• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Vətən və tarixin qorunduğu gün

gundem / ust / manset

18-06-2024, 15:58

Vətən və tarixin qorunduğu gün
Düz 31 il əvvəl - 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Anarxiya və hakimiyyətsizlik hökm sürürdü. Dağınıq silahlı birləşmələrdən ibarət "ordu", həmin dəstələrin komandirlərinin rəqabəti, intizamsızlığı və yalnız öz maraqlarını güdməsi nətiəsində cəbhədə düşmənin istilasına rəvac verilən dövr yaşanırdı. Ölkə məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Şimalda və cənubda separatçılar müxtəlif planlar qurmuşdular. Cəbhədə isə düşmən fəallaşmışdı. O, Bakıdakı hakimiyyətin bivecliyini, zəifliyini, passivliyini görmüşdü. Belə bir şəraitdə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur oldular. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.
Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Xalqa ölkədə yaranan vəziyyətlə bağlı düzgün və ətraflı məlumat verilməyə başlandı. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımı tədbirlər görülməyə başlandı.
Heydər Əliyev 1993-cü ilin 15 iyununda xalqın xilaskarı kimi Bakıya gələrək Ali Sovetin sədri seçilmişdi. Lakin ölkədə bütün güc strukturları parlamentin sədrinə yox, formal olaraq, legitim prezidentə, faktiki olaraq baş nazirə tabe idi. Parlamentin sədri kimi Heydər Əliyevə tabe olan nə ordu, nə də heç bir güc strukturu yox idi. Paytaxtı tərk etmiş legitim prezidentin tərəfdarı olan deputatlar və ona sadiq məmur korpusu tərəfindən Heydər Əliyevin hətta parlamentin sədri kimi səlahiyyətlərinin icrasına da hüquqi və qeyri-hüquqi maneələr yaradırdılar.
Nəhayət ki, Azərbaycan xalqının arzu və istəyi reallaşdı, ədalətin və milli iradənin təntənəsi baş verdi. İyunun 24-də keçirilən və Azərbaycan Televiziyası ilə canlı yayımlanan Parlamentin iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əlirza oğlu Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.
Heydər Əliyev Ali Sovetin sədri vəzifəsində cəmi 4 ay çalışdı və bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.
1993-cü ilin avqustun 29-da öz postundan könüllü imtina edərək Kələki kəndinə qaçan prezident Əbülfəz Elçibəyə etmad məsələsi ilə bağlı referendum keçirildi. Referendum respublikanın bütün bölgələrində tam demokratik şəkildə, vətəndaşların xüsusi fəallığı, vətəndaşlıq şüurunun nümayiş etdirilməsi şəraitində, olduqca yüksək səviyyədə keçdi. Bununla da referendum Azərbaycan Respublikasında yaşayan bütün vətəndaşların yekdilliyini, demokratiyaya sadiq olduqlarını bir daha təsdiq edərək Heydər Əliyevə olan inamı bir daha nümayiş etdirdi.
Xalqımız müstəqilliyin ilk illərində qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını yalnız və yalnız Heydər Əliyevdə görürdü. Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Vətən və tarixin qorunduğu gün



Oxunub: 142
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

30-08-2023, 10:29

Milli dövlətçiliyin bərpası

gundem / manset

4-06-2024, 14:42

Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 21:05
    Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
  • Dünən, 20:50
    AZƏRBAYCAN RESPUBLİKASI İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, REPUBLIC OF AZERBAIJAN – DEFENDING HUMAN RIGHTS, İnsan Hüquqları Müdafiəsi — Defending Human Rights şirkətinin rəhbəri, Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovdan mühüm bəyanat
  • Dünən, 19:28
    İmişlidə 27 Sentyabr – Anım Günü dərin ehtiramla qeyd olunub
  • Dünən, 15:33
    Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi
  • Dünən, 14:45
    “YAP-ın qurultayı növbədənkənar xarakter daşımır”
  • Dünən, 12:35
    “AzərEnerji” və “Azərişıq” rəhbərliyi şəhidlərin xatirəsini andı
  • Dünən, 12:30
    Prezidentlə xanımı Bakıdakı Zəfər parkında
  • Dünən, 12:10
    Əli Əsədov, Sahibə Qafarova və Samir Nuriyev Zəfər parkında
  • Dünən, 12:05
    DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı
  • Dünən, 11:55
    Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı
  • Dünən, 10:30
    "Best Energy Group" MMC-nin təsisçisi və direktoru Sahib Süleymanov: 27 Sentyabr – Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik
  • 26-09-2026, 17:53
    Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim
  • 26-09-2026, 16:57
    Qax RİH başçısı Elvin Paşayev: 27 Sentyabr – Zəfərə aparan yolun başlanğıcı və şəhidlərimizin əziz xatirəsi
  • 26-09-2026, 16:47
    44 günlük Vətən müharibəsi – Zəfərlə yazılan tarix
  • 26-09-2026, 13:50
    Tramp Si Cinpinə üçtərəfli danışıqlar təklif edib
  • 26-09-2026, 13:47
    Azərbaycanın qlobal investisiya tərəfdaşlığı genişlənir - Ən nəhənglər Bakıda
  • 26-09-2026, 13:36
    Sabah hava necə olacaq? - Açıqlandı
  • 26-09-2026, 13:29
    Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı
  • 26-09-2026, 13:26
    Tikilməkdə olan evlərdən 10 minlik naqil oğurladı - Saxlanıldı
  • 26-09-2026, 11:12
    “Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir”
  • 26-09-2026, 11:04
    “İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək”
  • 26-09-2026, 10:54
    Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı
  • 26-09-2026, 10:43
    Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı
  • 26-09-2026, 10:32
    “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident
  • 25-09-2026, 17:22
    Vətənpərvər iş adamı Ataş müəllim – xeyirxahlığı və dövlətçiliyə bağlılığı ilə seçilən nümunəvi insan
  • 25-09-2026, 16:23
    Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı, hörmətli Adil Əliyevin doğum günüdür
  • 25-09-2026, 16:11
    Rübail Nəsibov – xeyirxahlığı və insanlara olan diqqəti ilə seçilən ziyalı
  • 25-09-2026, 15:35
    Dağ-mədən sektoru iqtisadi imkanları genişləndirir
  • 25-09-2026, 10:36
    Samir Şərifov Prezidentin Forum iştirakçılarına müraciətini səsləndirdi
  • 25-09-2026, 10:28
    2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
  • 25-09-2026, 10:18
    “Azeri Light”ın qiyməti 126 dollara çatır
  • 25-09-2026, 10:05
    Quba-Qusara arabir yağış yağır
  • 25-09-2026, 10:01
    “Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm”
  • 25-09-2026, 09:57
    Trampın qadağasına hakim “yox” dedi - Ağ Evə qayıdırlar
  • 25-09-2026, 09:52
    İranla diplomatik əlaqələri kəsdilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə