• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

COP29 antiAzərbaycan dairələrinə sarsıdıcı zərbə vurdu

gundem / ust / manset

13-11-2024, 18:15

COP29 antiAzərbaycan dairələrinə sarsıdıcı zərbə vurdu
Müasir dünyanın ən miqyaslı və mötəbər beynəlxalq tədbirlərindən olan COP29-un Bakıda keçirilməsi beynəlxalq birliyin ölkəmizə verdiyi önəm və Azərbaycanın bir dövlət olaraq siyasi nüfuzunun göstəricisidir.
COP (Conference of the Parties) kimi nüfuzlu və bəşəriyyət üçün taleyüklü mövzuları müzakirə edən qlobal tədbirin Azərbaycanda keçirilməsi region və bütün postsovet məkanı üçün əlamətdar hadisədir. Belə bir möhtəşəm tədbirin postsovet məkanında ilk dəfə olaraq məhz respublikamızda reallaşması həm də Bakının dünyanı narahat edən bəşəri problemlərin müzakirəsi üçün əlverişli məkan olduğunu göstərir. COP29 həmçinin təkcə yerləşdiyimiz regiona deyil, daha geniş coğrafiyaya beynəlxalq diqqətin artmasına səbəb olacaq.
Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir.
Beləliklə, Bakıda noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti öz işinə başlayıb. Ümumiləşdirilmiş şəkildə ifadə etmək olar ki, COP29 tədbiri dünyanın yaşıl gündəliyinə mühüm töhfə, riyakar dairələrə isə böyük siyasi zərbə oldu.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə genişməzmunlu çıxış edib. Ölkə başçısı qeyd edib ki, Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır. Multikulturalizmin dövlət siyasətimiz və həyat tərzimiz olduğunu vurğulayan dövlət başçısı Azərbaycan xalqının etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşadığını qeyd edib.
Bildirilib ki, Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyada enerji və daşımalar yollarını dəyişib. Beləliklə, biz məhsuldar çoxtərəfli əməkdaşlıq formatı qurulub.
Prezident öz çıxışında bildirib ki, biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək. Bunlardan birinin Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi olduğunu söyləyən dövlət başçısı qeyd edib: “Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin texniki potensialı və yeri gəlmişkən, texniki əsaslandırma işləri bu yaxınlarda bitəcəkdir. Onun imkanları iki giqavat olacaqdır. Bu, yalnız başlanğıcdır”.
Qürurverici haldır ki, COP29-da iştirak etmək üçün dünyanın bir sıra dövlətlərinin liderləri Bakıya gəliblər. Bu amilin son illər dövlətimizə və xalqımıza qarşı aparılan intensiv antitəbliğat və qarayaxma kampaniyası fonunda xüsusi önəmi var. Xüsusən Avropa İttifaqı müstəvisində və Avropa Parlamentində Vətən müharibəsindəki qələbəmizə qarşı gözügötürməzlikdən qidalanan qarayaxma reallığında qitənin bu siyasi institutlarını təmsil edən dövlətlərin rəhbərlərinin COP29-da iştirakı Azərbaycana qarşı yürüdülən qərəzin səmərə vermədiyinin göstəricisidir. Aİ üzvləri olan İtaliya, İspaniya, Belçika, Danimarka, Finlandiya, Çexiya, Macarıstan kimi ölkələrin Bakıda dövlət və ya hökumət rəhbərləri qismində iştirakı əsas etibarilə Fransa tərəfindən gerçəkləşdirilən anti-Azərbaycan əməllərinə qitə təmsilçilərinin sözün əsl mənasında məhəl vernəmələri deməkdir.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında həmin dairələrə mesaj göndərməyi də unutmadı: “Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”.
Prezident İlham Əliyev COP29-un açılış mərasimində çıxışı zamanı Azərbaycana qarşı ittihamlardan danışıb. Dövlət başçısı qeyd edib: “İki il əvvəl Azərbaycan və Avropa Komissiyası Strateji tərəfdaşlıq haqqında razılaşmaya imza atdılar. Lakin bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının Prezidenti iki il əvvəl Bakıya gəlib bu sənədi bizimlə imzaladı. Çünki onlara bizim qazımız lazım idi”.
Prezident İlham Əliyev COP29-un açılış mərasimində çıxışı zamanı bildirib: “COP29-a ev sahibliyi edən ölkə seçildikdən sonra hədəfə çevrildik”. Özünü müstəqil QHT adlandıranların və bəzi siyasətçilərin ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa girdiklərini vurğulayan dövlət başçısı deyib ki, ölkəmizdə 250-dən artıq günəşli günün olmasına baxmayaraq, onlar bizi daha çox neft ölkəsi adlandırırdılar. Biz güclü ölkə qura bildik, müstəqil siyasət həyata keçirdik”
COP29-un təşkili və keçirilməsi antiAzərbaycan dairələrinə sarsıdıcı zərbə oldu və beynəlxalq ictimaiyyət rəsmi Bakının yaşıl gündəliyinin zənginliyinə şahidlik etdi. Eləcə də dünya ölkələri son bir il ərzində Azərbaycana qarşı aparılmış çirkin kampaniyanın da nə qədər əsassız olduğunu görmüş oldular. COP29-un ən yüksək səviyyədə təşkili ilə Azərbaycan bir daha sübut etdi ki, dünya ölkələri qlobal tədbirə ev sahibliyi seçimində səhvə yol verməyiblər. Bir sözlə, Azərbaycan növbəti dəfə ona göstərilən qlobal etimadı və etibarı doğrultmuş oldu.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

COP29 antiAzərbaycan dairələrinə sarsıdıcı zərbə vurdu

Oxunub: 118
Paylaş:
Digər xəbərlər

siyaset / manset

12-11-2024, 12:52

“Bu, bizim ölkəyə hörmət əlamətidir”

gundem / siyaset / ust / manset

20-12-2023, 11:55

Enerji siyasətinin prioriteti

gundem / ust / manset

28-06-2024, 11:39

BMT Baş katibinin müavini: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq

gundem / siyaset / manset

10-01-2024, 22:43

Prezident İlham Əliyev: “Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq”

gundem / ust / manset

20-04-2024, 10:31

Hikmət Hacıyev: “Azərbaycanın COP29-a ev sahibliyi etməsi siyasi cəsarətimizin təcəssümüdür”

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 13:50
    Prezidentin qızları bulvarda festivalda
  • Dünən, 13:44
    Səhər bu 5 qaydaya əməl edin, gününüz tam dəyişsin
  • Dünən, 13:41
    60 il öz əlində təcrübə aparan alim sübut etdi
  • Dünən, 13:36
    Rəngli yuxuları kişilər, yoxsa qadınlar görür?
  • Dünən, 13:32
    Leandro Andrade də “Qarabağ”dan getdi - Rəsmi
  • Dünən, 13:29
    Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü
  • Dünən, 11:52
    Tapdıq Əlibəyli - 65
  • Dünən, 11:41
    Əmək və Sosial Münasibətlər Akademiyasında məzun günü
  • Dünən, 11:36
    Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda
  • Dünən, 11:30
    “Təəssüf ki, ürək parçalayan xəbər gəldi, inanmaq istəmədim”
  • Dünən, 11:25
    Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
  • Dünən, 11:16
    Putin miqrantlarla bağlı qanunu imzaladı
  • 26-06-2026, 19:30
    Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Zaur Ələkbərov bu gün sizin gününüzdü
  • 26-06-2026, 17:19
    Qalib gəldi ədalət!
  • 26-06-2026, 16:19
    26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü
  • 26-06-2026, 15:53
    Qalib ordunun şanlı salnaməsi
  • 26-06-2026, 15:45
    Səni tanımaq bizə çox xoş oldu, əziz QARDAŞIMIZ!
  • 26-06-2026, 14:59
    Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
  • 26-06-2026, 12:55
    Yaponiyada yenidən güclü zəlzələ oldu
  • 26-06-2026, 12:50
    Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
  • 26-06-2026, 12:46
    “Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
  • 26-06-2026, 12:41
    Şanlı tarixdən Böyük Zəfərə aparan ordu
  • 26-06-2026, 12:34
    Vətən müharibəsi iştirakçısı vəfat etdi
  • 26-06-2026, 12:30
    “Azər Türk Bank”ın şəhid əməkdaşı ordenlə təltif edildi
  • 26-06-2026, 12:27
    “Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
  • 26-06-2026, 12:24
    Ordumuz gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
  • 26-06-2026, 12:21
    Paytaxt və bölgələrdə narkotik əməliyyatı - 9 nəfər saxlanıldı
  • 25-06-2026, 23:20
    Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
  • 25-06-2026, 23:02
    Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
  • 25-06-2026, 22:29
    Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov: “26 iyun-hərbi rəşadət, şərəf və igidlik bayramıdır”
  • 25-06-2026, 21:34
    Vətən ordenli gizir – Şəhidlik zirvəsinə ucalan qəhrəman Vidadi Nizami oğlu Zalov
  • 25-06-2026, 20:47
    Uşağın fikri vacibdir. Amma son sözü məhkəmə deyir.
  • 25-06-2026, 19:51
    Düşməni qorxuya salan Azərbaycan Ordusu
  • 25-06-2026, 18:37
    Peşəsinə sədaqətlə xidmət edən həkim-stomatoloq – Əliyev Samir Adil oğlu
  • 25-06-2026, 16:16
    “Əlvida bağça – Salam məktəb” adlı tədbir keçirilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə