Hazırki dövürdə Respublikamızda Yol hərəkətilə bağlı insanların həyat və sağlamlığının qorunması bir vəzifə kimi dövlətin qarşısında durur.Yol hərəkətinin tehlükəsizliyinin təmin olunması bir çox faktorlardan asilidir. Küçə və yollarda nəqliyyat vasitələrinin və piyadaların fasiləsiz və rahat hərəkətinin təşkilində müasir texniki nəzarət cihazlarının tetbiqi ilə yanaşi yol patrul xidmətinin əməkdaşlarınında rolu xüsusi əhəmiyyet kəsb edir.
Son vaxtlarda yoların genişlənməsilə bağlı xidmətde olan DYP əməkdaşlarının işinin dahada artmasiına baxmayaraq onlar həmişe öz vəzifələrini layiqinceə yerinə yetiriblər.
Bakı-Ələt-Astara yolunun 29 km yerləşən 728- saylı Salyan postunda gecə saat 12 radələrində avtomobilimi saxlayib bir jurnalist kimi xidmətin əməkdaşlarının fəaliyyətini yoxlamaq qərarına gəldim. Avtomobilimə yaxınlaşan ve özünü qanuni formada təqdim edən polis kapıtanı Məmmədov Səbuhi Vidadi oğlu oldu. Polis kapitanı sənədlərimə baxib yaxşı yol-dedi. Mən avtomobilimdən düşüb jurnalist olduğumu ve postda olan xidmətlə bağlı kiçik musahibə aparmaq istədiyimi bildirdim və müsbət rəy aldım. Salyan Postu kimi tanınan hərəkətin sıx olduğu yolda yerləşən belə bir postda xidmət etməyindən, sürücülərə lazımı köməklik göstərməyindən danışdı. Öz xidməti işindən tam razı qalan polis kapitanı Səbuhi Məmmədovla yanaşı həmsöhbətim polis baş serejantı Quliyev Cabir Ağaverdi oğlu və polis baş serejantı Tağızadə Nicat Heydər oğlu oldu. Polis əməkdaşları sürücülərə yuxulu vəziyyətdə avtomobili idarə etməməyi, postlarda avtomobillərini saxlayıb istirahət etməyi və hətta əl-üzünü yumağı məsləhət görürdülər. Gecə vaxtlarında polis kapitanı Səbuhi Məmmədov polis baş serejantı Cabir Quliyev və polis baş serejantı Nicat Tağızadə ilə apardığım 15-20 dəqiqəlik müsahibəm məndə xoş təsurrat yaratdı və bu peşənin necədə çətin ve şərəfli olduğunun şahidi oldum. Bəli 728- saylı Salyan postunda xidmət aparan əməkdaşlar sürücülərlə ünsiyyət qurmağı onlarla necə rəftar etməylə yanaşı öz vəzifə borclarınıda ləyaqətlə vicdanla yerinə yetirir və gecələr yuxusuz qalmalarına baxmayaraq işlərinin öhdəsindən layiqincə gəlirlər. ulusestv.az kollektivi adindan Salyan postunda xidmət edən bütün əməkdaşara uğurlar arzulayiram.
Gülxan Aslanov
ulusestv.az sayıtının baş redaktor müavini