• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Könül Nəbizadə- Rəqəmsal texnologiyaların yaratdığı mühit cinayətlərin törədilməsi və miqyasının genişlənməsi şəraitini yaradır.

gundem / ust / manset

3-04-2024, 21:38

Könül Nəbizadə- Rəqəmsal texnologiyaların yaratdığı mühit cinayətlərin törədilməsi və miqyasının genişlənməsi şəraitini yaradır.
Cəmiyyətin informasiyalaşdırılmasının mənfi cəhətlərindən biri də kompüter cinayətkarlığıdır. Bəzi ədəbiyyatlarda müasir dövrə qədər hansı əməllərin kompüter cinayətləri kateqoriyasına aid edilməsi ilə bağlı mübahisələr gedir. Sualın həllinin mürəkkəbliyi ondan ibarətdir ki, kompüter texnikası vasitələrindən istifadə etməklə törədilən qeyri-qanuni əməllərin dairəsi (ənənəvi növlərdən başlayaraq yüksək riyazi və texniki hazırlıq tələb edən səviyyəyə qədər) olduqca genişdir.Hazırki dövrdə yayılmış ən geniş cinayət növü-kibercinayətkarlıq və ya başqa sözlə ifadə etsək kompüter cinayəti, maliyyə cinayətləri və reklam fırıldaqlığı da daxil olmaqla geniş fəaliyyət spektrini əhatə edir- kompüter sistemlərinə və ya digər informasiya texnologiyaları şəbəkələrinə, cəmiyyətin informasiya təhlükəsizliyinə və kibermaraqlarına əhəmiyyətli ziyanın vurulması ilə xarakterizə edilən hərəkət və hərəkətsizlikdən ibarət transmilli cinayət əməlidir.
Qloballaşma prosesi muasir cəmiyyətlərə müsbət və mənfi təsirləri ilə xarakterizə olunur. Əksər hallarda bu proses rəqəmsal texnologiyalardan istifadə etməklə hər kəsin rifahına pozitiv təsir etsə də, bir sıra məqamlarda isə İKT inkişaf etdikcə adekvat olaraq virtual məkanda kriminal elementlər də aktivləşir. Daha doğrusu, bu prosesdən oz cinayətkar məqsədləri üçün yararlanmaq və ya sui-stifadə etmək istəyən xüsusi kateqoriya şəbəkə kriminalları formalaşır. Ona gorə də, internetdən, elektron və rəqəmsal texnologiyalardan istifadənin, habelə kiberməkanın cinayət hüquqi tənzimlənməsi məsələsinin beynəlxalq və milli hüquqi aspektlərinin öyrənilməsi dövrün tələbi kimi çıxış edir. Cəmiyyətdə yaranan yeni virtual münasibətlər sistemində, İnternetin, informasiya-kommunikasiya texnologiyalarının tərəqqisi beynəlxalq hüquqda beynəlxalq xarakterli və ya transmilli cinayətlərin yeni növünü – kibercinayətləri cəmiyyətin və hüququn mühüm elementinə çevirmişdir.
Müasir dövrdə hər bir dövlətin milli informasiya infrastrukturu qlobal sistemdə birləşmiş internet şəbəkəsi ilə sıx bağlıdır. Məhz buna görə də bu növ cinayətkarlıq dövlətin milli təhlükəsizliyi üçün ciddi təhlükəyə çevrilib. Belə ki, bu növ cinayətkarlıqla mübarizə aparmaq çox vacibdir. Bu cinayətkarlıqla səmərəli mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlıq çərçivəsində hüquqi tənzimləmə mexanizmləri hazırlanmalı və dünya birliyinin heç bir dövləti bu sahədə qəbul olunmuş standartlardan kənarda qalmamalıdır. Kibercinayətkalıqla mübarizə üzrə beynəlxalq hüquq normalarının ölkəmizin sahəvi qanunvericiliyinə tətbiqi sahəsində ilk qanunvericilik tədbiri kimi ölkəmizin Kibercinayətkarlıq haqqında Budapeşt Konvensiyasına qoşulmasını qeyd etmək olar.
Azərbaycan Respublikasında kibercinayətkarlıqla mübarizənin təşkilati-hüquqi əsasları Kibercinayətkarlıqla mübarizə, o cümlədən informasiya təhlükəsizliyi məsələsi bir çox dövlət orqanlarının birgə əlaqəli işini tələb edir. Bu sahədə fəaliyyətin həyata keçirilməsinin müxtəlif aspektləri ölkəmizdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Ədliyyə Nazirliyinə şamil edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müvafiq dəyişikliklər həyata keçirilmiş və müvafiq maddələrində(271, 272, 273, 273-1, 273-2) kibercinayətlərin anlayışı geniş izah edilmişdir.
Ölkəmizdə kibertəhlükəsizliyin təmin olunması və kibercinayətkalıqla mübarizə ilə bağlı yuxarıda qeyd etdiyimiz kimi, çoxsaylı normativ hüquqi aktlar qəbul olunmuşdur ki, onların da əsas məqsədini bu sahəyə aid olan beynəlxalq hüquqi norma və prinsiplərin effektiv dövlətdaxili tətbiqinə nail olunması təşkil edir.
Ölkəmizdə kibertəhlükəsizliyin təmin olunması sahəsində mühüm addımlar atılmışdır. Prezident cənab İlham Əliyevin Fərmanına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nəzdində Kibercinayətkarlılqa Mübarizə Baş İdarəsi yaradımışdır və bu növ cinayətlərin artmasının qarşısının alınması uğurla davam etdirilməkdədir.

Nəbizadə Könül Faxrəddin qızı

Oxunub: 245
Paylaş:
Digər xəbərlər

gundem / sosial / ust / manset

29-11-2023, 17:09

TAMAH MƏQSƏDI İLƏ TÖRƏDİLƏN CİNAYƏT-KİBERCİNAYƏT

dunya / manset

20-01-2024, 16:40

Rusiyada kosmodroma kompüter avadanlıqları daşıyan qatar yolda qarət olunub

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 09:57
    Sağlam hesab etdiyimiz bu qidalar dişləri məhv edirmiş
  • Bu gün, 09:53
    Xaçmaz-Quba yolunda qəza - Bir ailənin altı üzvü yaralandı
  • Bu gün, 09:50
    İtaliyanın xarici işlər naziri Azərbaycandadır
  • Bu gün, 09:46
    63 yaşlı kişi Kürdə batdı
  • Bu gün, 09:43
    Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
  • Dünən, 15:53
    Azərbaycan-Vyetnam münasibətləri yeni geoiqtisadi imkanlara doğru
  • Dünən, 14:16
    İran təhdidinə görə bazada qaldığını təsdiqlədi - Onlar da evlərini tərk ediblər
  • Dünən, 14:14
    Yeniyetmələr qəzaya düşdü - Yaralılar var
  • Dünən, 14:08
    Prezident livanlı həmkarını təbrik etdi
  • Dünən, 12:42
    Bu gündən bu ölkəyə vizasız gedəcəyik
  • Dünən, 12:35
    BYD-nin Avropada satış və istehsalı qadağan edildi
  • Dünən, 11:56
    “Titanik üzüyü” və meyitdən götürülən qızıl saat rekord qiymətə satıldı
  • Dünən, 11:50
    8 illik səyahətdən sonra Merkuriyə çatdı
  • Dünən, 11:45
    Rayonlara yağış, Şahdağa qar yağıb - Faktiki hava
  • Dünən, 11:38
    21 yaşlı tələbə vəfat etdi
  • Dünən, 11:33
    Bakıda bir sıra ərazilərə avtomobillə giriş ödənişli olacaq
  • 21-11-2026, 20:42
    Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
  • 21-11-2026, 15:54
    Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
  • 21-11-2026, 14:46
    MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ETLƏSİN!
  • 21-11-2026, 12:13
    “BDU-da islahatlara Hüquq fakültəsindən başlanılmalıdır” - Ceyhun Yusifov
  • 21-11-2026, 12:03
    FHN təlim keçirdi - Video
  • 21-11-2026, 11:53
    Bakının mərkəzində Xalq rəssamının oğlunun meyiti tapıldı
  • 21-11-2026, 11:44
    Göygöldə növbəti monitorinq - Sahibkarlarla görüşlər oldu
  • 21-11-2026, 11:36
    Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
  • 21-11-2026, 11:13
    Prezident rəsmi qarşılandı
  • 21-11-2026, 11:05
    Prezidentlər Birgə Bəyanat qəbul etdilər
  • 20-11-2026, 19:44
    “Səyyar Gənclər Xidməti” fəaliyyətini Ağcabədidə davam etdirib
  • 20-11-2026, 14:20
    KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
  • 20-11-2026, 14:02
    VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
  • 20-11-2026, 12:36
    Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
  • 20-11-2026, 11:07
    Sabirabadda 17 yaşlı oğlan yeniyetmə qızı qaçırdı - Axtarış aparılır
  • 20-11-2026, 11:01
    ƏƏSMN “Araz” supermarketlər şəbəkəsini mükafatlandırdı
  • 20-11-2026, 10:52
    “Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
  • 20-11-2026, 10:45
    Kiyev ballistik raketlərlə atəşə tutulub
  • 20-11-2026, 10:41
    İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə