• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Azərbaycan hər zaman NATO ilə əməkdaşlığa önəm verib

gundem / ust / manset

22-03-2024, 18:59

Azərbaycan hər zaman NATO ilə əməkdaşlığa önəm verib
Məşhur Məmmədov,
Millət vəkili

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. NATO ilə aparılan dialoq bu gün də uğurla davam edir. Ötən dövrlərə nəzər salsaq görərik ki, Azərbaycan - NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Azərbaycan nümayəndə heyəti ilk dəfə olaraq 1992-ci ilin oktyabrında Türkiyədə NATO üzvü olan ölkələrin seminarında iştirak edib və NATO-nun Baş katibi Manfred Vernerlə görüşüb.
Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası 1994-cü ildə qoyulub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh naminə tərəfdaşlıq” (SNT) sazişini imzalayıb.
Azərbaycan Respublikası 1997-ci ilin iyulunda NATO-nun Avro-atlantika Əməkdaşlıq Şurası adlı qurumuna da qoşulub.
1997-ci ildə həmçinin, Azərbaycan NATO-nun Brüsseldəki mənzil-qərargahında öz diplomatik nümayəndəliyini açıb.
2006-cı ildə Bakıda NATO-nun məlumat mərkəzi fəaliyyətə başlayıb. Bununla da əməkdaşlıq yüksələn xətt üzrə inkişaf etməyə başlayıb.
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev də respublikamızın NATO ilə əməkdaşlığının inkişaf etdirilməsinə böyük önəm verir. Azərbaycan Prezidenti İlham Əliyevin NATO rəhbərliyi ilə keçirdiyi müxtəlif səviyyəli görüşlər də bunu sübut edir.
Ölkəmizin NATO ilə tərəfdaşlığı hər zaman yüksələn xətlə inkişaf edib. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, ölkəmiz üçün böyük təcrübə olub.
Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər.
NATO ilə əməkdaşlıq fəaliyyəti çərçivəsində tədbirlərdə iştirak edərək Azərbaycan öz milli mülki müdafiə və fəlakət hallarının idarə olunması imkanlarını inkişaf etdirir. Azərbaycanın xüsusi axtarış - xilasetmə taqımı bir sıra təlimlərdə iştirak edib.
Cari ilin 17 mart tarixində NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri NATO ilə tərəfdaşlığın daha da inkişaf etdiriləcəyinə mesajdır.
Prezident İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda qeyd etdi ki, uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. Artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
Azərbaycanın ərazi bütövlüyünün bərpası sayəsində aparılan danışıqlar nəhayət müsbət nəticə verə bilər. Sülhün bərqərar olunması Cənubi Qafqazda çox ciddi dəyişikliklərə gətirib çıxaracaq.
Azərbaycan BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququndan istifadə etdi. Münaqişə hərbi-siyasi yolla həll edilib. Cənab Prezidentin qeyd etdiyi kimi, hazırda biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Azərbaycan belə bir təşəbbüs irəli sürüb və Ermənistanın cavabını gözləyirik. Sülh danışıqlarına başlamaq Azərbaycanın təşəbbüsüdür. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Sülhə heç vaxt olmadığımız qədər yaxınıq. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir.
Təəssüflər olsun ki, işğal dövründə danışıqlar heç bir nəticə vermədi. 28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsi olmadı.
Azərbaycanın ərazi bütövlüyünün bərpası sayəsində aparılan danışıqlar nəhayət müsbət nəticə verə bilər. Sülhün bərqərar olunması Cənubi Qafqazda çox ciddi dəyişikliklərə gətirib çıxaracaq.
Azərbaycan hər zaman NATO ilə əməkdaşlığa önəm verib. NATO-ya üzv olan ölkələr qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşlarıdır. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir.
Qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı artacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir.

www.AzadMedia.az

Oxunub: 117
Paylaş:
Digər xəbərlər

dunya / manset

14-02-2023, 08:09

NATO Rusiya - İran hərbi əməkdaşlığını müzakirə edir

dunya / manset

23-02-2023, 08:12

Yermak: “Ukrayna Aİ-dən əvvəl NATO üzvü ola bilər”

gundem / siyaset / ust / manset

19-03-2024, 14:30

Azərbaycan – NATO: faydalı tərəfdaşlıq və səmimi dialoq

dunya / manset

24-01-2023, 08:35

NATO-nun baş katibinə Ukrayna mükafatı verildi

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 14:53
    Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir
  • Dünən, 13:21
    ƏDALƏT, ŞƏFFAFLIQ VƏ HUMANİZM — MƏHKƏMƏ PROSESİNDƏ HÜQUQUN ALİLİYİ
  • Dünən, 10:49
    ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
  • Dünən, 09:28
    Həkimləri çağırışa çatdıran sürücü - Sükan arxasında öldü
  • Dünən, 09:24
    Novxanı- Pirşağı yolunda ağır qəza - 2 nəfər yaralandı - Video
  • Dünən, 09:18
    Bakının bu ərazilərində işıq olmayacaq
  • Dünən, 09:12
    Meloni İlham Əliyevə təşəkkür etdi
  • Dünən, 09:08
    Bioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandı
  • Dünən, 09:02
    İran Hörmüzdə ABŞ-yə məxsus pilotsuz sualtı aparatı ələ keçirdi
  • Dünən, 08:59
    Serbiya Prezidenti istefa verdi
  • Dünən, 08:55
    “Suveren Azərbaycan çoxlarının kabusu və qorxunc röyası idi!” - Elşən Musayev
  • Dünən, 08:40
    Çin İrandan üz çevirir? - Ağ Evdəki görüşün detalları
  • Dünən, 08:36
    “Səfərdən bir xalla qayıtmağımız sevindiricidir” - Ayxan Abbasov
  • 27-09-2026, 21:05
    Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
  • 27-09-2026, 20:50
    AZƏRBAYCAN RESPUBLİKASI İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, REPUBLIC OF AZERBAIJAN – DEFENDING HUMAN RIGHTS, İnsan Hüquqları Müdafiəsi — Defending Human Rights şirkətinin rəhbəri, Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovdan mühüm bəyanat
  • 27-09-2026, 19:28
    İmişlidə 27 Sentyabr – Anım Günü dərin ehtiramla qeyd olunub
  • 27-09-2026, 15:33
    Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi
  • 27-09-2026, 14:45
    “YAP-ın qurultayı növbədənkənar xarakter daşımır”
  • 27-09-2026, 12:35
    “AzərEnerji” və “Azərişıq” rəhbərliyi şəhidlərin xatirəsini andı
  • 27-09-2026, 12:30
    Prezidentlə xanımı Bakıdakı Zəfər parkında
  • 27-09-2026, 12:10
    Əli Əsədov, Sahibə Qafarova və Samir Nuriyev Zəfər parkında
  • 27-09-2026, 12:05
    DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı
  • 27-09-2026, 11:55
    Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı
  • 27-09-2026, 10:30
    "Best Energy Group" MMC-nin təsisçisi və direktoru Sahib Süleymanov: 27 Sentyabr – Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik
  • 26-09-2026, 17:53
    Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim
  • 26-09-2026, 16:57
    Qax RİH başçısı Elvin Paşayev: 27 Sentyabr – Zəfərə aparan yolun başlanğıcı və şəhidlərimizin əziz xatirəsi
  • 26-09-2026, 16:47
    44 günlük Vətən müharibəsi – Zəfərlə yazılan tarix
  • 26-09-2026, 13:50
    Tramp Si Cinpinə üçtərəfli danışıqlar təklif edib
  • 26-09-2026, 13:47
    Azərbaycanın qlobal investisiya tərəfdaşlığı genişlənir - Ən nəhənglər Bakıda
  • 26-09-2026, 13:36
    Sabah hava necə olacaq? - Açıqlandı
  • 26-09-2026, 13:29
    Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı
  • 26-09-2026, 13:26
    Tikilməkdə olan evlərdən 10 minlik naqil oğurladı - Saxlanıldı
  • 26-09-2026, 11:12
    “Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir”
  • 26-09-2026, 11:04
    “İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək”
  • 26-09-2026, 10:54
    Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə