• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Polis Azərbaycan Dövlətinə, Dövlətçiliyinə Xidmət Edir – VİDEO

gundem / manset

2-01-2025, 16:37

Polis Azərbaycan Dövlətinə, Dövlətçiliyinə Xidmət Edir – VİDEO


Bu gün cəmiyyətin bütün sahələri üçün vacib olan sabitliyi yaradan və qoruyan, vətəndaş asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən Azərbaycan polisləridir.

polis, Daxili İşlər orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir. Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir. Hər bir Azərbaycan vətəndaşına xidmət edir. Hər peşənin fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu xidmət sahələrinin içində polisin əməyi çətinliyi və məsuliyyəti ilə daha spesifikdir. O, yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət edir. Müəllim mənəviyyatın, həkim sağlamlığın, hakim ədalətin keşiyini çəkdiyi kimi, polis də ictimai təhlükəsizliyin və qanunçuluğun keşiyini çəkir, eyni zamanda cinayətkarlığa qarşı gecə-gündüz mübarizə aparır.
Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir”. Məhz ulu öndərin məqsədyönlü siyasəti, hüquq-mühafizə orqanlarına diqqət və qayğısı nəticəsində polis müstəqil Azərbaycanın dövlətçilik tarixində sabitliyin, ictimai rifah və təhlükəsizliyin qarantına çevrildi. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ictimai təhlükəsizliyin etibarlı şəkildə qorunduğu və kriminal durumun nəzarət altına alındığı ölkələr sırasına daxil olub.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş islahatlara əsasən daxili işlər orqanlarının fəaliyyətini, həmçinin insan hüquq və azadlıqlarının təmin edilməsi mexanizmlərini tənzimləyən qanunvericilik bazası yaradıldı, nazirlik sistemində günün tələblərinə cavab verən yeni qurumlar təsis edildi. Həyata keçirilmiş islahatlar nəticəsində ölkədə mütəşəkkil cinayətkarlığa, sabitliyi pozan təhlükələrə qarşı əsaslı mübarizə başladı, vətəndaşlarımızın dinc, əmin-amanlıq içərisində yaşamalarına zəruri şərait yaradıldı. İctimai-siyasi sabitliyin yaradılması həm də milli iqtisadiyyatın inkişafına, xarici sərmayədarların Azərbaycana maraq göstərmələrinə təkan verdi.
Ölkəmiz dövlət müstəqilliyini yenidən bərpa etdiyi illər ərzində istər daxili münaqişələr, istərsə də mənfur erməni daşnakları ilə müharibədə Azərbaycan polisi xüsusi şücaət göstərmiş, Birinci Qarabağ müharibəsi zamanı vətənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir.

Son illər Daxili İşlər Nazirliyində, polis orqanlarında böyük islahatlar həyata keçirilir. Bu islahatlar Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun bir hissəsidir. Biz müstəqilliyimizi əldə edən kimi bəyan etmişik ki, yolumuz müstəqil, demokratik dövlət qurmaqdır, hüquqi dövlət qurmaqdır, dünyəvi dövlət qurmaqdır. Biz bu yol ilə gedirik. Bu, bizim Konstitusiyamızda təsbit olunubdur. Son illər qəbul etdiyimiz yüzlərlə, bəlkə də minlərlə qanunlarda, fərmanlarda təsbit olunubdur. Bu yol ilə gedirik. Bu halda gərək, Azərbaycanın dövlət strukturlarının hamısı demokratik, hüquqi dövlət prinsiplərinə uyğun olsunlar. Biz bunlara görə də bütün sahələrdə islahatları keçiririk. Siz bunları bilirsiniz. O cümlədən, Daxili İşlər Nazirliyində, Prokurorluqda, Məhkəmə orqanlarında, Milli Təhlükəsizlik Nazirliyi sistemində bu islahatları keçiririk.
Polis cinayətkarlıqla mübarizə aparır. Dövlətin hüquqlarını qoruyur. Amma, eyni zamanda, polis hər bir vətəndaşın hüququnu qoruyur. Cinayətkar təkcə dövlətə qarşı cinayət etmir ki. Dövlətə qarşı cinayət edənlər, Allaha şükürlər olsun ki, tamamilə azalıbdır. Cinayət edən başqa bir vətəndaşın hüququnu pozur. Nəinki hüququnu pozur, ağır cinayətlər edir. Ona görə polisin vəzifəsi, borcu həm dövlətin mənafelərini qorumaq, dövlətin siyasətini həyata keçirmək, həm də bizim Konstitusiyada göstərildiyi kimi, vətəndaşların hüquqlarını qorumaqdır, vətəndaşın təhlükəsizliyini təmin etməkdir ki, vətəndaş rahat yaşaya bilsin.
Vətəndaşların müraciətlərinə baxılmasına, insan hüquq və azadlıqlarının qorunmasına Azərbaycan polisi həssaslıqla yanaşır. Bu gün vətəndaş inanır ki, onun hüquq və azadlıqlarının, təhlükəsizliyinin, sağlamlığının, mülkiyyətinin keşiyində dövlət orqanları dayanır. Dövlət nümayəndəsi olaraq polis ictimai təhlükəsizliyin qarantı olmaqla, vətəndaşı hüquqazidd əməllərdən və zorakılıqdan qoruyur. Polis neqativ təzahürlərə qarşı barışmazdır, prinsipial mövqeyi ilə seçilir. Çünki, hər bir vətəndaş bilir ki, təhlükəyə məruz qaldıqda onun ilk ümid yeri polisdir. Vətəndaş buna da əmindir ki, onun müraciəti – şikayət, ərizə və təklif diqqətlə öyrəniləcək, zəruri tədbirlər görüləcəkdir. Vətəndaş onun problemlərinİ vaxtında həllinə ədalətli münasibət, müraciətlərinə həssas yanaşma göstərən dövlətə etimad bəsləyir, onu dəstəkləyir. Ölkədəki əmin-amanlığın və qanunçuluğun davamlı olması üçün asayişin mühafizəsi mühüm amil olduğundan əhalidən daxil olan müraciətlər diqqətlə araşdırılır və müvafiq ölçülər götürülür. Respublikamızın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müsahibələrinin birində vurğulamışdır ki, hüquq-mühafizə fəaliyyətinin yeni iqtisadi və sosial münasibətlərə uyğun qurulması cəmiyyətin daxili işlər orqanlarına olan tələblərini də əhəmiyyətli dərəcədə artırır, üzərinə düşən vəzifələrin dairəsi genişlənir: “İnsan hüquq və azadlıqlarının qorunması başlıca funksiyalardan birinə çevrilir”.

Təcrübə də göstərir ki, şəffaflıq, insan hüquqlarının qorunması, qanunçuluğun gücləndirilməsi polis-cəmiyyət əlaqələrini daha da möhkəmləndirir. Odur ki, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılması, onların hüquqlarının qorunması daxili işlər orqanlarının əsas iş prinsiplərindən biridir. Bütün bu sahələrdə DİN-in əsas strukturlarından biri kimi Bakı Şəhər BPİ-nin də üzərinə mühüm vəzifələr qoyulmuşdur. Bakı Şəhər BPİ və tabeli polis orqanlarının şəxsi heyəti tərəfindən vətəndaşların müraciətlərinə baxılması, onların qəbulu işində nizam-intizama, qanunçuluğa riayət olunması diqqət mərkəzindədir.

İnsan hüquq və azadlıqlarının təmin olunması “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”-nə və “Daxili işlər orqanlarında vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Təlimatın tələblərinə əməl olunur. Bütün bunların nəticəsidir ki, xidməti fəaliyyətin göstəriciləri və nəticələri ildən-ilə yaxşılaşır. Bu sahədə sistemli şəkildə təşkilati-əməli iş həyata keçirilməklə müasir və təkmil yeniliklər də tətbiq edilir. Müxtəlif istiqamətlər üzrə – vətəndaşların poçt, teleqraf, faks, elektron poçt, “102” xidməti-zəng mərkəzi sistemi vasitəsilə, habelə qəbul zamanı və şifahi formada ünvanladığı müraciətlərə həssaslıqla yanaşılır. İdarəçilik və təşkilatçılıq fəaliyyətinə effektiv nəzarət mexanizminin mövcud olduğu DİN-də normativ-hüquqi tələblər qarşısında hər bir polis əməkdaşının öhdəçiliyi var. Bu, daxili təhlükəsizliyi möhkəmləndirən başlıca amillərdən biridir. Vətəndaşların müraciətlərinə baxılması zamanı şəxsi həyatın toxunulmazlığına, ailə, peşə, kommersiya və qanunla qorunan digər sirrlərə aid məlumatların müraciət edənin razılığı olmadan yayılmasına yol verilmir. Bütün bunlar təhlükəsizliyə təminat verməklə, icra və uçot-qeydiyyat intizamını da təkmilləşdirmişdir.

Şəxsi heyətin təlim-tərbiyəsi, xidməti və icra intizamının güclənməsi, əməkdaşların anda, davranış qaydalarına, etik normalara riayət etmələri sahəsində əldə olunan uğurların qorunub saxlanması, eləcə də mövcud nöqsan və çatışmamazlıqların aradan qaldırılması Baş İdarə rəhbərliyinin diqqət mərkəzindədir. Vətəndaşların qəbulu işinin təşkili və aparılmasında qarşılama, dinləmə, ünsiyyət qurma və izah etmə bacarıqlarına malik əməkdaşların iştirakı məqsədəuyğun hesab edilir.
Azərbaycan polisi avropa polisinə nümunədir. Belə ki avropa da müşahidələrim əsasında birdaha deyə bilərəm ki, avropa polisi vətəndaşlarına qarşı polis dəyənəkləri, göz yaşardıcı qazlardan habelə tüstü bombalarından istifadə edir. İnsan haqları prinsiplərini tapdalayır, vətəndaşlara zorakılıq göstərir. Avropanın həryerdə bağıra-bağıra dediyi insan haqları və hüquqları öz içlərində heçə sayılır. Vətəndaşların soz və azadlığı tapdalanır. Şahid olduğum bir neçə ixtişaş nəticəsində vətəndaşların azadlıq üçün mitinqlərind döyülməsi və zorakılıqla haqlarının tapdanılması baş vermişdik. Su şırnakqlarıyla vətəndaşları mitinq ərazisindən uzaqlaşdırmaq və döyülmə faktları ortaya çıxmışdır. Avropanın göbəyindən birdaha femək istəyirəm ki, Azərbaycan Hüquq Mühafizə orqanları Avropaya nümunədir !.

Sözsüz ki, respublikada qanunçuluğun təmini işində qazanılan uğurların arxasında çətin şəraitdə xidmət aparan, vətəndaşların qanuni mənafelərini cinayətkar qəsdlərdən qoruyan asayiş keşikçilərinin gərgin səyi və əzmkarlığı dayanır. Ölkədəki ictimai sabitliyin etibarlı qorunması, qanunçuluğun davamlı olması üçün asayişin mühafizəsinin peşəkarlıqla həyata keçirilməsi şəxsi heyətin nizam-intizamından asılıdır. Etik Davranış Kodeksində vurğulanır ki, dövlətin ictimai-siyasi həyatının mühüm sahələrindən olan hüquq-mühafizə fəaliyyətinin məqsədyönlü təşkili və həyata keçirilməsi, daxili işlər orqanları əməkdaşlarının şəxsi, mənəvi və işgüzarlıq keyfiyyətləri ilə bağlıdır.
[media=https://xeberal.info/huquq/320529/polis-azərbaycan-dovlətinə-dovlətciliyinə-xidmət-edir-video/]
Vətəndaş hüquqları beynəlxalq təşəbbüskar
Azərbaycan təmsilçisi, hüquq eksperti
Zalov İmza Tv Alyans’ın təsisçisi
Beynəlxalq Hüquq Eksperti : İsmayıl Zalov

XəbərAl.İnfo

Oxunub: 52
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

1-07-2023, 11:18

DİN-in müxtəlif struktur qurumlarına aid yeni inzibati binalar istifadəyə verilib

gundem / manset

9-07-2023, 11:26

XİN-dən diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü təbriki

gundem / ust / manset

23-07-2024, 21:51

Polis özbaşınalığı yoxsa dövlətçiliyə xidmət?

gundem / ust / manset

24-06-2024, 17:25

Son anadək Polis andına sadiq qalıb vəzifələrini layiqincə yerinə yetirdilər-Könül Nəbizadə

gundem / ust / manset

2-07-2023, 12:02

DİN-də “Polis Günü”nə həsr olunmuş təntənəli mərasim keçirilib

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 08:40
    Paytaxtın bu ərazilərində qaz olmayacaq
  • Bu gün, 08:32
    İsraildə nazirin keçmiş müşavirinin evində narkotik laboratoriyası aşkar edildi
  • Bu gün, 08:30
    Vindzor qəsrinin yaxınlığına onların fotosunu sərdilər
  • Bu gün, 08:28
    Azərbaycan təhsil xərclərini 1 % artırır
  • Bu gün, 08:25
    Müdafiə və milli təhlükəsizlik xərcləri 300 milyon manatdan çox artırılır
  • Bu gün, 08:22
    Qəzzada genişmiqyaslı hücuma başladılar
  • Bu gün, 08:12
    Gələn il üçün nəzərdə tutulan büdcə kəsiri açıqlandı
  • Bu gün, 08:10
    “Xaricdə təhsil üzrə dövlət proqramına qəbul çətinləşdiriləcək”
  • Bu gün, 08:07
    “Bəzi diplomlar hay-küylə üzləşməmək üçün verilir” - Emin Əmrullayev
  • Bu gün, 08:04
    “Tramp bu müharibəni miras alıb”
  • Dünən, 23:45
    "Vüsal 300" həbs edildi, əlavə ittiham verildi
  • Dünən, 23:43
    Şuşada silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
  • Dünən, 20:30
    Nərimanov Tibb Mərkəzində təmir bitmir – 19 milyon hara gedib?
  • Dünən, 17:09
    Üç illik fasilədən sonra CənubunSəsi az yenidən fəaliyyətə başlayır!
  • Dünən, 08:51
    “Yeni dərs ili yeni ümidlər, yeni hədəflər deməkdir”
  • Dünən, 08:31
    “Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq
  • Dünən, 08:28
    Azərbaycanda Bilik Günüdür
  • Dünən, 08:25
    “Biz olsaydıq, yüz faiz penalti veriləcəkdi” - Samir Abasov
  • Dünən, 08:21
    Polşa lideri NATO hərbçilərinin ölkədə qalması haqda fərman imzaladı
  • Dünən, 08:17
    “Kızılcık şerbeti” haqda tədbir görüləcək
  • Dünən, 08:15
    Paytaxt derbisi qolsuz başa çatdı
  • Dünən, 08:12
    “6 ildir nə atam var, nə də o çardaq…”
  • Dünən, 08:09
    “Bir şeyi hesablaya bilməmişdilər” - Prezident
  • Dünən, 08:06
    “Özünə hörmət edən insan orada yaşamazdı” - Prezident
  • 14-09-2025, 12:16
    Ukraynaya görə mübahisə etdilər
  • 14-09-2025, 12:13
    Ceyhun Bayramov Qətərdə sammitdə iştirak edəcək
  • 14-09-2025, 12:12
    Yük maşını yol kənarında dayanan avtomobilə çırpıldı - Ölən və xəsarət alan var
  • 14-09-2025, 12:07
    Beyləqanda ağır qəza - Ölən var
  • 14-09-2025, 12:04
    Ən uzun yaşayanlar bu ölkədədir
  • 14-09-2025, 12:02
    Güləşçimiz dünya çempionatının finalında
  • 14-09-2025, 11:55
    Etirazlardan sonra parlamenti buraxdı
  • 14-09-2025, 11:27
    5 aydır işləməyən xətt yenidən bərpa olunur - Gedişhaqqı 50-70 qəpikdir
  • 14-09-2025, 11:21
    Cəzadan sonra verilişi bağlandı - “Space”dən də getdi
  • 13-09-2025, 12:59
    ABŞ-də dərmanlar ucuzlaşacaq, digər ölkələrdə bahalaşa bilər
  • 13-09-2025, 12:57
    Rusiya vətəndaşlarının viza işi çətinləşir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə