• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Milli maraqlar uğrunda

gundem / ust / manset

17-09-2024, 19:28

Milli maraqlar uğrunda
Məşhur Məmmədov
Milli Məclisin deputatı

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən bir il ötür. 2023-cü il 19-20 sentyabr tarixli bu antiterror əməliyyatları ölkəmizin ərazisində separatizmə son qoydu, cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular.

Bu şanlı Zəfər Azərbaycanın dövlətçilik tarixində mühüm bir mərhələ açdı. Bunun nəticəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə təhdid yaradan separatçı rejimə son qoyuldu. Bütün bunlar yalnız hərbi uğur deyil, həm də regionda uzun illər davam edən problemin həlli istiqamətində mühüm irəliləyiş oldu.

2023-cü ilin sentyabr ayının ortalarında Ermənistanın dəstəklədiyi separatçı qüvvələr yenidən bölgədə təxribat xarakterli addımlar atmağa başladılar. Azərbaycanın mülki əhalisini və əsgərlərini hədəf alan təxribatlar davamlı olaraq ölkəmizin təhlükəsizliyinə və suverenliyinə qarşı ciddi təhdidlər yaradırdı. Məhz buna cavab olaraq Azərbaycan Ordusu lokal xarakterli antiterror əməliyyatına başlamışdı. Əməliyyatın əsas məqsədi Qarabağda separatçılığa tamamilə son qoymaq, qeyri-qanuni silahlı birləşmələri tərksilah etmək və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində tam suverenliyini bərpa etməkdən ibarət idi. Bununla yanaşı, Azərbaycan dövləti bölgədə yaşayan erməni əsilli vətəndaşların hüquq və təhlükəsizliyini qoruyacağını bildirdi.

Antiterror əməliyyatı son dərəcə dəqiq planlaşdırıldı və müasir texnologiyalarla təchiz edilmiş Azərbaycan Ordusu tərəfindən peşəkarcasına həyata keçirildi. Azərbaycan hərbi qüvvələri separatçıların mövqelərini məhv edərək onların infrastrukturlarını və silahlı qüvvələrini təsirsiz hala gətirdi. Bu əməliyyatın ən önəmli xüsusiyyətlərindən biri də minimum mülki itkilərlə humanitar fəlakətin qarşısının alınması idi. Nəticədə, separatçı qüvvələr tərksilah olundu və bölgədə tam nəzarət bərpa edildi. 20 sentyabrda erməni separatçıları atəşkəs tələb edərək təslim oldular. Bu faktorlar Azərbaycanın müstəqilliyi və suverenliyinin təmin edilməsində tarixi Qələbə rolunu oynayır.

Dəfələrlə Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağın erməni icması bir günlük antiterror tədbirlərindən sonra Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edildi. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradıldı.

Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan silahlı dəstələri tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli dövlət bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. Bundan sonra, Azərbaycan hökuməti Qarabağın reinteqrasiyası istiqamətində genişmiqyaslı işlərə başladı. Burada məqsəd Qarabağda yaşayan erməni əsilli vətəndaşların Azərbaycan cəmiyyətinə inteqrasiyasını təmin etmək və bölgədə davamlı sülhə nail olmaqdır.

Azərbaycan dövləti Qarabağ ermənilərinə bir sıra təkliflər irəli sürərək, onların hüquq və təhlükəsizliyinin qorunacağını bəyan etdi, bölgədə iqtisadi və sosial layihələri sürətlə həyata keçirməyə başladı və infrastruktur yenidən quruldu. Bu proses həm də beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandı, çünki bölgədə davamlı sülhə nail olmaq üçün bu cür addımların atılması vacib idi.

Antiterror əməliyyatları, eyni zamanda regionda və beynəlxalq səviyyədə də mühüm geosiyasi nəticələrə səbəb oldu. Azərbaycan, bölgədə güclü bir aktor kimi öz mövqeyini daha da möhkəmləndirdi. Bu əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan öz suverenliyini təmin etmək və milli maraqlarını qorumaq üçün güclü iradəyə və hərbi potensiala sahibdir. Bununla yanaşı, əməliyyatlar regionda sülh və sabitlik üçün yeni imkanlar yaratdı. Ermənistan tərəfi hərbi təxribatlardan vaz keçərək, diplomatik yolla danışıqlara meyilləndi. Beynəlxalq ictimaiyyət də Azərbaycanın haqq işini dəstəkləyərək dövlətimizin ərazi bütövlüyünü tanıdı və Qarabağ probleminin sülh yolu ilə həll olunmasının vacibliyi vurğulandı.

İşğaldan azad edilmiş ərazilərdə aparılan abadlıq-quruculuq işləri, infrastruktur yenilənmələri sürətlə davam etdirilir. Fəxrlə qeyd etmək istəyirəm ki, yeni inşa olunan və abituriyentlərdə böyük maraq doğuran Qarabağ Universiteti yeni dərs ilində qapılarını yüksək bal toplamış tələbələrin üzünə açdı. Hazırda ölkəmizin müxtəlif ərazilərindən olan tələbələrin sevimli məkanına çevrilən Xankəndi şəhəri tezliklə bütün Türk dünyasının aparıcı təhsil ocağına çevriləcək.

Bir sözlə, 2023-cü ilin 19-20 sentyabr tarixləri Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazıldı. Qarabağın reinteqrasiyası və regionda davamlı sülhün təmin olunması istiqamətində atılan addımlar Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu hadisələr bir daha sübut etdi ki, Azərbaycan xalqı və dövləti öz milli maraqlarını qorumaq və sabit, təhlükəsiz gələcək qurmaq üçün hər zaman qətiyyətli addımlar atmağa hazırdır.


www.AzadMedia.az

Oxunub: 65
Paylaş:
Digər xəbərlər

siyaset / manset

20-09-2023, 09:10

ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

gundem / manset

5-03-2023, 13:43

“Caliber” Azərbaycanın Xankəndi yaxınlığındakı antiterror əməliyyatının TƏFƏRRÜATını öyrənib

gundem / siyaset / ust / manset

7-12-2023, 13:34

Müstəqillik və suverenliyimizin təsbiti: Prezidentdən tarixi qərar

gundem / manset

25-04-2024, 10:36

Xankəndidə separatçılıq rəmzləri sökülür

gundem / siyaset / ust / manset

16-09-2023, 11:51

Hikmət Hacıyev: “Azərbaycan sülh yolu ilə nizamlanmaya sadiqdir və gərginliyin artmasında maraqlı deyil”

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:18
    Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
  • Bu gün, 10:10
    Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
  • Bu gün, 10:05
    Bu gün millimizin oyunu var
  • Bu gün, 09:59
    Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
  • Bu gün, 09:56
    Trampla Netanyahu telefonda dalaşıb?
  • Bu gün, 09:53
    Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?
  • Bu gün, 09:47
    NASA iş elanı verdi - Maaş 164 mindir
  • Bu gün, 09:43
    “Hərbi güc tətbiq etməkdən çəkinməzdim”
  • Bu gün, 09:40
    “İndiyəqədərki ən böyük əsir mübadiləsi baş tutacaq”
  • Bu gün, 09:36
    “Vəzifədən getməzdən əvvəl məsələni həll etmək istəyirəm”
  • Dünən, 18:56
    Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
  • Dünən, 15:30
    JURNALİST İBRAHİM İSGƏNDƏROV YOL QƏZASINDA XƏSARƏT ALAN GƏNC XANIMA İLKİN YARDIM GÖSTƏRƏRƏK ONUN HƏYATININ XİLASEDİLMƏSİNƏ DƏSTƏK OLUB
  • Dünən, 13:24
    Milli dövlətçilik ənənələri və konstitusion inkişaf - DEPUTAT
  • Dünən, 10:41
    Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım
  • Dünən, 10:30
    General Natiq Əliyevin qızı saxlanıldı
  • Dünən, 10:18
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • Dünən, 10:14
    “Bakıdakı bu kilsənin qapıları taybatay açılmalıdır”
  • Dünən, 10:09
    Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto
  • Dünən, 10:02
    Kanadada məhkəmə ana və qızına hücum edən 4 ayının ölümünə qərar verdi
  • Dünən, 09:55
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • Dünən, 09:45
    Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb
  • Dünən, 09:39
    Argentina ordusunu “terror təşkilatı” elan etdilər
  • Dünən, 09:36
    İsrail ordusuna İrana qarşı hazırlıq tapşırığı verildi
  • 11-11-2026, 14:01
    GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
  • 11-11-2026, 10:42
    ADY yükdaşımalar üzrə ən yüksək göstəricilər əldə edib
  • 11-11-2026, 10:35
    “Azeri Light” ucuzlaşdı
  • 11-11-2026, 10:28
    650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
  • 11-11-2026, 10:22
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • 11-11-2026, 10:18
    Pezeşkian Türkiyəyə gedir
  • 11-11-2026, 10:13
    Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
  • 11-11-2026, 10:07
    Qax sakinini Masazırda maşın vurub öldürdü
  • 11-11-2026, 10:01
    “Sabah” basketbol klubu “Trabzonspor”u məğlub etdi
  • 11-11-2026, 09:57
    Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
  • 11-11-2026, 09:48
    Adanada bir gündə ikinci zəlzələ
  • 10-11-2026, 21:07
    Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə