• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Muxtar Serkpayev: “Rusiyada çoxu türklərin tarixini bilmir, onu yalan məlumat axını əvəz edir” - MÜSAHİBƏ

gundem / ust / manset

30-01-2024, 14:24

Muxtar Serkpayev: “Rusiyada çoxu türklərin tarixini bilmir, onu yalan məlumat axını əvəz edir” - MÜSAHİBƏ
Ukraynada müharibə başlayandan bir müddət sonra, Rusiya ordusunun sürətli uğurları gözə dəymədikdə, Rusiyanın federal kanallarında çıxış edən təbliğatçıların qonşu dövlətlərə və xalqlara qarşı ritorikası kəskin şəkildə yumşaldı.

Lakin bu çox da uzun sürmədi. Son vaxtlar istər televiziya kanallarında, istərsə də sosial şəbəkələrdə, əsasən, türkdilli dövlətlərə qarşı, ilk növbədə isə Qazaxıstana yönəlmiş neqativ təbliğat dalğası başlayıb.

Belə ki, rusiyalı teleaparıcı Tina Kandelaki dəmiryol vağzallarının adının dəyişdirilməsini əsas götürərək Astanaya qarşı hücuma keçib, baxmayaraq ki, sadəcə olaraq, həmin ərazinin tarixi adları geri qaytarılıb. Bu hadisədən sonra Qazaxıstan Tina Kandelakinin ölkəyə girişini məhdudlaşdırıb.

Bu hadisənin ardınca Rusiyanın federal NTV telekanalında çıxış edən Mixail Smolin adlı “tarixçi” bildirdi ki, sovet hakimiyyətinə qədər qazaxlar, özbəklər və azərbaycanlılar mövcud olmayıblar.

Yaranmış bu vəziyyəti Oxu.Az-a “Qazaxıstan Hərbi Elmlər Akademiyası” İctimai Birliyinin prezidenti, tarix elmləri doktoru, professor, ehtiyatda olan polkovnik Muxtar Serkpayev şərh edib.

- Sizcə, niyə Rusiya kanallarında və sosial şəbəkə hesablarında çıxış edən bəzi təbliğatçılar və “tarixçi”lər ölkələrinə düşmən olmayan qonşu dövlətlərin xalqlarını yenidən təhqir etməyə və aşağılamağa çalışırlar?

- Mən 2022-ci ildə deyil, 2014-cü ildə baş verən Ukrayna hadisələrindən başlayacağam. Bu ərazilər üçün təbliğatın hazırlıq işlərinə 2008-ci ilin avqustunda Gürcüstanda baş verən beşgünlük müharibədən dərhal sonra başlanılıb. O zaman Rusiya kanallarında ekrana verilən müxtəlif tok-şoularda daxili auditoriyaya yönəlmiş uzunmüddətli anti-Ukrayna kampaniyası başladılmışdı. İndi Mərkəzi Asiya ölkələrinə - Qazaxıstan, Özbəkistan, Qırğızıstana münasibətdə də oxşar bir təbliğat başlayıb. Bəzən isə, sonuncu dəfə NTV-də olduğu kimi, “tarixçi” adlandırılan bir şəxsin dili ilə Azərbaycanın da adı çəkilir. Bütün bu Solovyovlar, Simonyanlar və başqaları öz şovinizmlərinə görə türkləri qəbul etmir və türk dövlətlərini geridə qalmış kimi təqdim etməyə çalışırlar. Ümumiyyətlə, rusiyalı təbliğatçılar Qazaxıstanın dövlətçiliyini təsadüf hesab edirlər. Rusiyada çoxları türklərin tarixindən bixəbərdirlər, bu tarixi məlumatları federal televiziya kanallarından təqdim olunan yalan məlumatlar əvəz edir. Ukrayna artıq işlənmiş mövzudur, ona görə də müəyyən fasilədən sonra guya mövcud olmayan hansısa qazaxlar, özbəklər, azərbaycanlılar və başqaları haqqında hekayələrin danışılmasına başlanılıb.

Qazaxıstanla bağlı belə bir tendensiya müşahidə etdim: Prezidentimiz Kasım-Jomart Tokayev Avropada, Türkiyədə, Çində danışıqlarda, görüşlərdə iştirak edəndə mütləq Rusiya televiziyasında Qazaxıstanla bağlı mənfi təbliğata start verilir. Sonuncu hadisəyə gəlincə, deyirlər ki, hansısa bir “tarixçi”yə diqqət yetirmək lazım deyil və sair. Amma o, Rusiyanın federal kanalında çıxış edərək Qazaxıstan Respublikasına söz atıb. Axı o ancaq Tina Kandelaki və başqaları kimi sosial şəbəkələrdə mesaj yazmaqla kifayətlənməyib. Halbuki, bizim Rusiya ilə yeddi min kilometr ümumi sərhədimiz, sıx iqtisadi əlaqələrimiz var, Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür, bir çox Rusiya-Qazaxıstan birgə müəssisələri yaradılıb. Təbii ki, Azərbaycan və Özbəkistanın Rusiya Federasiyası ilə belə əlaqələri daha azdır, bu ölkələr KTMT və Aİİ-nin üzvü deyillər. İstənilən halda, Rusiyaya münasibətdə bitərəf, düşmən olmayan dövlətlər və xalqlar haqqında necə belə təhqiramiz ifadələr işlətmək olar? Qazaxıstan üçün bu, vaxt itirməmək və təhlükəsizliyini gücləndirmək üçün böyük siqnaldır.

- Təhlükəsizlikdən söz düşmüşkən. Türk Dövlətləri Təşkilatı (TDT) var. Bu, təbii ki, hərbi blok deyil, lakin TDT-yə daxil olan ölkələr birgə hərbi təlimlər keçirirlər (bu yaxınlarda Azərbaycan-Qazaxıstan təlimləri olub, iyulda isə yeni hərbi manevrlər planlaşdırılır), birgə silah istehsalının yaradılması istiqamətində işlər aparılır. Sizcə, təhdidlər zamanı ölkələrimizin bir-birinə arxalana bilməsi üçün TDT-nin hərbi-siyasi komponentinin gücləndirilməsi nə dərəcədə vacibdir?

- Mən Qazaxıstan Müdafiə və Aerokosmik Sənaye Nazirliyinin Hərbi-Sənaye Kompleksinin (DİK) inkişafı şöbəsinə rəhbərlik etmişəm, həmin idarənin elmi və texnoloji inkişaf şöbəsinə rəhbərlik etmişəm, ölkənin Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin prorektoru olmuşam. Müdafiə-sənaye kompleksi mövzusu mənə çox yaxındır. Mən azərbaycanlı ekspertlərlə əlaqə saxlayıram və biz təhlükəsizlik və birgə əməkdaşlıq məsələsini müzakirə etmişik.

Aydındır ki, təcili olaraq hansısa hərbi blokun yaradılmasına ehtiyac yaranmasa, hərbi-siyasi sahə ilə bağlı iş uzun çəkəcək. Ancaq yaxın gələcəkdə belə bir şeyin baş verməsi ehtimalı azdır. Ona görə də, mənim fikrimcə, ictimai birliklərin əməkdaşlığından başlamaq lazımdır, türk dövlətlərinin hərbi elmini birləşdirmək, dövlətlərin təhlükəsizliyi üçün elmi-analitik mərkəz yaratmaq üçün ilk addımları atmaq lazımdır. Bu isə ümumi hərbi əməkdaşlığımızın qurulmasına ciddi kömək olacaq. İndi türk dövlətlərinin hərbi əməkdaşlığını diqqətlə izləyən qonşu dövlətlərə narahat edəcək əsaslar verməyə ehtiyac yoxdur. Hərbi-sənaye kompleksinə gəlincə, Azərbaycan çox böyük addımlar atıb. Döyüşmüş dövlətin fərqli yanaşmaları, baxışları, düşüncələri var. Bakı qələbə üçün hər şeyi etdi. Qazaxıstanda durum bir az fərqlidir. Bəli, müdafiə sənayesinin inkişaf etdirilməsinin zəruriliyindən danışırlar, lakin çoxları hələ də müxtəlif növ hərbi təhdidlərin bizdən yan keçəcəyini düşünürlər.

Oxunub: 112
Paylaş:
Digər xəbərlər

dunya / manset

2-04-2023, 10:38

Ukrayna Rusiyanın dörd əsas hakimiyyət qurumuna qarşı sanksiyalar qoydu

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 20:36
    Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə X.Mustafayev küçəsinin kəsişməsində qanunsuz tikintini kim himayə edir.
  • Dünən, 20:13
    Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ başlayır
  • Dünən, 15:21
    Missiyanızla 100 yaşayın cənab GENERAL!
  • Dünən, 14:50
    Ədalətin keşiyində keçən şərəfli ömür – Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, hüquq elmləri doktoru, professor, əməkdar müəllim İbrahim Quliyevə ehtiramla...
  • Dünən, 12:35
    Gəncədə 29 yaşlı kişi bıçaqlandı
  • Dünən, 12:23
    Bu marşrutların hərəkəti müvəqqəti dəyişdirilir
  • Dünən, 12:20
    “Bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir”
  • Dünən, 12:15
    “Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
  • Dünən, 12:10
    Azərbaycan nefti ucuzlaşdı
  • Dünən, 12:05
    II cəhd imtahanında iştirak edəcəklərin nəzərinə!
  • Dünən, 12:01
    Azərbaycan Polisi - 108 illik şərəf, fədakarlıq və dövlətçilik məktəbi
  • Dünən, 11:58
    Xameneinin dəfnindən sonra görüşəcəklər
  • Dünən, 11:54
    Tbilisidə 21 yaşlı Fatimənin dəhşətli qətli - Təfərrüat
  • 1-07-2026, 21:59
    Hər ay 800 avro təqaüd almaq şansınız var
  • 1-07-2026, 21:49
    Встреча ветеранов с представителями Правительства Казахстанской Республики.
  • 1-07-2026, 19:08
    Vətənə şərəflə xidmət edən Əziz Hüseynov doğmalarına qovuşdu
  • 1-07-2026, 16:51
    “DƏYİŞƏN DÜNYANIN DƏYİŞMƏZ İNSANLARI” layihəsindən
  • 1-07-2026, 16:43
    ARXA CƏBHƏNİN QƏHRƏMANLARI
  • 1-07-2026, 15:06
    Qanunun keşiyində şərəfli xidmət – Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov
  • 1-07-2026, 13:24
    Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
  • 1-07-2026, 13:16
    Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Mərhəmət Lələyevi qəbul edib
  • 1-07-2026, 11:53
    Şengen zonasına giriş yoxlamaları yumşaldıla bilər
  • 1-07-2026, 11:46
    Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
  • 1-07-2026, 11:42
    Qazaxıstanın yeni Konstitusiyası qüvvəyə mindi
  • 1-07-2026, 11:39
    “MHERO 817” təqdim olundu - Güc, texnologiya və premium komfort bir arada
  • 1-07-2026, 11:34
    “Azeri Light” bu gün neçəyə satılır?
  • 1-07-2026, 11:31
    Fransa yeni prezidentini bu tarixlərdə seçəcək
  • 1-07-2026, 11:27
    Tovuzda 32 yaşlı kişi qətlə yetirildi - Kəndlisi saxlanıldı
  • 1-07-2026, 11:24
    “Monaco Residence” - “Sea Breeze”də Ayparanın önündə möhtəşəm layihə
  • 1-07-2026, 11:20
    Rekord istilər meyitxanalarda yer qoymadı
  • 1-07-2026, 11:16
    Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
  • 30-06-2026, 16:21
    KÖK SALAN BİR ÇİNAR və yaxud İSMAYILLI TƏHSİLİNİN CANLI SALNAMƏSİ
  • 30-06-2026, 16:09
    Sizin kimi Kişilərə güvənir Vətən Azərbaycan!
  • 30-06-2026, 13:43
    “Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
  • 30-06-2026, 13:40
    Bu şəxslərə 3 il müddətində hər ay müavinət ödəniləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə