• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim

gundem / Səhiyyə / manset

26-09-2026, 17:53

Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim
İnsan üçün həyatda ən qiymətli nemət, şübhəsiz ki, sağlamlıqdır. İnsan sağlamlığında ciddi problem yarandıqda isə həkim seçimi olduqca mühüm məsələyə çevrilir. Belə məqamda insan yalnız tibbi xidmət göstərən bir mütəxəssis deyil, həm də ona güvənə biləcəyi, vəziyyətini anlayan, narahatlığını bölüşən və həyatını etibar edə biləcəyi həkim axtarır.
Mən – Usubova Məhrubə, heqiqixeber.az xəbər portalının təsisçisi və baş redaktoru olaraq səhhətimlə əlaqədar son dövrlərdə bir çox klinikalar haqqında maraqlanmış, müxtəlif variantları araşdırmışam. Əməliyyat olunmaq qərarı vermək mənim üçün heç də asan olmayıb. Çünki söhbət insanın sağlamlığından, həyatından və gələcəyindən gedirdi. Uzun axtarışlardan, araşdırmalardan və məsləhətləşmələrdən sonra son qərarımı verərək əməliyyat üçün EGE Hospitala müraciət etdim.
Hospitalda ilk görüşdüyüm insan Barat doktor oldu. İlk söhbətimizdən etibarən onun səhhətimlə ciddi maraqlandığını gördüm. Məni diqqətlə dinlədi, lazımi müayinələrə yönləndirdi və məsələnin daha ətraflı qiymətləndirilməsi üçün Uzman Emin doktorla görüşməyi məsləhət gördü.
Etiraf edim ki, ilk dəqiqələrdə müəyyən tərəddüdlərim də oldu. Axı insan sağlamlığı ilə bağlı qərar verərkən hər bir detalı düşünür, həkim haqqında mümkün qədər çox məlumat toplamağa çalışır. Mən də yenidən araşdırdım, düşündüm və Emin doktorun qəbuluna getmək qərarına gəldim. Sonradan başa düşdüm ki, ilk təəssüratım və verdiyim qərar məni yanıltmayıb.
Emin doktorun qəbuluna daxil olarkən bütün müayinə sənədlərimi özümdə aparmışdım. Həkim sənədlərlə tanış oldu, səhhətimlə bağlı vəziyyəti ətraflı izah etdi. Lakin məni ən çox təsirləndirən yalnız onun tibbi bilikləri deyil, insanla qurduğu dialoq oldu.
Bəzən həkim qarşısında oturan pasiyent tibbi terminləri, analiz nəticələrini və müayinə göstəricilərini başa düşməkdə çətinlik çəkir. Mən də müəyyən məqamları tam anlamırdım. Emin doktor isə başa düşmədiyim məsələləri elə sadə, aydın və dəqiq şəkildə izah etdi ki, sanki qarşımdakı həkimlə deyil, uzun illərdir tanıdığım, güvəndiyim bir insanla söhbət edirdim.
Məhz həmin söhbətdən sonra həkimə olan inamım daha da artdı. İki əməliyyat keçirməli idim və mən hər iki əməliyyatımı Emin doktora həvalə etmək qərarına gəldim.
Əməliyyatların necə keçdiyini, prosesin necə başa çatdığını demək olar ki, hiss etmədim. Mənim üçün ən vacib olan isə əməliyyatdan əvvəl həkimə yaranan inam və əməliyyatdan sonra gördüyüm diqqət oldu.
Bu gün bir daha əmin oluram ki, insan həyatını həqiqətən işini sevən, öz pasiyentinə doğması kimi dəyər verən həkimlərə həvalə etməlidir. Həkimlik yalnız diplom, kabinet və tibbi avadanlıqdan ibarət deyil. Həkimlik həm də məsuliyyətdir, insan taleyinə münasibətdir, pasiyentin qorxusunu azaltmaq, ona güvən vermək və öz işinə vicdanla yanaşmaqdır.
Emin doktorla bağlı məndə yaranan ən böyük təəssüratlardan biri də onun tibbi məsələlərə yanaşmasındakı diqqət və dəqiqlikdir. Bəzən insan düşünür ki, həkim bütün cavabları yalnız analiz, KT və ya USM nəticələrində axtarır. Lakin Emin doktorla ünsiyyətdən sonra mən belə qənaətə gəldim ki, təcrübəli həkim üçün pasiyentin özü də ən mühüm məlumat mənbəyidir. Onun şikayətini dinləmək, danışığını, vəziyyətini, əvvəlki müayinələrini və bütün detalları birlikdə qiymətləndirmək xüsusi əhəmiyyət daşıyır.
Mənim üçün Emin doktor məhz belə həkimlərdəndir. Onun qəbulunda özümü sadəcə növbəti pasiyent kimi deyil, səhhəti ilə bağlı narahatlığı olan bir insan kimi hiss etdim. Bu isə hər həkimdə rast gəlinən xüsusiyyət deyil.
Bu yazını hər hansı reklam məqsədi ilə deyil, yaşadığım şəxsi təcrübəni bölüşmək üçün yazıram. Çünki bəzən bir insanın həkim haqqında söylədiyi səmimi fikir başqa bir pasiyentin doğru seçim etməsinə kömək edə bilər.
Mən bu gün keçdiyim əməliyyatlara və həmin prosesdə göstərilən münasibətə nəzər salaraq bir daha deyirəm: insan həyatını etibar etdiyi həkimə həvalə etməlidir. Mən öz seçimimi etdim və bu seçimdə Barat doktorun istiqamətləndirməsi, Emin doktorun peşəkar yanaşması mühüm rol oynadı.
Emin doktora mənim üçün ən vacib olanı – sağlamlığıma göstərdiyi diqqətə, insan kimi yanaşmasına, izahlarına və peşəkar münasibətinə görə təşəkkür edirəm. Həkimin uğuru yalnız apardığı əməliyyatın nəticəsi ilə ölçülmür. Əsl uğur pasiyentin həkimin yanından özünü güvəndə hiss edərək ayrılmasıdır.
Mən bunu yaşadım və məhz buna görə öz təəssüratlarımı ictimaiyyətlə bölüşməyi lazım bildim.


Zəruri giriş: Uroloq-androloqu Uzm.Dr. Emin Məmmədovu tanıyaq:
Təhsili:
Uroloq Cərrah 2005-2012:Çukurova Universiteti,Türkiyə,Adana
(UZMANLIQ)
Uroloq –Androloq Cərrah.Tibb üzrə fəlsəfə doktoru.
N.Nərimanov adına Azərbaycan Tibb Universiteti Diplomu
Çukurova Universiteti Uzmanlık Diplomu
European Board of Urology (FEBU)Diplomu
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tibbi əczaçılıq fəaliyyəti ilə
Məşğul olmağa buraxılması barədə şəhadətnamə
Certificate of Attendance 8th European Urology Residents
Education Proggramme (EUREP)
Certificate of Attendance .Participated in and met the objectives
Of the olympus Hands-On-Training dry lab course on
Laparoscopy,during the 8th European Urology Residents
Education Programme(EUREP)
Kurslar və Konqreslər:
Kadavra Üroonkolojik Cərrahi Anatomi Diseksiyon
Kursu Sertifikası.
10-cu Ulusal Türk Çocuk Üroloji Kongresi Sertifikası
Certificate of Attendance Mammadova Emin Robot Renal Surgery at the time of
27th Anuall EAU Congress,Paris,France.
Ulusal Kadın ve İşlevsel Ürolojik Kongresi.
Temel Ürodinami Kursu (29 Aralık 2009 Antalya Gornelia
Diamond Golf Resort)
Avrasiya Androloji Zirvəsi Məmmədov Emin (5-7 haziran 2008)
2Ulusal Minimal İnvaziv Urolojik Cerrahi Kongresi (29-31 mart 2013)
9Uroonkoloji Kongresi 4-8 Kasım 2010 Ankara
Kadavra Uroonkolojik Cerrahi Anatomi Diseksiyon Kursu
Transplantasyon 2011 Katılım Sertifikası Məmmədov Emin
Certificate of Attendance Məmmədov Emin Technical tips
Of Radical Prostatectomy
Modern Treatment of Nephrolithiasis.
Ulusal Urolojik Cerrahi Kongresi Məmmədov Emin (5-9 Eki
Kaya Palazzo,Antalya)

Hazırda EGE Hospitalda fəaliyyət göstərir

•1117
•(012) 599 11 17
•(050) 299 11 17
Ünvan Ak. Həsən Əliyev küçəsi, 38

Oxunub: 9
Paylaş:
Digər xəbərlər

gundem / Səhiyyə / manset

8-01-2026, 18:57

Şəfa missiyasına sədaqət: Davud Qüdrətovun peşəkarlıq və insanlıq yolunda liderliyi

gundem / manset / Səhiyyə

6-04-2024, 10:52

İnsan sağlamlığı üçün təhlükə yaradan dərmanlar - Professordan XƏBƏRDARLIQ

gundem / sosial / manset

20-05-2026, 15:59

Qəlblərə nur saçan həkim – Uzman doktor, psixiatr Zaur Qasımovun insanlıq və peşəkarlıq portreti

gundem / manset / Səhiyyə

31-03-2026, 22:10

DOKTOR DAVUD KLİNİKASİNİN RƏSMİ MÖVQE BƏYANI

gundem / sosial / manset

5-03-2026, 19:59

Əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” olan “həkim” “Milano” hospitalda estetik əməliyyat edir?

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:42
    ADY yükdaşımalar üzrə ən yüksək göstəricilər əldə edib
  • Bu gün, 10:35
    “Azeri Light” ucuzlaşdı
  • Bu gün, 10:28
    650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
  • Bu gün, 10:22
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • Bu gün, 10:18
    Pezeşkian Türkiyəyə gedir
  • Bu gün, 10:13
    Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
  • Bu gün, 10:07
    Qax sakinini Masazırda maşın vurub öldürdü
  • Bu gün, 10:01
    “Sabah” basketbol klubu “Trabzonspor”u məğlub etdi
  • Bu gün, 09:57
    Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
  • Bu gün, 09:48
    Adanada bir gündə ikinci zəlzələ
  • Dünən, 21:07
    Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
  • Dünən, 14:12
    “Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
  • Dünən, 12:08
    Prezident polşalı həmkarına məktub göndərdi
  • Dünən, 12:03
    XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
  • Dünən, 11:59
    Maşın dərəyə aşdı - Ölən və yaralananlar var - Yenilənib
  • Dünən, 11:55
    Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqladı - 38 qurum, 24 şəxs...
  • Dünən, 11:51
    Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab
  • Dünən, 11:46
    Paşinyan Fransaya getdi
  • Dünən, 11:41
    Bu baş versə, tarixin ən bahalı boşanması olacaq
  • Dünən, 11:18
    Xankəndi stadionunda keçiriləcək ilk oyunun - Vaxtı açıqlandı
  • Dünən, 11:05
    MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
  • Dünən, 10:58
    ABŞ İran təhdidinə görə təcili hərəkətə keçdi
  • 9-11-2026, 19:53
    ГЛУБОКИЕ СОБОЛЕЗНОВАНИЯ
  • 9-11-2026, 18:01
    “İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
  • 9-11-2026, 13:10
    Bayraq Günümüzə sözardı...
  • 9-11-2026, 11:43
    “Eşq olsun Azərbaycan Bayrağına!” - Video
  • 9-11-2026, 11:37
    Şəkidə Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib - Fotolar
  • 9-11-2026, 11:30
    Bəzi ərazilərə qar yağır - Faktiki hava
  • 9-11-2026, 11:23
    Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto
  • 9-11-2026, 11:18
    Tovuzda Zəfər Günü böyük təntənə ilə qeyd olunub - Fotolar
  • 9-11-2026, 11:13
    Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
  • 9-11-2026, 11:07
    Çində yaşayış kompleksində güclü yanğın - 14 nəfər öldü
  • 9-11-2026, 10:51
    Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
  • 9-11-2026, 10:38
    Ehtiyatda olan polkovnik Elmar Hüseynov: “Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük Zəfər tariximiz şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalq-ordu birliyi ilə yazıldı!”
  • 8-11-2026, 20:22
    Zəfər Günü GİKM-in regional bölmələrində silsilə tədbirlərlə qeyd olunub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə