• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

BÖYÜK ƏQİDƏ UĞRUNDA

gundem / ust / manset

24-04-2024, 12:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA
Millət Vəkili Akademik Nizami Cəfərovun məsləhətçiyli ilə “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində.
Birinci Qarabağ müharibəsi veteranı, keçmiş polis əməkdaşı - Şakir Əliyev.

Talelər yarıda qırıldı, qülşən yurdlar yağmalandı virana döndü, qəlblər qırıldı virana döndü, bu qaçhaqaçda, köçhaköçdə. Həsrət-həsrətə qarışdı. Yurd həsrəti, tərk edilmiş məzarların həsrəti, yollarda, qovhaqovlarda itkin düşənlərin həsrəti. Bu müharibədə xəyanətlər də çox oldu, igidliklər, mərdliiklər də. Elə bu qəhrəmanlıqlar səbəbinə çətin də olsa ayaqda dura bildik. Biz əzəldən döyüşləri uduzduq. Uduzduq deyəndə bir az yaxşı səslənmir, söhbət 80-ci illərin sonu 90-nın əvvəllərindən gedir. Heç nəyə hazır olmayan insanlar nə edə bilərdi?! Düşmən xain, əclaf, məkrli idi. Arxadan vuran namərdə şirin yuxuda olan əliyalın insanlar nə edə bilərdi?! Bizim Azərbaycanlı olaraq çox özəlliklərimiz mövcuddur. Onlardan birincisi, əsası babalardan miras qalmış torpağa olan bağlılıq və Vətən, namus, qeyrət və milli qurur dominatlığımızdı. Biz Vətəni namusumuz bilirik. Çünki Analarımız, bacılarımız burdadı, bu torpaqdan güc alıb aslan igidlər bəxş edirlər dünyaya. Dədəmiz Qorqud boylarında türk oğlu türkü dünyaya gətirən tütk Anası oğlunu əzizləyəndə də, qarğayanda da türk adına, türk böyüklüyünə layiq qarğayır. Ana qarğışı elə alqış kimidi. Türk anası "səni qızıl gülləyə gələsən" söyləyir. Demir öləsən, yox olasan. Bu bizim bir millət olaraq döyüşkən, mərd özəlliklərimizdən irəli gəlir, ana südü ilə damarlarımıza hopur. İstər 90-cı illərdə, istər sonralar bu genetik , qanımıza hopmuş torpaq, Vətənsevərlik duyğusuna qarışmış şərtsiz Vətən sevgisi çox şey dedi, torpağa görə şirin candan keçmə eşqi oldu bizim yol bələdçımız. Bu şərtsiz sevgi sayəsində, Allah eşqi ilə qarışmış bu sevgi sayəsində biz azad olduq. Bu sevqi bizim mücadilə tariximizin qəhrəmanlarını bir yerə topladı. Şeytanın başını dibindən üzən millətin övladlarıdı onlar. Türk yaddaşı heç zaman pozulmaz. Babaların ölməz ruhu həmişə onlarların, igidlərimizin yanındadı. 1988-90-cı, 2020, 21, 22, 23-cü ilədək davam edən zaman müstəvisində, zəmanəmizin tarixini yazan qəhrəmanları "Vətəndən pay olmaz", "Vətən bölünməz" hayqırtılsrı ilə cihada qatıldılar. Allahın dərkində yüz il utanc hissi ilə yaşamagı deyil, bir gün azad yaşamağı seçdilər. Alnıaçıq, üzüağ yaşamağı seçdilər.
BÖYÜK ƏQİDƏ UĞRUNDA
Qəhrəmanlığın, Vətənsevərlik duyğusunun, eşqinin köhnəsi, təzəsi olmur. Qəhrəmanlar zaman müstəvisində qəhrəman olaraq doğulur və bu yolda onların bələdçisi tanrıdan verilən pay kişilik ləyaqəti və şərəfi olur.
Şakir Əliyev. Bu mücadilə yolunda əsil kişi ömrü yaşayan qəhrəman.Vətənsevərlik nümunəsi. Öz nümunəsində, onunla bu Vətən mücadiləsinə qoşulmuş həmkar polis yoldaşları ilə “Vətəni belə sevərlər” deyənlərdən biri. 90-cı illərin qeyri bərabər döyüş mücadiləsində ancaq Vətən sevdasına bağlı olan mərdanəlik xarakterini ortaya qoyaraq vuruşan vətən oğullarından biri. 1963-cü ildə Füzuli rayonunda doğuldu.
Vətən yurddan başlayır.
Yurd nədir?!
Yurd qandır, gendir, şəcərədi, bağdı, damarlarda axan doğma qandı, əsirlərdən yansımış adət ənnənədi, doğmaların dəfn olunduğu mənəvi bağlılıqdı, yurd ana laylası, ata təpəridi. Babaların torpağa hopmuş ruhudu oradan başlanğıc götürüb yeni nəsil yaradır.
Torpaq namusdu.
Bu amal ilə mücadilə edənlərdən oldu Şakir Əliyev. Bu səmimi və pak duyğuların sahibləridi onlar. Onlar Azərbaycan adlı Vətənin şərəf, ləyaqət, qəhrəmanlıq tarixi yazan oğullardı. Qəhrəmanın yaşı olmur, igid hər yaşda igid adını özündə ehtiva edir. Yaşasa da ölsə də.
Ey insanlar, sizə həmişə deyilmirdimi Babək ölməyib sağdır, Mehdi, Həzi, Allahverdi, Elyar, Polad, Mübariz ... sağdır. Bu belədir, sübut olunmuş həqiqət, qəhrəmanlar yaşayır. Vətən üçün ölən, ölmək istəyən varsa Vətəndir. Torpaq isə nankor deyil, heç deyil vallah.
Üzü də soyuq deyil torpağın. Bu uydurmaçıların fərziyyəsidir. Vətən naminə can verən, sağlamlığından keçən igidlərin xatirəsi və xatiri Vətəni, xalqı, milləti üçün həmişə əziz və doğmadır.
Qəhrəmanlıq ruhunun davamı olaraq.
Unudulmur itmir, yaddan çıxmır, uzaqlaşmır, diqqətdən yayınmır nə 90-cı illərin şücaətli qəhrəmanları nə də bu günümüzün mərdlik nümunələri. Bu gün dünənin davamı, Şakir Əliyev kimi peşəsinə vəfalı, sadiq insanların, onun polis həmkarlarının, əqidə qardaşlarının qəhrəmanlıq nümunələrindən bəhrələnən igid polislərimiz 23-cü ilin şəhidlik zirvəsinə ucaldılar.
Onların 90-cı illərin qeyri bərabər gedən ağır döyüşlərdə Azərbaycan polislərinin qəhrəmamlıqları tarixdə və yaddaşlarda silinməz iz buraxdı.
Könüllü polis əməkdaşlarından ibarət dəstələrdə qeyri bərabər döyüşlərdə xüsusi igidlik nümayiş elətdirən oğullsfımızdan biridir Şakir Əliyev.
Laçından başlayaraq lacın ətrafında olan kəndlərdə, Ağdərədə, Muradxanlıda qedən döyüşlərdə ikiqat igidlik göstərərək həm cavab atəşi ilə düşmənə cavab verməklə yanaşı mülki əhalinin asayişini qorumaq və köçürmə missiyasını da öz üzərlərinə götürmüşdülər.
Şakir Əliyev və onun əqidə, məslək qardaşları yerli əhalinin köçürülməsində böyük qorxmazlıq nümayiş etdirmişdilər. Onlar bilirdilər düşmən güclüdür, çünki havadarları güclüdür.Lakin Vətən eşqi, milli qürur hissi bütün bunlardan ucada idi. Onlar Laçının, Laçın dəhlizinin ətrafında olan kəndləri mühafizə edib qoruma missiyasını öz üzərlərinə götürmüşdülər.
Əgər Şakir Əliyev kimi igid oğullarımız bu nümunəni göstərməsə idilər bu günümüzün Poladları, Arazları, Zahidləri, Turalları... olmazdı. Bu nümunədi qələbəni labüdləşdirən, zəfəri çaldıran.
Daşıdıqları poqonlara göstərdikləri sayqı gənc, yeni nəsil polis işçilərini məhz bu ruha-vətənsevərlik ruhuna köklədi. Ruhları şad olsun! Şakir Əliyevin keçdiyi çətin, keşməkeşli döyüş yolunun trayektoriyası genişdi.
BÖYÜK ƏQİDƏ UĞRUNDA
Laçından başlayaraq Ağdamda davam edən qəhrəmanlıq tarixi. Ağdamın müdafiəsində iki dəfə ağır yaralandı. Lakin, içində olan Vətən sevdası onu və onun əqidə qardaşlarını bu ləyaqətli yoldan-vətən mücadiləsindən döndərmədi. İnsan gərək xalq universitetini, ləyaqət universitetini bitirsin. Şakir Əliyev belə insanlardandır. Ürəyində Azərbaycan yaşayır, nəbzi Vətən!, Vətən! deyə çırpınır. Bunun sübutları bu gün də görməkdəyik. Bu haqda bir qədər sonra...
Qayıdırıq o qanlı-qadalı, ədalətin olmadığı, qeyri-bərabər güclərin qarşı-qarşıya gəldiyi 90-cı illərin faciələrinə. Yurd yerlərinin yağmalanması, ağına-bozuna baxmadan körpə, cavan, qoca, ahıl, xəstə görmədən süngüdən keçirilməsinə, məcburi köçkünlüyə, qaçqınlığa yazmaq belə çətindi! Onlar od yağan torpaqları qoruyanlardı. Laçın, Daşaltı, Ağdərə, Qubadlı, Füzuli kəndlərindən əhalini təxliyə edənlər idi. Ölümü gözlərinə alan qardaşlarımız – Şakir, Sahib, Ehtiram, Namiq... kimi igid polislərimiz. Onlar ölümü göz önünə aldılar. Şakir Əliyev qeyri-bərabər gedən döyüşlərdə qeyd etdiyimiz kimi güllə yarası alsa da onu bu mücadilə yolundan nə yaralanması, nə də səhhətinin qeyri sabit olması döndərə bildi. Şakir Əliyev kimi insanlar bu yolu könüllü seçənlərdi. Vətənin vətən sevdalı qəhraman əgidə sahibləri. 1990-cı ilin Qarabağ müharibəsi veteranı, ən çətin zaman kəsiyində ölümün gözünə dik baxan oğullarımızdan biri Şakir Tiflis oğlu Əliyev...
P.S Şakir Əliyevin ailəsində 3 oğul övladı böyüdü. Ot kökü üstə bitər, deyərlər. Bu belədir. Əsl qəhraman ataya layq oğullar. Onlardan biri 44 günlük Vətən müharibəsində tankçı kimi şücaət göstərdi. Bəli, keçmişin qəhraman nümunəsi bu gün özünü göstərməkdədir. Şakir Əliyev və vətən uğrunda mücadilə aparan qəhramanların nümunəsi bu günkü gənc qəhramanlarımızda özünü ehtiva etdi. Vətən azaddır, Qarabağ Azərbaycandır!


Hörmətlə,
Hürü Hacızadə
Yazıçı-publisist

Fərid Faiqoğlu
AJB-nin üzvü

Oxunub: 132
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

3-08-2023, 12:27

“Dəyişən dünyanın dəyişməz insanları...”

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 15:56
    Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür
  • Dünən, 15:46
    SEVGİ SÜSLÜ POETİK PALİTRA
  • Dünən, 15:40
    Aprel döyüşlərinin əfsanəsi – “Murov Qartalı” Raquf Orucov və Milli Qəhrəmanlıq Zirvəsi
  • Dünən, 15:23
    Göy üzündən yerlər uzaq görünər…
  • Dünən, 09:57
    Örüş sahəsinə görə qardaşları öldürmək istəyən şəxsin cəzası azaldıldı
  • Dünən, 09:54
    Dövlət Məşğulluq Agentliyinin regional filialına yeni rəhbər təyin olundu
  • Dünən, 09:52
    Abşeronda 45 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb
  • Dünən, 09:50
    Bakıda Hindistanın repressiv siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçirilir
  • Dünən, 08:40
    ABŞ-nin Qrenlandiyanı satın alması ideyasının müəllifi məlum oldu
  • Dünən, 08:38
    Zambiyada timsah on yaşlı şagirdi parçaladı
  • Dünən, 08:24
    Qışda istirahət harada daha sərfəlidir?
  • Dünən, 08:15
    Böyük Britaniyada apendisit ağrısı ilə xəstəxanaya gedən qadın gözlənilməz hadisə ilə qarşılaşdı
  • Dünən, 08:12
    Qazaxıstanda "süni intellekt əsaslı imam" işə salınacaq
  • Dünən, 08:09
    Hindistanda inanılmaz hadisə: 103 yaşlı qadın doğum gününə təsadüf edən dəfn mərasimində "dirilib"
  • Dünən, 08:07
    Zehni işlə məşğul olanların NƏZƏRİNƏ
  • Dünən, 08:05
    "Beşiktaş"ın hücumçusu İngiltərə Premyer Liqasına geri qayıdır
  • Dünən, 08:02
    "OpenAI" şirkəti "ChatGPT Translate"i təqdim etdi
  • Dünən, 08:00
    Ailədə bir insanın gərgin olmasının bütün üzvlər üçün fəsadları: Rusiyalı həkimdən XƏBƏRDARLIQ
  • 15-01-2026, 17:58
    Esmira İbrahimlinin qanunsuz estetik əməliyyatının qurbanı-Şikayətçidir-Foto-Video
  • 15-01-2026, 17:49
    FƏDAKAR ALİM ÖMRÜ
  • 15-01-2026, 13:06
    Milli söz və elmin zirvəsində bir ömür – Şəddat Cəfərovun 86 İllik şərəfli yolu
  • 15-01-2026, 10:01
    Lənkəranda dördotaqlı evdə YANĞIN oldu
  • 15-01-2026, 09:57
    Sumqayıtda kişi dəm qazından boğulub
  • 15-01-2026, 09:55
    Gəncədə 37 yaşlı qadın bıçaqlanıb
  • 15-01-2026, 08:32
    Estoniya təcrübəsi: Süni intellekt qanunvericiliyi necə dəyişdirəcək?
  • 15-01-2026, 08:30
    Mixael Şumaxerin yarış bolidi satışa çıxarılacaq
  • 15-01-2026, 08:27
    İran hava məkanını bağlayıb
  • 15-01-2026, 08:20
    "Madaqaskar" cizgi filminin davamı çəkilə bilər
  • 15-01-2026, 08:17
    ÇSKA klubunun keçmiş futbolçusu ölü tapıldı
  • 15-01-2026, 08:15
    Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər
  • 15-01-2026, 08:12
    Qazaxıstanda kişi nikah qeydiyyatından 34 il sonra evli olduğundan xəbər tutub
  • 15-01-2026, 08:10
    KİV: Şahzadə Harri və həyat yoldaşı Britaniyaya qayıdırlar
  • 15-01-2026, 08:06
    Abşeronda "Qartal gölü"ndə nə baş verir?
  • 15-01-2026, 08:03
    "60 yaşımı doğma yurdumda qeyd etdim" - Füzuliyə köçən ailənin evindən REPORTAJ
  • 14-01-2026, 17:59
    Bir ev, iki ünvan: Azərbaycanda illərin problemi həll olur?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə