• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır

gundem / manset

3-03-2024, 15:41

Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır
Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibə verib.
Avropa məkanında çox böyük maraqla qarşılanan bu müsahibədə ölkə başçısı bir neçə mühüm əhəmiyətli məqama aydınlıq gətirib. Qeyd edilib ki, layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də ölkəmizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başlandı. Artıq uzunluğu 3500 kilometr olan kəmər reallığa çevrilib.
Bu layihə getdikcə daha çox ölkələri əhatə edir. Hazırda Azərbaycanın təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorları vardır. Layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişib. Prezidentin də bildirdiyi kimi on il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.
Müsahibədə bu il noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri ilə bağlı sual da cavablandırıldı. Qeyd edildi ki, COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.
Hər il Xəzər dənizi getdikcə daha da dayazlaşır. İqlim dəyişiklikləri və onların təhlükəli fəsadları hiss olunmaqdadır. Belə ki, tədricən çaylarda suyun, dağlarda qarın səviyyəsi azalır, Xəzər dənizində suyun səviyyəsi aşağı düşür. Ona görə də bu bəşəri təhlükənin qarşısının alınması üçün birgə səylər görülməlidir.
Prezident İlham Əliyev müsahibəsində bildirdi ki: “Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq”.
Müsahibəsinin sonunda ölkə başçısı qeyd etdi ki, “Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır. Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək”.
Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Oxunub: 142
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / manset

2-03-2024, 11:08

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

siyaset / manset

1-03-2024, 11:02

Bakıda Cənub Qaz Dəhlizi və yaşıl enerji ilə bağlı nazirlərin iclasları keçirilir, Prezident çıxış edir

gundem / manset

3-02-2023, 12:08

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış edib

gundem / siyaset / manset

2-03-2024, 11:19

İlham Əliyev: “Azərbaycanın bərpa olunan enerji layihələri gündəliyi çox iddialıdır”

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 13:22
    Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Seyfulla oğlu Eminov: 8 NOYABR – AZƏRBAYCAN TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN BÖYÜK ZƏFƏR GÜNÜ!
  • Bu gün, 11:29
    Sabunçu Rayon Polis İdarəsinin rəisi polis polkovniki Cavid Muradov: 8 NOYABR – ZƏFƏR GÜNÜ: AZƏRBAYCAN XALQININ QÜRUR, ŞƏRƏF VƏ QƏHRƏMANLIQ TARİXİ
  • Bu gün, 11:14
    “Robotlar insanlardan daha məhsuldar olacaq”
  • Bu gün, 11:06
    “Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı
  • Bu gün, 11:01
    Sürücülərin nəzərinə!
  • Dünən, 17:26
    Sumqayıtda Zəfər Günü münasibətilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
  • Dünən, 17:19
    Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər - Foto
  • Dünən, 15:46
    SİZ CAN VERDİNİZ, VƏTƏN YAŞASIN...
  • Dünən, 14:17
    ZƏFƏR TARİXİNİN MÜƏLLİFİ... ALİ BAŞ KOMANDANIM!
  • Dünən, 14:13
    Şuşa Zəfəri: şanlı Qələbənin rəmzi
  • Dünən, 13:44
    “VƏTƏNİMDİR, VƏTƏNİMDİR, VƏTƏNİM!..”
  • Dünən, 13:16
    HESABI AXIRDA KƏSƏN MİLLƏTƏM!
  • Dünən, 11:10
    ATU-da Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirildi - Fotolar
  • Dünən, 11:04
    Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı
  • Dünən, 10:59
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • Dünən, 10:44
    Məşhur müğənni Güllü Muradovanın həyat yoldaşı həbs edildi – ŞOK SƏBƏB
  • Dünən, 10:36
    Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
  • Dünən, 10:19
    İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
  • Dünən, 10:05
    Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar
  • Dünən, 10:00
    İranın qalanını da məhv etməklə hədələdi - “Tezliklə öyrənəcəksiniz”
  • Dünən, 09:56
    Türkiyədə sabiq nazir həbs edildi
  • Dünən, 09:52
    “Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq”
  • 5-11-2026, 11:00
    FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə - Müraciət
  • 5-11-2026, 10:54
    Anar Rzayevə ağır itki
  • 5-11-2026, 10:45
    Şəhid anası faciəvi şəkildə öldü - Foto
  • 5-11-2026, 10:19
    Beyləqanda Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası keçirildi - Fotolar
  • 5-11-2026, 10:14
    Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
  • 5-11-2026, 10:10
    “EDU Company” yüksək nəticə göstərən abituriyentlərinə 20 min pul mükafatı verdi
  • 5-11-2026, 10:04
    Sağlam qidalanma ilə bağlı - Bilməli olduğunuz vacib məqamlar
  • 5-11-2026, 10:00
    Papa ilə görüşə kapüşonlu sviterdə getdi - Foto
  • 5-11-2026, 09:56
    Faciəyə görə istefa verdi - Həmin qəza səbəbindən işdən çıxan nazirin yerinə gətirildi
  • 5-11-2026, 09:52
    Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
  • 4-11-2026, 20:51
    Fədakarlığı və şərəfli fəaliyyəti ilə ucalan səhiyyə ulduzu – Lamiyə Mirzəyeva
  • 4-11-2026, 11:06
    Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
  • 4-11-2026, 11:00
    Neftimiz 113 dollara ticarət edilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə