• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

YAP-ın inkişafında xüsusi rol oynayan Qurultay

gundem / ust / manset

28-02-2024, 19:00

YAP-ın inkişafında xüsusi rol oynayan Qurultay
2021-ci il martin 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi hadisə oldu. 3 il öncə keçirilən VII Qurultay bir daha Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının milli çağırışlara və yeni reallıqlara daima adaptiv mexanizminin olduğunu isbat edir. Eyni zamanda bu qurultayın keçirilməsi ölkədə aparılan islahatların davamıdır.
Bu gün Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirilir, bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır. Azərbaycanın uğurlu enerji və nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatları yaratdı.
İslahatlar həm də YAP strukturlarında həyata keçirilir və onlar genişlənməkdədir. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilib. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanıb. Həmçinin Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilib, Gənclər Birliyinin say tərkibi müəyyən edilib, üzvləri, sədri və sədr müavinləri seçilib. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilib.
VII Qurultaydan ötən 3 il ərzində YAP-ın Mərkəzi Aparatı, Veteranlar Şurası, Gənclər Birliyi və yerli təşkilatları tərəfindən milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən sağlam ictimai rəyin formalaşdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi – milli şüurun gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər istiqamətlərdə mühüm işlər görülüb. YAP Gənclər Birliyinin tərkibində hər biri 6 üzvdən ibarət olmaqla 5 komitə – Beynəlxalq əlaqələr, Dayanıqlı inkişaf, YAP yerli təşkilatları ilə əlaqələr və QHT-lərlə iş, Şəhid ailələri və qazilərlə iş, Milli dəyərlər komitələri yaradılaraq qeyd olunan istiqamətlər üzrə 5500-dən çox gəncin iştirakı ilə müxtəlif tədbirlər həyata keçirilib.
İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Azərbaycanda həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətində gənclərin də təmsil olunması partiya sədri, ölkə Prezidenti İlham Əliyevin gənclərinə göstərdiyi böyük etimadın bariz nümunəsidir. Yeni Azərbaycan Partiyası böyük bir siyasi məktəbdir. Bu siyasi məktəbdəki uğurun başlıca istiqamətlərindən biri məhz ənənə və varislikdir. Belə ki, gənclər özlərindən öncəki nəsillərin səmərəli fəaliyyətini daha da inkişaf etdirərək sonrakı nəsillərə ötürürlər. Bu isə öz növbəsində partiyamızın inkişafında böyük rol oynamaqdadır.
İkinci Vətən Müharibəsində əldə olunmuş tarixi Qələbə sayəsində bu gün Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən bu quruculuq işlərində hamı böyük həvəslə iştirak edir. Artıq keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışına başlanılıb. Həmin ərazilərdə bütün lazımı infrastrukturlar yaradılır, yollar çəkilir, evlər və sosial obyektlər tikilir. Ötən il sentyabrın 20-də Xocalı işğaldan tam azad edildikdən sonra ölkə başçısının tapşırıqlarına uyğun olaraq burada bərpa işlərinə başlanılıb. Prezident İlham Əliyevin fevralın 26-da Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı qeyd etdiyi kimi: “Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb”.
Bu gün regionda tam yeni reallıqlar yaranıb. Azərbaycan köklü surətdə bölgədə vəziyyəti dəyişdirə bilib. Prioritetlər arasında qonşu ölkələrlə əməkdaşlıq məsələləri xüsusi yerə malikdir. Bu gün ölkəmiz digər ölkələrlə, o cümlədən Avropa İttifaqı ilə bərabər hüquqlu münasibətlər qurub, Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb, əlaqələr genişlənir.
Qeyd edilməlidir ki, BMT-ndan sonra ikinci ən böyük qurum olan Qoşulmama Hərəkatı Azərbaycanın rəhbərliyi dövründə öz inkişafında keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsini yaşayıb. Ölkəmizin bu təşkilara rəhbərlik etməsi formal xarakter daşımamış, həmin dövr ərzində bir sıra müsbət təşəbbüslər həyata keçirilib. Sevindirici haldır ki, Qoşulmama Hərəkatına üzv ölkələr müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı müdafiə ediblər. Bu da ölkəmizin xarici siyasətinin uğuru kimi qiymətləndirilməlidir.
YAP-ın inkişafında xüsusi rol oynayan Qurultay

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
YAP veteranı
YAP-ın inkişafında xüsusi rol oynayan Qurultay

Oxunub: 146
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 14:53
    Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir
  • Dünən, 13:21
    ƏDALƏT, ŞƏFFAFLIQ VƏ HUMANİZM — MƏHKƏMƏ PROSESİNDƏ HÜQUQUN ALİLİYİ
  • Dünən, 10:49
    ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
  • Dünən, 09:28
    Həkimləri çağırışa çatdıran sürücü - Sükan arxasında öldü
  • Dünən, 09:24
    Novxanı- Pirşağı yolunda ağır qəza - 2 nəfər yaralandı - Video
  • Dünən, 09:18
    Bakının bu ərazilərində işıq olmayacaq
  • Dünən, 09:12
    Meloni İlham Əliyevə təşəkkür etdi
  • Dünən, 09:08
    Bioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandı
  • Dünən, 09:02
    İran Hörmüzdə ABŞ-yə məxsus pilotsuz sualtı aparatı ələ keçirdi
  • Dünən, 08:59
    Serbiya Prezidenti istefa verdi
  • Dünən, 08:55
    “Suveren Azərbaycan çoxlarının kabusu və qorxunc röyası idi!” - Elşən Musayev
  • Dünən, 08:40
    Çin İrandan üz çevirir? - Ağ Evdəki görüşün detalları
  • Dünən, 08:36
    “Səfərdən bir xalla qayıtmağımız sevindiricidir” - Ayxan Abbasov
  • 27-09-2026, 21:05
    Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
  • 27-09-2026, 20:50
    AZƏRBAYCAN RESPUBLİKASI İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, REPUBLIC OF AZERBAIJAN – DEFENDING HUMAN RIGHTS, İnsan Hüquqları Müdafiəsi — Defending Human Rights şirkətinin rəhbəri, Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovdan mühüm bəyanat
  • 27-09-2026, 19:28
    İmişlidə 27 Sentyabr – Anım Günü dərin ehtiramla qeyd olunub
  • 27-09-2026, 15:33
    Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi
  • 27-09-2026, 14:45
    “YAP-ın qurultayı növbədənkənar xarakter daşımır”
  • 27-09-2026, 12:35
    “AzərEnerji” və “Azərişıq” rəhbərliyi şəhidlərin xatirəsini andı
  • 27-09-2026, 12:30
    Prezidentlə xanımı Bakıdakı Zəfər parkında
  • 27-09-2026, 12:10
    Əli Əsədov, Sahibə Qafarova və Samir Nuriyev Zəfər parkında
  • 27-09-2026, 12:05
    DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı
  • 27-09-2026, 11:55
    Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı
  • 27-09-2026, 10:30
    "Best Energy Group" MMC-nin təsisçisi və direktoru Sahib Süleymanov: 27 Sentyabr – Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik
  • 26-09-2026, 17:53
    Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim
  • 26-09-2026, 16:57
    Qax RİH başçısı Elvin Paşayev: 27 Sentyabr – Zəfərə aparan yolun başlanğıcı və şəhidlərimizin əziz xatirəsi
  • 26-09-2026, 16:47
    44 günlük Vətən müharibəsi – Zəfərlə yazılan tarix
  • 26-09-2026, 13:50
    Tramp Si Cinpinə üçtərəfli danışıqlar təklif edib
  • 26-09-2026, 13:47
    Azərbaycanın qlobal investisiya tərəfdaşlığı genişlənir - Ən nəhənglər Bakıda
  • 26-09-2026, 13:36
    Sabah hava necə olacaq? - Açıqlandı
  • 26-09-2026, 13:29
    Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı
  • 26-09-2026, 13:26
    Tikilməkdə olan evlərdən 10 minlik naqil oğurladı - Saxlanıldı
  • 26-09-2026, 11:12
    “Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir”
  • 26-09-2026, 11:04
    “İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək”
  • 26-09-2026, 10:54
    Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə