• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Lənkəranda qaziləri döydürən sahibkarın onların üstünə şər atmaq cəhdi uğursuz alınıb,Cəzası nə olacaq?-FOTO

gundem / bolge / ust / manset

26-01-2024, 18:03

Lənkəranda qaziləri döydürən sahibkarın onların üstünə şər atmaq cəhdi uğursuz alınıb,Cəzası nə olacaq?-FOTO
Ötən ilin dekabr ayında bir sıra xəbər portallarında Lənkəran rayonunun Parakənd kəndi ərazisində yerləşən “Ceyranbulaq” restoranında baş vermiş kütləvi dava və həmin insident nəticəsində Qarabağ qazisinin xəstəxanaya yerləşdirilməsi faktı ictimailəşdirilmişdi. Xəbər verilmişdi ki, dava Lənkaran rayonundan olan 6 nəfər Qarabağ qazisi restoranda yemək yeyəndən sonra baş verib. Məlumata görə, davada 10-dan yuxarı adam iştirak edib. Qazilərdən döyülərək xəsarət alanlar vardır. Hadisə barədə polisə məlumat verilmiş, Lənkaran rayon Polis Şöbəsi tərəfindən araşdırma aparıldığı qeyd olunmuşdu.
O vaxtdan həmin məsələnin təfərrüatları və araşdırmanın nəticəsi barədə hüquq-mühafizə orqanlarından heç bir açıqlama verilməmişdi. Lakin bu günlərdə həmin hadisə vaxtı döyülmüş qazilərdən biri–Murad Rəhimov “Tik-tok” sosial şəbəkəsindəki səhifəsində paylaşım edərək, həmin faktı müşayiət edən bəzi neqativ halları açıqlayıb. Bu məsələ ilə bağlı M.Rəhimova zəng edib təfərrüatları öyrəndik. M.Rəhimov bildirdi ki, ehtiyatda olan zabitdir. 2-ci qrup müharibə əlili ola-ola, döyüşə girməkdən çəkinməyib. Hazırda dövlətdən aldığı pensiya və təqaüdündən ehtiyacı olan kimsəsizlərə, maddi vəziyyəti ağır olan qazi yoldaşlara əl tutur. Həmin gün daha 5 nəfər qazi dostları ilə birgə adı çəkilən restorana xörək yeməyə gediblər. Onlara verilən xörək keyfiyyətsiz, daha dəqiq desək, ətin yaxşı bişməmiş olduğuna görə irad bildiriblər. Bu isə restoranı işlədən Rəşad Həsənovun və Günay adlı inzibatçı xanımın xoşuna gəlməyib. Müştərilərə sərt cavab verilib: “Bizdə belədir, yeyirsiniz yeyin, yemirsiniz özünüz bilərsiniz”. Təbii ki, müştərilər öz istehlakçı hüquqlarını, xidmətə görə pul verdiklərini xatırladıblar. Söhbət çəpləşib. Mübahisəyə Rəşadın daha bir neçə nəfər qoluzorlu tanışı qoşulandan sonra davaya çevrilib və nəticədə sağlıq durumları onsuz da ürəkaçan olmayan qazilər döyülüb.Murad Rəhimov və Nəcəfli Nurlan adlı daha bir qazi xəstəxanalıq olublar, digərləri isə yüngül xəsarət alıblar. Şikayətçi ona tibbi yardım göstərildiyi Lənkəran Rayon Mərkəzi Xəstəxanasından Patoloji Anatomiya Mərkəzinə təqdim etmək məqsədilə aldığı 13 dekabr 2023-cü il tarixli arayışın da fotoşəklini redaksiyamıza göndərmişdir. Həmin arayışla təsdiqlənir ki, ona “gözünün və göz yuvasının travması, kəllənin və üz sümüyünün sınığı diaqnozu” qoyulub.
Daha sonra Murad Rəhimov onun özünü və qazi yoldaşlarını bəlkə də döyülməyin fiziki əzabından daha artıq mənəvi iztirab çəkdirən başqa bir neqativ olaydan bəhs etmişdir. Polisə şikayət etmələrindən iki gün sonra onları şöbəyə çağırıb bildiriblər ki, restoran müdiriyyəti də qarşılıqlı şikayət verib. Bildirilib ki, bəs guya qazilər xörək yeyib gedəndə onların əyləşmiş olduqları masanın üstündə içində narkotik maddə olan qutu qalıbmış. Polis əməkdaşının müşayiəti ilə qazi yoldaşların hamısı narkoloji mərkəzə aparılıb və onlar testdən keçiriliblər. Lakin testin nəticəsində onların analizində narkotik aşkarlanmayıb.
Lənkəranda qaziləri döydürən sahibkarın onların üstünə şər atmaq cəhdi uğursuz alınıb,Cəzası nə olacaq?-FOTO
Diqqətiçəkən məqam burasıdır ki,Parakənd kəndində yerləşən insidentlərin baş verdiyi Ceyranbulaq istirahət mərkəzinin əsl sahibi, hazırda ABŞ-da yaşadığı bildirilən Astara rayonun Pensər kənd sakini Əliyev Novruz Vaqif oğludur. Həsənov Rəşad Xalıq oğlu isə Novruzun qohumudur.
Murad Rəhimovdan telefon nömrəsini öyrənib əlaqə saxladığımız 2-ci qrup Qarabağ müharibəsi əlili Nurlan Nəcəfli də qazi yoldaşının danışdıqları ilə üst-üstə düşən məlumatı verdi. Müharibədə yaralandığı vaxt sol əlinin vətərinin yırtıldığını deyən Nurlan bildirdi ki, Muradı ilk olaraq məhz Rəşad vurub və onları aralaşdırmaq istərkən, onu da döyüb məhz xəsarətli əlini əziblər. Xəsarətinin Lənkəran Mərkəzi Xəstəxanasında təsdiqləndiyini qeyd edən Nurlan Nəcəflinin sözlərinə görə, məruz qaldıqları narkotestin nəticəsi neqativ çıxandan sonra üstlərinə atılan böhtanın hansı yerə yozulması çox müəmmalıdır. 3 qız övladının atası olan Nurlan Nəcəfli deyir ki, böhtan olsa da belə, narkotik ittihamı ailə üzvlərinin, eşidib-bilən qohum-əqrəbasının, dost-tanışının yanında onun nüfuzuna xələl gətirmiş, məsələ ilə maraqlananlara izahat vermək, inandırmaq məcburiyyətində qoymuş, bir sözlə, mənəvi iztirab yaşatmışdır: “Niyə hamı eşitməliydi ki, biz narkoloji müayinəyə aparılmışıq?
Ortaya haqlı suallar çıxır: Bəyəm qanunla hamının (bizim misalda ictimai iaşə obyektinin işçilərinin) lap elə narkotik istifadəçilərini döymək ixtiyarı varmı? İaşə xidmətçisinin müştərinin oturduğu masada hansısa əşyasının qaldığını deməsi yetərli sayılırmı? Əşyanı müştəri masanı tərk edəndən sonra xidmətçinin özünün qoymadığının sübutu kimi xidmət edən dəlil varmı? Restoran müdiriyyətindən qazilərin üstünə uğursuz alınmış şər atmaq cəhdinə görə məsuliyyət tələb olunacaqmı? Ümumiyyətlə, adları çəkilən cənub rayonlarının icra hakimiyyətləri başçılarının qazilərə qarşı bu “səlib yürüşü”nə münasibəti necədir? Xaricdə hansı yolla əldə etdiyi məlum olmayan pullarla Vətəndə "qoçu dəstələri" saxlayan, Vətənin uğrunda sağlamlığını itirmiş qaziləri şil-küt etdirən iş adamlarına “gözün üstə qaşın var” deyən olacaqmı?Döyülmüş Qazilər Ölkə rəhbərinə və Daxili İşlər Naziri cənab Vilayət Eyvazova müraciət edərək kömək isdəyirlər.
Xəsarət almış qazilər bu işin ədalətli araşdırılacağına,bunlara xəsarət yetirmiş və şər böhtan atmış şəxlərin əməllərinə lazimi hüquqi qiymət veriləcəyinə inanır və çox böyük ümid bəsləyirlər.

mediatv.az

Oxunub: 188
Paylaş:
Digər xəbərlər

gundem / bolge / manset

8-12-2023, 16:55

Lənkaranda restoranda DAVA: Qarabağ Qazisi xəstəxanaya yerləşdirildi

sosial / manset

15-04-2023, 10:34

Bakıda futbol meydançasında kütləvi dava: Yaralılar var

sosial / manset

11-02-2023, 10:26

Bakıda kütləvi dava: İki nəfər öldürüldü - YENİLƏNİB

sosial / manset

18-09-2023, 09:11

Bakıda kütləvi dava olub, bıçaqlananlar var

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 21:07
    Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
  • Dünən, 14:12
    “Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
  • Dünən, 12:08
    Prezident polşalı həmkarına məktub göndərdi
  • Dünən, 12:03
    XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
  • Dünən, 11:59
    Maşın dərəyə aşdı - Ölən və yaralananlar var - Yenilənib
  • Dünən, 11:55
    Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqladı - 38 qurum, 24 şəxs...
  • Dünən, 11:51
    Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab
  • Dünən, 11:46
    Paşinyan Fransaya getdi
  • Dünən, 11:41
    Bu baş versə, tarixin ən bahalı boşanması olacaq
  • Dünən, 11:18
    Xankəndi stadionunda keçiriləcək ilk oyunun - Vaxtı açıqlandı
  • Dünən, 11:05
    MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
  • Dünən, 10:58
    ABŞ İran təhdidinə görə təcili hərəkətə keçdi
  • 9-11-2026, 19:53
    ГЛУБОКИЕ СОБОЛЕЗНОВАНИЯ
  • 9-11-2026, 18:01
    “İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
  • 9-11-2026, 13:10
    Bayraq Günümüzə sözardı...
  • 9-11-2026, 11:43
    “Eşq olsun Azərbaycan Bayrağına!” - Video
  • 9-11-2026, 11:37
    Şəkidə Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib - Fotolar
  • 9-11-2026, 11:30
    Bəzi ərazilərə qar yağır - Faktiki hava
  • 9-11-2026, 11:23
    Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto
  • 9-11-2026, 11:18
    Tovuzda Zəfər Günü böyük təntənə ilə qeyd olunub - Fotolar
  • 9-11-2026, 11:13
    Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
  • 9-11-2026, 11:07
    Çində yaşayış kompleksində güclü yanğın - 14 nəfər öldü
  • 9-11-2026, 10:51
    Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
  • 9-11-2026, 10:38
    Ehtiyatda olan polkovnik Elmar Hüseynov: “Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük Zəfər tariximiz şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalq-ordu birliyi ilə yazıldı!”
  • 8-11-2026, 20:22
    Zəfər Günü GİKM-in regional bölmələrində silsilə tədbirlərlə qeyd olunub
  • 8-11-2026, 15:37
    ПОЗДРАВЛЕНИЕ БРАТСКОМУ АЗЕРБАЙДЖАНСКОМУ НАРОДУ С ДНЁМ ПОБЕДЫ — 8 НОЯБРЯ!
  • 8-11-2026, 15:19
    AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
  • 8-11-2026, 14:37
    "Merhemet.TV" internet televiziyasının təsisçisi, baş direktoru və Mərhəmət jurnalı-nın baş redaktoru Gülnara Həmidova: 8 NOYABR – ŞƏHİDLƏRİN QANI, ƏSGƏRLƏRİN HÜNNƏTİ VƏ XALQIN İRADƏSİ İLƏ YAZILAN ZƏFƏR TARİXİ!
  • 8-11-2026, 14:23
    “Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
  • 8-11-2026, 13:48
    Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
  • 8-11-2026, 12:34
    İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi - Fotolar
  • 8-11-2026, 12:26
    “Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar”
  • 8-11-2026, 12:17
    Tokayev Əliyevi təbrik etdi
  • 8-11-2026, 12:12
    Şahbaz Şərifdən Zəfər Günü təbriki
  • 8-11-2026, 12:08
    Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə