• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Milli Qəhrəmanlar Elgiz Kərimov, Şirin Mirzəyev, Naiq Yusifovun doğum günüdür

gundem / manset

5-01-2025, 12:25

Bu gün Milli Qəhrəmanlar Elgiz Kərimov, Şirin Mirzəyev, Naiq Yusifovun doğum günüdür.

Oxu.Az xatırladır ki, Elgiz Kərim oğlu Kərimov 1971-ci il yanvarın 5-də Bərdə şəhərində anadan olub. O, 1987-ci ildə orta təhsilini başa vurub, elə həmin il hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurub Bərdəyə qayıdan Elgiz daha sonra ön cəbhəyə könüllü, ürəkli gedənlərdən biri olub.

O, 1991-ci ildə könüllülərdən ibarət batalyonun tərkibində cəbhəyə gedib, Əsgəran yaxınlığında döyüşdə xüsusi qəhrəmanlıq göstərib, çox sayda düşmən silahlısını məhv edib. 1992-ci il martın 12-də mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün Xocalı rayonunun Naxçıvanlı kəndinə gedib. Bir saata yaxın davam edən ağır döyüşdən sonra ermənilərin mühasirəsi yarılıb və döyüşçülərimiz azad edilib. Lakin bu döyüşdə Vətənimizin igid oğlu, 21 yaşlı cəsur döyüşçümüz - Elgiz Kərimov canından əziz tutduğu torpağı uğrunda qəhrəmancasına həlak olub. O, Bərdə şəhərində dəfn edilib.

1992-ci il iyunun 7-də "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

Milli Qəhrəmanımızın gündəliyindən kiçik xatirə:

"Cəbhəyə gedəndə anam "Bir dayan, a bala, boy-buxununa doyunca baxım" dedi. Bu gün, 1991-ci ilin yanvarın 5-i ad günümdür. 20 yaşım tamam olur. Dostlarım dedi ki, silahı qoy yerə. Qoymadım. Çünki ermənilər Əsgəran istiqamətindən amansızlıqla hücuma keçmişdilər. Biz onları geri qayıtmağa məcbur etdik. Ad günümə hədiyyə isə üç nəfəri əsir götürməyimiz oldu. Onlardan biri rus idi. Yekəpər olmasına baxmayaraq uşaq kimi ağlayır, "Ermənilər bizi satın alıblar" deyirdi. İkincisi Qarabağ haqqında anlayışı olmayan gəlmə "dığa" gah ingiliscə, gah da fransızca danışırdı. Üçüncüsünü isə yaxşı tanıyırdım. Həyətimizdə fəhlə işləmişdi. O, necə mənə yalvarır, imdad istəyirdi. Soruşdum: "Heç utanırsan?" Cavab verdi: "Utanmaq azdır, ölüm yaxşıdır. Allah şeytana lənət eləsin". Şeytan isə onun qan, din, dil, əqidə, məslək tayfalarıydı".

Şirin Vəli oğlu Mirzəyev əslən Şuşanın Mirzələr kəndindəndir. O, 1947-ci ilin yanvarın 5-də Xankəndi şəhərində dünyaya göz açıb.

Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olub və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra isə Bakıya qayıdıb. Daha sonra, 1976-cı ildə öz sinif yoldaşı Flora Qasımova ilə ailə qurub. Bu evlilikdən onların iki uşağı dünyaya gəlib.

O, 1988-ci ildə Moskvada Hərbi Siyasi Akademiyada təhsil alaraq Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçib. 1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, vətənə xidmət arzusu onu Ağdama gətirib. Özü də elə bir vaxtda ki, onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı var idi. 1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə batalyonunu min bir əziyyətlə yaradıb.

Bu, o dövr üçün çox zəruri bir addım idi. Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradıldı. Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı, həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirirdi. 1992-ci il mart ayının 28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada 1-ci olan tabor yaradıldı və polkovnik-leytenant Şirin Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçildi.

O, 1992-ci il iyunun 18-də Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərində adına küçə var, xidmət etdiyi hərbi hissədə büstü qoyulub. 1993-cü il fevral ayının 5-də Şirin Mirzəyevin şəxsi təşəbbüsü ilə yaradılmış tədris taboru ləğv edilib. Ölümündən sonra 1994-cü ildə "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.

Naiq Nəsir oğlu Yusifov 1970-ci il yanvarın 5-də Tovuz rayonu Ağdam kəndində anadan olub. O, 1987-ci ildə burada orta məktəbi bitirdikdən sonra Sovet Ordusu sıralarına çağırılıb. Xidmətini başa vurduğu dövrdə respublikamızda gərgin vəziyyət yaranmış, Azərbaycanın Ermənistanla sərhəd bölgələri demək olar ki, nəzarətsiz qalmışdı. O dövrdə hələ Milli Ordu yaradılmadığına görə ərazilərə yalnız yerli özünümüdafiə dəstələri nəzarət edirdilər.

O, 1990-cı ildə kəndlərində yaradılmış özünümüdafiə dəstəsinə yazılıb, cəbhə boyu kəndlərin müdafiəsində şücaətlə vuruşub. Düşmən ordusu 1992-ci il martın 24-də Koxanəbi kəndinə hücuma keçəndə Naiq özünü döyüş yerinə yetirib. O, kəndə çatanda kənd od içində yanırmış. Cəld qumbaraatanı düşmənin PDM-nə tuşlayır. Bir an içində maşını alov bürüyür. Naiq döyüş yoldaşlarını mühasirədən xilas etmək üçün öz canını fəda edir. İrəliyə atılan igid döyüşçünü qumbara qəlpəsi yerə yıxdığından ayağa qalxa bilmir. Lakin ona yaxınlaşan quldurlara avtomatdan atəş açır. Vətənimizin cəsur oğlu düşmən əlinə keçməmək üçün axırıncı qumbarasını sinəsinə sıxır. Bununla da son nəfəsində özü ilə bərabər ona yaxın erməni quldurunu məhv edərək həlak olur. N.Yusifov doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra o, 1992-ci il iyunun 7-də "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına adına layiq görülüb. Vaxtilə təhsil aldığı orta məktəb də onun adını daşıyır.

Oxunub: 47
Paylaş:
Digər xəbərlər

gundem / manset

25-04-2024, 10:46

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

gundem / manset

2-01-2025, 12:07

Natiq Qasımovun doğum günüdür

gundem / idman / ust / manset

23-10-2023, 18:12

Masallı pəhləvanı dünya ikincisi oldu

gundem / ust / manset

29-06-2023, 11:55

Milli Qəhrəman Elxan Zülfüqarovun - Doğum günüdür

gundem / manset

5-01-2025, 12:31

Milli Qəhrəman Elxan Zülfüqarovun - Anım günüdür

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 23:45
    "Vüsal 300" həbs edildi, əlavə ittiham verildi
  • Dünən, 23:43
    Şuşada silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
  • Dünən, 20:30
    Nərimanov Tibb Mərkəzində təmir bitmir – 19 milyon hara gedib?
  • Dünən, 17:09
    Üç illik fasilədən sonra CənubunSəsi az yenidən fəaliyyətə başlayır!
  • Dünən, 08:51
    “Yeni dərs ili yeni ümidlər, yeni hədəflər deməkdir”
  • Dünən, 08:31
    “Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq
  • Dünən, 08:28
    Azərbaycanda Bilik Günüdür
  • Dünən, 08:25
    “Biz olsaydıq, yüz faiz penalti veriləcəkdi” - Samir Abasov
  • Dünən, 08:21
    Polşa lideri NATO hərbçilərinin ölkədə qalması haqda fərman imzaladı
  • Dünən, 08:17
    “Kızılcık şerbeti” haqda tədbir görüləcək
  • Dünən, 08:15
    Paytaxt derbisi qolsuz başa çatdı
  • Dünən, 08:12
    “6 ildir nə atam var, nə də o çardaq…”
  • Dünən, 08:09
    “Bir şeyi hesablaya bilməmişdilər” - Prezident
  • Dünən, 08:06
    “Özünə hörmət edən insan orada yaşamazdı” - Prezident
  • 14-09-2025, 12:16
    Ukraynaya görə mübahisə etdilər
  • 14-09-2025, 12:13
    Ceyhun Bayramov Qətərdə sammitdə iştirak edəcək
  • 14-09-2025, 12:12
    Yük maşını yol kənarında dayanan avtomobilə çırpıldı - Ölən və xəsarət alan var
  • 14-09-2025, 12:07
    Beyləqanda ağır qəza - Ölən var
  • 14-09-2025, 12:04
    Ən uzun yaşayanlar bu ölkədədir
  • 14-09-2025, 12:02
    Güləşçimiz dünya çempionatının finalında
  • 14-09-2025, 11:55
    Etirazlardan sonra parlamenti buraxdı
  • 14-09-2025, 11:27
    5 aydır işləməyən xətt yenidən bərpa olunur - Gedişhaqqı 50-70 qəpikdir
  • 14-09-2025, 11:21
    Cəzadan sonra verilişi bağlandı - “Space”dən də getdi
  • 13-09-2025, 12:59
    ABŞ-də dərmanlar ucuzlaşacaq, digər ölkələrdə bahalaşa bilər
  • 13-09-2025, 12:57
    Rusiya vətəndaşlarının viza işi çətinləşir
  • 13-09-2025, 11:53
    Zəlzələdən sonra Rusiya və ABŞ-də - Sunami təhlükəsi
  • 13-09-2025, 11:51
    Kamçatkada güclü zəlzələ oldu
  • 13-09-2025, 11:48
    FIFA gələn ildən yeni dəyişikliklər etmək istəyir
  • 13-09-2025, 11:46
    Yaponiyada təyyarə təcili eniş etdi - Xəsarət alanlar var
  • 13-09-2025, 11:43
    “Apple” həmin məhsulunu Avropada sata bilməyəcək
  • 13-09-2025, 11:32
    HƏMAS onun sağ olduğunu açıqladı
  • 12-09-2025, 12:50
    Ronaldinyonun oğlu Acunun klubuna keçdi
  • 12-09-2025, 12:47
    “Müəllimlər bir neçə şagirdlə işləyir, digərləri kənarda qalır”
  • 12-09-2025, 12:42
    AVMVİB-in 11 sentyabr 2025-ci il tarixli bəyanatı
  • 12-09-2025, 12:40
    “Müəllimlər bir neçə şagirdlə işləyir, digərləri kənarda qalır”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə