• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Azərbaycanda bir sıra kommunal xidmətlərin qiymətləri müəyyənləşdirildi

gundem / ust / manset

2-01-2025, 12:23

Azərbaycanda bir sıra kommunal xidmətlərin qiymətləri müəyyənləşdirildi

Azərbaycanda bir sıra kommunal xidmətlər üzrə qiymətlər müəyyənləşdirilib.

Bu barədə Qaynarinfo Tarif Şurasına istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azəristiliktəchizat” ASC, SOCAR, "Azenerji” ASC-dən daxil olmuş müraciətlər əsasında Tarif (qiymət) Şurasının iclasında bir sıra kommunal xidmətlərin və dərman vasitələrinin qiyməti tənzimlənib.

Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidmətinə görə tariflər:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq iclasda su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib. İndiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilirdi.

Qeyd olunmalıdır ki, su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiq olunmuş tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial xarakterli, həm də şəhər və regionlar üzrə diferensial yanaşma tətbiq olunub.

Əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib. Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiq edilib.

Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi borunun diametrinden asılı olaraq 995 manat və ya 1015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1635 manat məbləğində müəyyən edilib.

Qoşulma ilə əlaqədar tikinti obyektinin vəsaiti hesabına görüləcək işlər 30 metrədək məsafəni əhatə edir. Bu məsafə 30 metrdən artıq olduqda isə mövcud şəbəkə təchizatçı tərəfindən genişləndirilir və bunun üçün əlavə ödəniş tələb edilmir.

Bu sahədə tənzimləmə qoşulma ilə bağlı xərcləri azaldacaq, dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, maliyyə şəffaflığına və uçot sisteminin təkmilləşdirilməsinə eyni zamanda, pərakəndəliyin aradan qaldırılması ilə sahibkarlar tərəfindən investisiya qoyuluşu zamanı xərclərin əvvəlcədən hesablanmasına şərait yaradacaq.

Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi:

Hazırda "Azəristiliktəchizat” ASC üzrə 1 m² sahə üçün istilik təchizatı xidmətinin maya dəyəri 1,10 manat təşkil edir. Lakin 2011-ci ildən bu sahə üzrə ödənişlər 1 m² sahə üçün 15 qəpikdir. Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiya hesabına qarşılanır. Bu sahədə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb. Belə ki, "Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 m2 üçün 30 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 m² sahə üçün) 14,6 manat həddində müəyyənləşdirilib.

Bu tarif tənzimləməsi dövlət büdcəsindən asılılığın azalmasına, istilik təchizatının əhatəsinin genişləndirilməsinə və bu şəkildə xidmətin keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.

Təbii qaz tarifləri:

Ölkəmizdə təbii qaz üzrə mövcud ölkədaxili orta tarif maya dəyərindən aşağıdır. Bu, iqtisadi zərərin qarşısının alınması, rentabelliliyin təmin edilməsi və bu sahəyə investisiyaların artırılması üçün yeni tarif tənzimləməsi zərurəti yaradıb.

Dövlətin sosial siyasəti və enerji resurslarından səmərəli isfadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kub metr təbii qazın tarifi dəyişdirilməyib.

Əhali üzrə illik istehlak həcmi:

1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində;

1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik;

2500 kub metrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.

1 kub metr təbii qaz üzrə orta tarifəhali üzrə 1,3 qəpik (8,7%) artırılıb.

Tarif dəyisikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir.

48% abonent üzrə - 32 qəpik,

39% abonent üzrə - 1 manat 43 qəpik,

13% abonent (daha çox istehlak edən) üzrə - 7 manat 46 qəpik.

Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə - 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılıb.

Elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik (12,1%) artırılaraq 16,5 qəpikdən 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kub metr təbii qazın tarifi 2 qəpik (9%) artırılaraq 22 qəpikdən 24 qəpik həddində müəyyənləşdirilib.

Elektrik enerjisi tarifləri:

Təbii qazın qiymət artımının elektrik enerjisinin istehsal xərclərinə təsiri və bu sahədə xidmətlərin dayanıqlılığının yüksəldilməsi zərurəti nəzərə alınaraq elektrik enerjisi üzrə yeni tariflər müəyyənləşdirilib.

Əhali üzrə aylıq istehlak həcmi:

200 kVts olan hissə üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə;

200 kilovatt saatdan 300 kilovatt saatadək olan hissə üçün 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə;

300 kilovatt saatdan çox olan hissə üçün 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.

1 kilovatt saat elektrik enerjisinin orta tarifi əhali üzrə – 0,7 qəpik (7,8%) artırılıb.

Tarif dəyisikliyindən sonra əhali abonentlərin orta aylıq xərcinin aşağıdakı kimi artacagı gözlənilir:

65% abonent üzrə - 45 qəpik,

20% abonent üzrə - 1 manat 33 qəpik,

15% abonent (daha çox istehlak edən) üzrə - 5 manat 61 qəpik.

Göründüyü kimi, əhalinin 65%-i üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi maksimum aşağı səviyyədə - 0,4 qəpik (5%) artırılır.

İstehlak malları indeksinə təsirin minimallaşdırılması məqsədilə sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kilovatt saat elektrik enerjisinin tarifi - 0,6 qəpik (6%) artırılaraq 10 qəpikdən 10,6 qəpik həddində müəyyənləşdirilib.

Elektrik doldurma məntəqələrinə verilən 1 kilovatt saat elektrik enerjisinin tarifləri 1,5 qəpik (13,6%) artırılaraq 11 qəpikdən 12,5 qəpik səviyyəsində təsdiq edilib. Elektrik doldurma məntəqələri tərəfindən göstərilən xidmətin qiyməti isə sahibkarlar tərəfindən rəqabət şəraitində sərbəst olaraq müəyyənləşdiriləcək.

Oxunub: 50
Paylaş:
Digər xəbərlər

gundem / manset

13-03-2023, 11:11

“Azərsu” Tarif Şurasına qiymət artımı ilə bağlı müraciət edib? - RƏSMİ AÇIQLAMA

gundem / ust / manset

1-07-2024, 10:52

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

gundem / manset

23-11-2024, 19:59

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları "Azərenerji" və "Azərişığ"a ötürüləcək

gundem / siyaset / bolge / ust / manset

16-01-2024, 18:30

Prezident Neftçalada: İçməli su təchizatı sistemlərinin istismara verilməsi mərasimində

sosial / manset

28-12-2024, 12:03

Dərmanlar sığorta hesabına bu şərtlərlə veriləcək

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 16:42
    Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
  • Dünən, 12:24
    “Tramp, Əliyev və Paşinyan ritorikanı deyil, nəticələri seçdilər”
  • Dünən, 11:59
    Tramp Türkiyəni gizli şəkildə hərbi təyyarə ilə tərk edib - Şok iddia
  • Dünən, 11:52
    “Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
  • Dünən, 11:43
    “Bu gün də Qurban müəllimin yanındayam” - Tahir Gözel
  • Dünən, 11:35
    Xalq artisti oğlunun ad gününü belə qeyd etdi
  • Dünən, 10:53
    “Azeronline”da müqavilələr artıq “SİMA İmza” ilə rəqəmsal imzalanır
  • Dünən, 10:47
    Dəhşətli zəlzələdə ölənlərin sayı artır - Yenilənib
  • Dünən, 10:41
    Saatlıda yanğın törədən şəxs saxlanıldı
  • Dünən, 10:36
    Özü qolf oynadı, raketlər onu qorudu
  • Dünən, 10:25
    Müctəba Xameneinin vəziyyətini - Açıqladı
  • 10-08-2026, 12:18
    Şimşək, leysan... - Faktiki hava
  • 10-08-2026, 12:13
    Əməkdar artist qaydaları kobudcasına pozdu - Video
  • 10-08-2026, 12:08
    Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir
  • 10-08-2026, 12:04
    ADSEA-nın süni intellekt əsaslı rəqəmsal siması Aysu təqdim olundu - Video
  • 10-08-2026, 11:41
    İcra başçısının sürücüsü qəzada öldü
  • 10-08-2026, 11:09
    Bu 3 faktor demensiyanı 13 il gecikdirir
  • 10-08-2026, 11:05
    “Azərbaycan müharibə dövründə bizə dəstək oldu”
  • 10-08-2026, 11:00
    Tatarıstanda matəm elan edildi
  • 10-08-2026, 10:56
    Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu imiş
  • 10-08-2026, 10:44
    Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi
  • 9-08-2026, 13:51
    İlham Əliyev Sinqapur Prezidentini təbrik etdi
  • 9-08-2026, 13:45
    Xərçəng bədəninə yayılır - Oğlu danışdı
  • 9-08-2026, 13:41
    Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
  • 9-08-2026, 12:01
    Türkiyədə zəlzələ oldu
  • 9-08-2026, 11:57
    Kanalda batan Aminin meyiti tapıldı
  • 9-08-2026, 11:53
    Tezliklə “Barselona”nı tərk edə bilər - Vitse-prezident açıqladı
  • 9-08-2026, 11:49
    İranla müharibə ABŞ-nin raket ehtiyatını tükəndirdi
  • 9-08-2026, 11:45
    “Heç kim öz torpağını atıb gedən deyil” - Zelenski
  • 9-08-2026, 11:30
    Məhəmməd Qulamov: “Həyatda ən böyük dəstəyim Atam və rejissor Rövşən İsax olub”
  • 8-08-2026, 16:42
    Araz Əhmədov haqqında danışanlara bir sözüm var: əvvəl tanıyın, sonra danışın!
  • 8-08-2026, 16:20
    Tarixi görüşün ildönümündə İlham Əliyevə zəng etdi
  • 8-08-2026, 15:14
    “Azərbaycanın qələbəsi Ermənistanın müstəqilliyini möhkəmlətdi”
  • 8-08-2026, 14:59
    Xanımının doğum günündə vəfat edibmiş...
  • 8-08-2026, 14:50
    “Prezident İlham Əliyev müharibəni qazandı, həm də sülhü qazandı!”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə