• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Pavel Klaçkov: “Ermənistanın fikrincə, hamı günahkardır, bircə rəsmi İrəvan yox” - MÜSAHİBƏ

gundem / siyaset / ust / manset

20-03-2024, 13:57

Pavel Klaçkov: “Ermənistanın fikrincə, hamı günahkardır, bircə rəsmi İrəvan yox” - MÜSAHİBƏ
Rusiya Ermənistanın diversifikasiyası ilə barışıb. Rəsmi İrəvanın hələ ki, ancaq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) aidiyyəti olan addımlarına Moskvanın yumşaq reaksiyasını ermənilər məhz belə şərh edirlər. Xatırladaq ki, ötən gün Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Ermənistanın KTMT-dən mümkün çıxması bu ölkənin real tələbatlarına əsaslanmalıdır, nəinki Qərbə yaltaqlanmağına. Bəyanat İrəvanın sərt anti-Rusiya bəyanatları və əməli hərəkətləri fonunda həqiqətən yumşaq və diqqətlidir.

Rusiya həqiqətənmi “erməni diversifikasiyası” ilə razılaşıb? Rusiya hökuməti yanında Maliyyə Universitetinin Krasnoyarsk filialının direktoru, “İnkişaf Komitəsi” ekspert klubunun rəhbəri, fəlsəfə elmləri namizədi Pavel Klaçkov Oxu.Az-ın bu sualını cavablandırarkən qeyd edib ki, Ermənistanda rusofob əhvali-ruhiyyə və bəyanatlar təbliğat və isterikaya bənzəyir.

- Ermənistanda rəhbərlik öz milli maraqlarını dərk etmir, reallığa analitik balanslaşdırılmış, obyektiv qiymət vermir. Bunun əvəzinə biz yalnız təbliğat, insanları manipulyasiya etmək, rəzil emosiyalar üzərində oynamaq istəyi görürük. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanın yüksəkvəzifəli məmurlarının və deputatlarının iştirak etdiyi bu anti-Rusiya informasiya kampaniyasının arxasında Qərb kuratorları dayanırlar.

Digər tərəfdən, Ermənistanda süni şəkildə gərgin atmosferin yaradıldığını görməmək mümkün deyil və bu, həm də Rusiyanın nəyəsə göz yumduğunu, ola bilsin ki, indiki prosesləri qiymətləndirmədiyini, heç bir aktiv addım atmadığını, “yumşaq gücdən” zəif istifadə etdiyini göstərir.

- Ermənistanda KTMT ilə bağlı səslənən mövqe var, ona görə KTMT Ermənistandakı məsuliyyət zonası barədə İrəvanı məlumatlandırmalıdır, yəni Ermənistanın sərhədlərini müəyyən etməlidir. Və bu edilmədiyi üçün Ermənistan ilin sonuna kimi KTMT-dən çıxa bilər. Amma fakt budur ki, İrəvanın özündə belə Ermənistanın sərhədlərini bilmirlər.

Nikol Paşinyan etiraf edib ki, Ermənistan tərəfinin onlara məxsus hesab etdiyi ən azı dörd kənd Azərbaycanındır. Cəmiyyətin bir hissəsi, hətta hakim komandanın bəzi nümayəndələri də onunla razılaşmır. Əgər Ermənistan özü qərar qəbul edə bilmirsə, sərhədlər delimitasiya olunmayıbsa, KTMT-yə qarşı niyə şikayətlər var? Görünən odur ki, İrəvan KTMT-dən çıxmaq qərarına gəlib, lakin onlar bunun günahını təşkilatın özünün üzərinə yıxmaq istəyirlər.

- Sualınızda artıq cavabı da vermisiniz (gülür). Həqiqətən də, biz ziddiyyətli mövqe görürük, Ermənistan sanki çabalayır. Rusiya və KTMT ilə münasibətlərin kəsilməsinə meyil artmaqdadır. Nikol Paşinyan asılı vəziyyətdədir və kənardan verilən tapşırıqları yerinə yetirir.

Əlbəttə ki, o, ora-bura vurnuxur, pis oyunda yaxşı gediş etmək istəyir. Amma Ermənistan rəhbərliyinin xarici siyasətdəki səhvlərini asanlıqla Rusiya və KTMT-nin üzərinə atdığı aydın görünür. Ermənistanın fikrincə, hamı günahkardır, bircə rəsmi İrəvan yox.

- Bu yaxınlarda Aİ-nin xarici işlər üzrə sözçüsü Piter Stano Ermənistanın Avropa İttifaqına daxil olmaq üçün müraciət edə biləcəyini deyib. Həmçinin Avropa Parlamenti də Aİ-ni Ermənistanla yaxınlaşmağa çağıran tövsiyə xarakterli qətnamə qəbul edib. Amma Ermənistan Avrasiya İqtisadi İttifaqındadır (Aİİ) və hətta bu il Aİİ-yə sədrlik edir. İki belə birlikdə iştirak etmək mümkün deyil. İrəvan nəyi seçəcək - Aİ, yoxsa Aİİ? Yeri gəlmişkən, Ermənistanda məhz Aİİ və Rusiya ilə əlaqələr sayəsində iqtisadi artım müşahidə olunur.

- Hesab edirəm ki, vəziyyət gərginləşərsə, ümumi isterika şəraitində Ermənistan Aİİ ilə əlaqələri kəsmək qərarına gələ bilər. Xüsusən də, Ermənistan cəmiyyətinin əksəriyyəti Avropanın onların yanında olduğuna özünü inandırsa. Amma bu, Ermənistanın özü üçün son dərəcə pis nəticələrə gətirib çıxaracaq. Və ümumiyyətlə, Ermənistan coğrafi olaraq “Avropa gələcəyini” necə görür?

Amma regionda sabitliyi pozmaq üçün avropalı siyasətçilər İrəvanı xırda vədlər verə, erməni tərəfini çaşdıra, hətta bəzi nümayişkaranə addımlar ata bilərlər. Amma bu, regionda eskalasiyaya gətirib çıxaracaq.

- Yəqin ki, heç kimə sirr deyil ki, Ermənistanı Fransa və şəxsən Prezident Emmanuel Makron təhrik edir. Nə baş verir? Qərb kollektiv səlahiyyətlərini Fransaya həvalə edib, yoxsa bu, Makronun özünün təşəbbüsüdür?

- Məncə, hər ikisi. Makron bunu məmnuniyyətlə, xarici siyasətlə bağlı öz ideyalarına, yəni psevdo-Napoleon davranışına əsaslanaraq edir. Amma bunun arxasında kollektiv blok düşüncəsi də ola bilər.

Bəs üzdə nə var? Bu, Fransanın onu keçmiş Afrika müstəmləkələrinin bir çoxunda təsir imkanlarından məhrum etdiyinə görə Rusiyadan qisasıdır. Bundan əlavə, ABŞ-də keçiriləcək mühüm prezident seçkisi ərəfəsində Makronun hazırkı Prezident Co Baydenin komandası tərəfindən təsdiqlənmiş spesifik rolu da ola bilər.

Nair Əliyev

Oxunub: 102
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

16-03-2024, 11:47

Zaxarova: “Ermənistan Qərb ssenarilərinə aldanmamalıdır, bu, çox təhlükəli ola bilər”

gundem / siyaset / dunya / manset

31-01-2024, 15:30

Korotçenko: “İrəvandakı abidənin təhqir olunması Rusiyanın üzünə tüpürməkdir”

siyaset / manset

23-02-2024, 19:48

Politoloq Ermənistanın KTMT ilə bağlı qərarı barədə DANIŞDI: “Bu, xəyanətdir”

gundem / manset

11-01-2023, 11:50

Anton Bredixin: “Ermənistanı Rusiyanın müttəfiqi hesab etmək çətindir” - MÜSAHİBƏ

gundem / siyaset / ust / manset

14-12-2023, 20:09

Rusiya XİN: “Üçtərəfli razılaşmaların icra olunmaması İrəvanın qeyri-ardıcıl hərəkətlərinin nəticəsidir”

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 14:53
    Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir
  • Dünən, 13:21
    ƏDALƏT, ŞƏFFAFLIQ VƏ HUMANİZM — MƏHKƏMƏ PROSESİNDƏ HÜQUQUN ALİLİYİ
  • Dünən, 10:49
    ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
  • Dünən, 09:28
    Həkimləri çağırışa çatdıran sürücü - Sükan arxasında öldü
  • Dünən, 09:24
    Novxanı- Pirşağı yolunda ağır qəza - 2 nəfər yaralandı - Video
  • Dünən, 09:18
    Bakının bu ərazilərində işıq olmayacaq
  • Dünən, 09:12
    Meloni İlham Əliyevə təşəkkür etdi
  • Dünən, 09:08
    Bioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandı
  • Dünən, 09:02
    İran Hörmüzdə ABŞ-yə məxsus pilotsuz sualtı aparatı ələ keçirdi
  • Dünən, 08:59
    Serbiya Prezidenti istefa verdi
  • Dünən, 08:55
    “Suveren Azərbaycan çoxlarının kabusu və qorxunc röyası idi!” - Elşən Musayev
  • Dünən, 08:40
    Çin İrandan üz çevirir? - Ağ Evdəki görüşün detalları
  • Dünən, 08:36
    “Səfərdən bir xalla qayıtmağımız sevindiricidir” - Ayxan Abbasov
  • 27-09-2026, 21:05
    Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
  • 27-09-2026, 20:50
    AZƏRBAYCAN RESPUBLİKASI İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, REPUBLIC OF AZERBAIJAN – DEFENDING HUMAN RIGHTS, İnsan Hüquqları Müdafiəsi — Defending Human Rights şirkətinin rəhbəri, Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovdan mühüm bəyanat
  • 27-09-2026, 19:28
    İmişlidə 27 Sentyabr – Anım Günü dərin ehtiramla qeyd olunub
  • 27-09-2026, 15:33
    Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi
  • 27-09-2026, 14:45
    “YAP-ın qurultayı növbədənkənar xarakter daşımır”
  • 27-09-2026, 12:35
    “AzərEnerji” və “Azərişıq” rəhbərliyi şəhidlərin xatirəsini andı
  • 27-09-2026, 12:30
    Prezidentlə xanımı Bakıdakı Zəfər parkında
  • 27-09-2026, 12:10
    Əli Əsədov, Sahibə Qafarova və Samir Nuriyev Zəfər parkında
  • 27-09-2026, 12:05
    DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı
  • 27-09-2026, 11:55
    Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı
  • 27-09-2026, 10:30
    "Best Energy Group" MMC-nin təsisçisi və direktoru Sahib Süleymanov: 27 Sentyabr – Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik
  • 26-09-2026, 17:53
    Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim
  • 26-09-2026, 16:57
    Qax RİH başçısı Elvin Paşayev: 27 Sentyabr – Zəfərə aparan yolun başlanğıcı və şəhidlərimizin əziz xatirəsi
  • 26-09-2026, 16:47
    44 günlük Vətən müharibəsi – Zəfərlə yazılan tarix
  • 26-09-2026, 13:50
    Tramp Si Cinpinə üçtərəfli danışıqlar təklif edib
  • 26-09-2026, 13:47
    Azərbaycanın qlobal investisiya tərəfdaşlığı genişlənir - Ən nəhənglər Bakıda
  • 26-09-2026, 13:36
    Sabah hava necə olacaq? - Açıqlandı
  • 26-09-2026, 13:29
    Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı
  • 26-09-2026, 13:26
    Tikilməkdə olan evlərdən 10 minlik naqil oğurladı - Saxlanıldı
  • 26-09-2026, 11:12
    “Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir”
  • 26-09-2026, 11:04
    “İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək”
  • 26-09-2026, 10:54
    Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə