• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Bəşər tarixində ən qanlı cinayətlərdən biri

gundem / medeniyyet / manset

25-02-2024, 18:34

Bəşər tarixində ən qanlı cinayətlərdən biri
Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar #TAİB-in təmsilçiləri olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana fəryadı” abidəsini ehtiramla ziyarət etdik. Şəhidlərimizin qutsal ruhlarını Zəfərlə dalğalanan Bayrağımızın işığında yad etdik. Allah rəhmət eləsin!

QANINA QƏLTAN XOCALI

Dünya “zor dilində” danışır yenə,
Min il də, yüz il də əvvəl beləymiş...
Həqiqət gör necə düşüb düyünə,
Ədalət libasın şər geyinərmiş.

Sevgidən güc alıb qələmim, Allah,
Kini, ədavəti düşmən seçibdi.
Qanım qisas deyir, məndə yox günah,
Yağı öz boyuna ölüm biçibdi...

Zaman-zaman fürsət düşən kimi Azərbaycan torpaqlarına qəsd etdi məkrli erməni. Biz də bu məkrin burulğanında unutqan olduq, biganə olduq... 1992-ci il fevralın iyirmi beşindən iyimi altısına keçən gecə...düşmən növbəti qəsbkarlığını - Xocalı soyqırımını həyata keçirdi. Xocalı qətliamı Azərbaycan tarixinə qanla yazıldı. Qanla yazılan tarix gələcək nəsillərin qan yaddaşının ibrət dərsi olmalıdır...

İyirmi beş fevral... şaxtalı gecə...
Yazım bu ağrını bilmirəm necə?!
Xocalı söyləsin qoy bircə-bircə...
Əsrin müsübəti-Xocalı səsi!

Qələmlə göz yaşım axdı kağıza,
Qəmdən uyuşmuşdu dil də ağızda,
Ləkə gətirəndə gəlinə-qiza...
Əsrin müsibəti -Xocalı səsi!

Qaralan buludlar səpər yağışı,
Ürək qübarından tökər göz yaşı...
Neçə soydaşımın kəsildi başı,
Əsrin müsibəti - Xocalı səsi!

Müdhiş bir gecədə qaniçən, zalım
Əsrin sinəsində açdı bir şırım.
Xocalı dəhşəti qanlı soyqırım,
Əsrin müsibəti - Xocalı səsi.

O dinc əhalinin yolu bağlandı,
Haray ərşə qalxdı, sinə dağladı.
Körpə naləsindən göylər ağladı...
Əsrin müsibəti - Xocalı səsi!

“Üç yüz altmış altı” qanlı bir alay,
Erməni cəlladdan umdu sərvət, pay.
Tanklar Xocalıda qopardı haray,
Əsrin müsibəti - Xocalı səsi!

Gözü qabağında balanın ana,
Ərin qarşısında qadını-sona,
Baba, ata-bala bulandı qana,
Əsrin müsibəti - Xocalı səsi!

Süngüyə keçrildi südəmər körpə,
Cəlladın əliylə boğazlar ipə...
Başsiz cəsədərdən quruldu təpə,
Əsrin müsibəti - Xocalı səsi!

Yüzlərlə soydaşim yetrildi qətlə,
Neçəsi çəkildi gözündən milə.
Bilinmir neçəsi əsirdir hələ...
Əsrin müsibəti - Xocalı səsi!

Qanlı köynəkdədir dağlar, təpələr,
Haqqın sinəsində at oynadır şər.
Eşitsin nəsillər, qoy bilsin bəşər-
Əsrin müsibəti - Xocalı səsi!

Kəsdikcə başları qansoran, cəllad,
Köməksiz Xocalı qopardı fəryad.
Zaman buna özü verəcəkmi ad?
Əsrin müsibəti - Xocalı səsi!

Qara yellər əsdi Azərbaycana,
Şimşəklər kişnədi, bulud oynadı...
Yoldu saçlarını naləylə ana,
Qucaqda çağası qana boyandı.

Qan tutdu dünyanın qan daman gözün,
Dünyanın göz yaşı - qan laxtaları.
Dünya qan içində çimdirdi özün,
Xocalıda qanın axan vaxtları.

Tırtıllı tankların barıt nəfəsi,
Boğdu Xocalını düşmən əliylə.
Xocalı yurdunun bu “qan töhfəsi”,
Yazdı tariximi axan seliylə.

İnsan gedir, insan gəlir dünyaya;
Yollartək uzanar qisas xəncəri.
Təlatümlü çaylar düşür məcraya,
Qatil qonşumuzun varmı xəbəri?..

Zahı ağrısından zülmət gecənin
Xocalı yurdumda doğuldu ölüm.
Qocanın, uşağın, gör neçə gəncin
Qətlinə qatillər verdilər hökm...

Körpəyə tuşlanan tank lülələri,
Nədir məsumların axı günahı?..
Gözündə ananın yaş gilələri,
Dilində fəryadı açdı sabahı.

Gecəni qarğışa bürüdü nalə,
Tanklarsa susmadı, vurulan susdu.
Avtomat səsləri gələndə dilə,
Xocalı elində qırılan susdu.

Deyirlər kişilər ağlamır axı...
Ürək dillənmirsə, daş olsun gərək.
Necə sızlatmasın yananı ahı,
Gözü islatmasın yaş ilə ürək.

Kişilər ağladı kişi sayağı...
Sinəsin gülləyə sipər eylədi.
Yalanmış kişinin ağlamamağı,
Gözündəlki yaşı öz qeyrətiydi.

Bir vaxtlar köməyə gedən Xocalı,
Köməksiz qalmışdı düşmən əlində.
Azərbaycan yurdu - başı bəlalı,
Başsız başçıların əməllərində...

Titrətdi fəryadlar Qaraqayanı,
Ölüm dirigözlü açdı sabahı.
Buğlana-buğlana töküldü qanı...
Şaxtaya güc gəldi Xocalı ahı.

Anaların axan göz yaşlarından
Bulandı bulaqlar, yandı torpaq, daş.
Körpələrin nalə-qışqırığından
Dünya diksindimi, keçirdi təlaş?..

Mərmiyə hay verən Qala dərəsi
Mərmi səslərini səsinə qatdı.
Xocalı çayının bəndi-bərəsi
Qarqarla ağlayıb matəmə batdı.

Bulandı çeşmədən Əfrus bulağı,
Susdu neçə ömür yanan torpaqda.
Şəhid son nəfəsdə öpdü torpağı,
“Vətən” kəlmələri dondu dodaqda.

Qandan libas geydi o gün Xocalı;
Qırxqız, Meydan dağı göz dağı oldu.
Şəhidlərə şahid başı bəlalı
Boz dağ, Kətik dağı yaralı qaldı.

Qanlı savaşların öz qanunu var,
Pozuldu qanunu müharibənin.
Belə bir qəddarlıq görməyib bəşər,
Bədəndən ayrıldı başı körpənin.

Budur erməninin əsil xisləti,
Əzəldən susayıb Türkün qanına.
Xəbis qonşuların “böyük xidməti”-
Sahiblik xülyası Türk torpağına.

Xəmiri hiylədən yoğrulan millət
İblis xislətində, mələk donunda.
Xocalı səs cəkir: budur həqiqət,
Düşmənçilik gəzir düşmən qanında.

İgidlər sinəsi sipərə döndü,
Qoruya-qoruya dinc əhalini.
Atəşlər altında həyatı söndü,
Candan əziz tutdu doğma elini.

Təpədən - dırnağa torpaq qeyrətli
Xocalı uğrunda axıtdı qanın.
Aldı ağuşuna şəhid qüdrəti
Neçə oğul-qızın Azərbaycanın.

Ölümün gözünə şəhid dik baxdı,
Son nəfəsə qədər dayandı mətin.
Düşmən qarşısına mərdlikə çıxdı,
Qanıyla suvardı torpaq qeyrətin.

Fəsillər dəyişər, sular durular,
Kəsilər yurdumdan düşmən ayağı.
Xocalı uğrunda gedən oğullar
Qanıyla göyərdər doğma torpağı.

Yerdə qalmayacaq Xocalı ahı,
Düşməndən qisası alınacaqdır.
Yurduma tuşlanan düşmən silahı,
Özünün bağrına açılacaqdır.

Xocalı harayı qanla yazıldı,
Gərək korşalmasın qan yaddaşımız.
Damardan qanımız yerə sızıldı...
Şəhidlər şahidi torpaq -daşımız.

Ən rəzil, ən mənfur bir yol gedildi,
Xocalı qanına qəltan edldi.
Dünya nə “eşitdi”, nə də dilləndi...
Əsrin müsibəti - Xocalı səsi!

Günahsız insanlar o müdhiş gecə,
Məhkum edildilər ölümə, gücə.
Alçaldı insanlıq, ağıl, düşüncə,
Əsrin müsibəti - Xocalı səsi!

Ölümlə “ovutdu” ana körpəsin...
Boğdu, eşitməsin düşmənlər səsin.
Yadından çıxarmı görən bir kəsin?..
Əsrin müsibəti - Xocalı səsi!

Yalvarıb-yaxardı yaralı qardaş:
- Diriykən sənə yük olmayaydım kaş...
Sinəmə güllə çax, qurtul, uzaqlaş...
Əsrin müsibəti - Xocalı səsi!

Qucaqda körpəsi süd verən ana
Düşmən gülləsiylə boyandı qana.
Körpə qanı əmdi süd sana-sana...
Əsrin müsibəti- Xocalı səsi!

İntiqam hissiylə varlığım dinir,
Hopsun qanımıza qoy birər-birər.
Görk olsun deyibən o acı kədər...
Əsrin müsibəti - Xocalı səsi!

Bu qanlı olaya qol çəkənlərin,
Xocalı qətlinə yol çəkənlərin,
Cəzasını verər qanlı əllərin
Əsrin müsibəti - Xocalı səsi!

Əsgər libasında indi hər sözüm,
İntiqam hissiylə misralar düzüm,
Allah, bu millətdə nə çoxdur dözüm...
Əsrin müsibəti - Xocalı səsi!

Tarix unutqanlıq xoşlamır, qardaş,
Hələ ki bitməyib son döyüş, savaş.
Xocalı harayı zamanla çağdaş...
Əsrin müsibəti - Xocalı səsi!..

1992-ci il
Tapdıq ƏLİBƏYLİ

Bəşər tarixində ən qanlı cinayətlərdən biri
Bəşər tarixində ən qanlı cinayətlərdən biri

Oxunub: 195
Paylaş:
Digər xəbərlər

gundem / manset

24-02-2023, 17:14

Tapdıq ƏLİBƏYLİ - QANINA QƏLTAN XOCALI

siyaset / manset

26-02-2023, 10:33

TÜRKPA: “İllər keçsə də, Xocalı soyqırımı qurbanlarının xatirəsi unudulmur”

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 17:14
    Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
  • Dünən, 17:02
    20 Sentyabr – Neftçilər Gününə böyük ehtiramla
  • Dünən, 14:32
    Bizim Nizami müəllim...
  • Dünən, 10:27
    DTX məlumat yaydı - Video
  • Dünən, 10:22
    Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
  • Dünən, 10:18
    Ər-arvad “USS Abraham Lincoln”da “ölüm həbləri” satırmış - Həbs ediliblər
  • Dünən, 10:14
    Yeniyetməni döyüb başı üstə yerə çırpdılar - Süni tənəffüs aparatına qoşuldu
  • Dünən, 10:11
    Bu ölkədə ABŞ hərbi bazası yaradılacaq
  • Dünən, 10:08
    1700 illik nadir “Odisseya” parçası tapıldı
  • Dünən, 10:04
    Pezeşkianla Əraqçi ABŞ-yə gedəcək
  • Dünən, 09:46
    Dünyada şiddətli yağışlarla bağlı - Xəbərdarlıq
  • Dünən, 09:37
    Nəsimi buranı görsə, hüsnünə heyran olardı... - Video
  • 17-09-2026, 20:05
    “Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
  • 17-09-2026, 17:29
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində...
  • 17-09-2026, 10:17
    “Səyyar Gənclər Xidməti” fəaliyyətini Yardımlıda uğurla davam etdirib
  • 17-09-2026, 10:09
    Ağdaşda kənd təsərrüfatı ilə bağlı tədbir keçirildi - Fotolar
  • 17-09-2026, 10:05
    17 yolda tıxac var - Siyahı
  • 17-09-2026, 10:01
    “ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
  • 17-09-2026, 09:56
    Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi - Yenilənib
  • 17-09-2026, 09:49
    Kral taxtından imtina edib - Həvəskar qapıçı olmağı seçdi
  • 17-09-2026, 09:45
    “Cəhənnəm sanksiyaları” qəbul edildi
  • 17-09-2026, 09:42
    ABŞ Mahmud Abbasa viza vermədi
  • 17-09-2026, 09:34
    Şahzadə Diana haqqında kitabın ilk nüsxələri nəşrdən əvvəl oğurlandı
  • 17-09-2026, 09:32
    “Faiz dərəcələrini tez bir zamanda endirin” - FED-ə çağırış etdi
  • 17-09-2026, 09:28
    13 saat parlamentin tualetində bağlı qaldı - Xəstəxanalıq oldu
  • 16-09-2026, 20:33
    Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam
  • 16-09-2026, 20:32
    Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına Şikayət
  • 16-09-2026, 18:01
    Xuraman Muradova: Bir kişi güclüdürsə, onun ruhunda bir qadın sevdası var
  • 16-09-2026, 16:44
    Diplomatik səfərə qarşı Ermənistanın reaksiyası təəssüf doğurur
  • 16-09-2026, 16:27
    Türk dünyası və İslam həmrəyliyi
  • 16-09-2026, 10:36
    Dövlət Proqramı ilə bağlı Qobustanda görülmüş işlər barədə tədbir keçirildi - Fotolar
  • 16-09-2026, 10:26
    İşdən çıxarılan həkim qardaşına yeni vəzifə verildi
  • 16-09-2026, 10:20
    “Səmərəli müzakirələri yüksək qiymətləndirirəm”
  • 16-09-2026, 10:16
    ABŞ-də neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi
  • 16-09-2026, 10:12
    Süni intellektlər öz aralarında yeni bir dil yaratdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə