şuşanın ermənilərdən geri alınması ilə yaddaşlarda qalacaq. Şuşa qələbəsindən sonra düşmənin təslimçilik bəyannaməsinə qol çəkməsi isə qələbələrimizin ən möhtəşəmi oldu. İndi biz möhtərəm prezidentimizin qətiyyəti sayəsində qələbə sevincini yaşayırıq. Bu qələbəni bizə nəsib eliyən ali baş komandanımıza, əsgərlərimizə təşəkkürümüzü bildiririk. Azadlığımız,ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyirik!
Qoy Vətənimizdə daim sülh, firavanlıq və təhlükəsizlik hökm sürsün! Zəfərin mübarək Azərbaycan!


Rəna Axundova
Surxanı rayon qeydiyyat şöbəsinin rəisi

Oxunub: 314
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 13:50
    Prezidentin qızları bulvarda festivalda
  • Dünən, 13:44
    Səhər bu 5 qaydaya əməl edin, gününüz tam dəyişsin
  • Dünən, 13:41
    60 il öz əlində təcrübə aparan alim sübut etdi
  • Dünən, 13:36
    Rəngli yuxuları kişilər, yoxsa qadınlar görür?
  • Dünən, 13:32
    Leandro Andrade də “Qarabağ”dan getdi - Rəsmi
  • Dünən, 13:29
    Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü
  • Dünən, 11:52
    Tapdıq Əlibəyli - 65
  • Dünən, 11:41
    Əmək və Sosial Münasibətlər Akademiyasında məzun günü
  • Dünən, 11:36
    Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda
  • Dünən, 11:30
    “Təəssüf ki, ürək parçalayan xəbər gəldi, inanmaq istəmədim”
  • Dünən, 11:25
    Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
  • Dünən, 11:16
    Putin miqrantlarla bağlı qanunu imzaladı
  • 26-06-2026, 19:30
    Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Zaur Ələkbərov bu gün sizin gününüzdü
  • 26-06-2026, 17:19
    Qalib gəldi ədalət!
  • 26-06-2026, 16:19
    26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü
  • 26-06-2026, 15:53
    Qalib ordunun şanlı salnaməsi
  • 26-06-2026, 15:45
    Səni tanımaq bizə çox xoş oldu, əziz QARDAŞIMIZ!
  • 26-06-2026, 14:59
    Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
  • 26-06-2026, 12:55
    Yaponiyada yenidən güclü zəlzələ oldu
  • 26-06-2026, 12:50
    Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
  • 26-06-2026, 12:46
    “Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
  • 26-06-2026, 12:41
    Şanlı tarixdən Böyük Zəfərə aparan ordu
  • 26-06-2026, 12:34
    Vətən müharibəsi iştirakçısı vəfat etdi
  • 26-06-2026, 12:30
    “Azər Türk Bank”ın şəhid əməkdaşı ordenlə təltif edildi
  • 26-06-2026, 12:27
    “Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
  • 26-06-2026, 12:24
    Ordumuz gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
  • 26-06-2026, 12:21
    Paytaxt və bölgələrdə narkotik əməliyyatı - 9 nəfər saxlanıldı
  • 25-06-2026, 23:20
    Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
  • 25-06-2026, 23:02
    Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
  • 25-06-2026, 22:29
    Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov: “26 iyun-hərbi rəşadət, şərəf və igidlik bayramıdır”
  • 25-06-2026, 21:34
    Vətən ordenli gizir – Şəhidlik zirvəsinə ucalan qəhrəman Vidadi Nizami oğlu Zalov
  • 25-06-2026, 20:47
    Uşağın fikri vacibdir. Amma son sözü məhkəmə deyir.
  • 25-06-2026, 19:51
    Düşməni qorxuya salan Azərbaycan Ordusu
  • 25-06-2026, 18:37
    Peşəsinə sədaqətlə xidmət edən həkim-stomatoloq – Əliyev Samir Adil oğlu
  • 25-06-2026, 16:16
    “Əlvida bağça – Salam məktəb” adlı tədbir keçirilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə